Azərbaycan İdeyası

ƏLİLƏ QULLUQ EDƏN AİLƏ ÜZVÜNÜN PENSİYA YAŞININ HƏDDİ QEYD-ŞƏRTSİZ AZALDILMALIDIR

Tarix:28-11-2017, 16:25
Baxış Sayı:510


Qax rayonunun Zəyəm kənd sakini Orucova Xozeymat Abdulla qızı redaksiyamıza məktubla müraciət edib. Yazır ki, oğlu Aslanlı Kənan Kamal oğlu I qrup əlildir, Daun xəstəliyindən əziyyət çəkir. Qeyd edir ki, xəstə oğlundan başqa digər övladları - universitet tələbəsi olan bir qızı Aslanlı Sona və orta məktəbin V sinif şagirdi Orucov Saleh Kamal oğlu onun himayəsindədirlər. Dolanışıqları çətin olduğundan, acınacaqlı həyat tərzi keçirirlər. Övladlarının qayğısını çəkməkdə çətinlik çəkir. İstəyir ki, ailənin dolanışığının bu qeyri-qənaətbəxş vəziyyəti nəzərə alınıb yaşından əvvəl təqaüdə çıxmasına köməklik göstərilsin.
Respublika Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin diaqnozundan da görünür ki, ailənin xəstə üzvü Daun sindromlu Kənanın kənar şəxsin qulluğuna ehtiyacı var. Bu isə o deməkdir ki, şagird və tələbə olan digər övladlara düşən qayğı payı azdır. Kənanın sağalmasına ümid olmasa belə, digər övladların gələcəyini nəzərə almaq vacibdir.
Çox təəssüf doğurucu haldır ki, Azərbaycanda əlilliyi olan şəxslərə qulluq edən ailə üzvlərinə müavinət ödənilmir, prosesin özü isə əmək stajı hesab olunmur. Bu problem yüzlərlə əlilliyi olan şəxsi narahat edir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət edilib.
Amma məsələ burasındadır ki, qanunvericiliyə əsasən təkcə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edən ailə üzvləri üçün qulluq dövrü pensiya hüququ verən iş stajına daxil edilir (əgər sığorta stajı varsa) və uşağa qulluq edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş məbləğdə müavinət ödənilməlidir. Yəni, məsələn övladına illərlə qulluq etmiş ana əvvəlcədən heç bir yerdə işləməyibsə, əmək kitabçası yoxdursa, qulluq da iş stajı kimi nəzərə alınmır.
"Əmək pensiyaları haqqında" qanunun 8.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddə isə göstərir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək) yaşa görə əmək pensiyası hüququ vardır.

Korrupsiya və Qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb