Azərbaycan İdeyası

"QIZIMIN BU VƏZİYYƏTƏ DÜŞMƏSİNİN SƏBƏBKARI DOĞMA ƏMİSİDİR, YAD DEYİL..!"

Tarix:28-11-2017, 16:21
Baxış Sayı:898


"Göydə kəsilmiş" nikahı tanımayan Şirvan Apellyasiya Məhkəməsinin "dırnaqarası" qətnaməsi

Azərbaycanda belə bir məsəl var: "Əmioğlu ilə əmiqızının kəbini göydə kəsilib". Tibb elmi qan qohumlarının nikaha girməsini məqsədəuyğun hesab etməsə də, milli mentalitetimiz bu cür ikibaşlı qohumluğu dəstəkləyir. Adətən belə izdivaclar məhz valideynlərin diktəsi ilə baş verir, ortada çoxdankı qohumluq zəmanət rolu oynadığından nikahı rəsmiləşdirməyə tələsmirlər ki, sonra da fəsadları üzə çıxır. Ailələr dağılanda isə o vaxtadək çoxdanın qohumu sayılan valideynlər də bir-birlərinə düşmən kəsilirlər.
Masallı rayonunun Ərəb kəndində qeydiyyatda olan və yaşayan II qrup əlil vətəndaş Sadıqov Əkbər Zərbalı oğlu redaksiyamıza ərizə ilə müraciət edərək ailə dramından yazmışdır: "Məlum edirəm ki, 2006-cı ildə qızım Sadıqova Mərzingül Əkbər qızı Sadıqov İttifaq İsabala oğlu ilə qeyri-rəsmi ailə qurmuşdur. Qeyri-rəsmi nikahdan iki övladı (bir qızı, bir oğlu) dünyaya gəlmişdir. Qızımla İttifaq 2006-cı ildən 2017-ci ilə qədər birgə yaşayıblar. Bu dövrlərdə şəraiti yaxşılaşdırmaq məqsədi ilə dədə-baba yurdlarında ev tikmək qərarına gəliblər. Əvvəlcə tövləyə bənzər yerdə yaşayırdılar. Son vaxtlar heç bir ciddi səbəb olmadan qızımla əri arasında münaqişələr yarandı. Evi tikib qurtarandan sonra həmin evə bir qadın gətirdi. İki ay da həmin qadınla yaşadıqdan sonra onu o qədər incitdi ki, İttifaq evdə olmayanda o da evdən qaçıb getdi..."
Şikayətçi ata yazır ki, qızı bu vəziyyətə dözməyib 2017-ci ilin fevral ayında Masallı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qaydasında uşaqların atasının kimliyi müəyyən olunmuş və onların anası ilə birlikdə təzə evə köçürülməsi qərarı verilmişdir. Lakin qızın qaynatası, yəni Əkbər Sadıqovun qardaşı İsabala Sadıqov birinci qarşılıqlı iddia ərizəsi ilə instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi isə 07 iyun 2017-ci il tarixli qətnaməsi ilə Masallı rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini qət etmişdir:
"Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Sadıqova Narıngül Əkbər qızı azyaşlı uşaqları ilə birlikdə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sadıqov İsabala Zərbalı oğlunun xüsusi mülkiyyətində olan Masallı rayonunun Ərəb kəndindəki 86, 8 kv. m. fərdi yaşayış evindən və 0, 39 ha torpaq sahəsindən çıxarılsın. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sadıqov İsabala Zərbalı oğlu xüsusi mülkiyyətində olan Masallı rayonunun Ərəb kəndində 0, 39 ha torpaq sahəsində yerləşən 86, 8 kv. m. fərdi yaşayış evinə köçürülsün. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Sadıqova Narıngül Əkbər qızının cavbdeh, qarşılıqlı iddia üzrə iddiaçı Sadıqov İsabala Zərbalı oğluna və cavabdeh Sadıqov İttifaq İsabala oğluna qarşı "evə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi" tələbinə dair qarşılıqlı iddiası rədd edilsin".
İş materiallarından görünür ki, apellyasiya məhkəməsinin əsas istinad nöqtəsi tərəflər arasında rəsmi nikahın olmaması və Narıngülün gəlin köçdüyü evin ayrıldığı əri İttifaqa deyil, onun atasına məxsus olmasıdır. Diqqətiçəkəndir ki, Şirvan Apellyasiya Məhkəməsi çıxardığı qətnamədə "gəlin köçdüyü" sözlərini dırnaq işarəsi altında yazmışdır.
Qızının və nəvələrinin aqibətindən, qardaşının və qardaşı oğlunun dönüklüyündən məyus olan Əkbər Sadıqov hazırda Ali Məhkəməyə müraciət etdiyini qeyd edərək, redaksiyadan bu məsələni ictimailəşdirməyi xahiş etmişdir: "Mənim qızım hal-hazırda tövlədə yaşayır. Bu dövrlərdə ciddi xəstəliyə düçar oldu, böyrək dializindən əziyyət çəkir. 2017-ci ildə xəstəliklə əlaqədar əmək qabiliyyətini itirdi, hazırda I qrup əlildir. Bu cümlələri göz yaşı ilə yazıram. Qızımın acınacaqlı həyat tərzi məni çox məyus edir, mənə təsir edən odur ki, qızımın bu vəziyyətə düşməsinin səbəbkarı doğma əmisidir, yad deyil..! Qızım xəstəliyə düçar oldu. İstəmirəm ki, nəvələrim də xəstəlik tapsınlar".
Qardaş qızını əminin gəlini kimi tanımayan Şirvan Apellyasiya məsələsi nə yaxşı ki, uşaqların atasının kimliyinə şübhə ilə yanaşmayıb.

Sədulla Bağırov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO