Azərbaycan İdeyası

MİNGƏÇEVİRDƏ NƏQLİYYAT DİSKRİMİNASİYASI: BİLET SATILMIR, SÜRÜCÜLƏR ÖZBAŞINALIQ EDİR

Tarix:28-11-2017, 16:28
Baxış Sayı:655



Xidməti işimlə əlaqədar Azərbaycanın Gəncə zonasında, Gədəbəydə, Qazaxda, Ağstafada, Tovuzda, Daşkəsəndə, Gəncədə olarkən avtovağzallardan marşrut əsasında başqa rayon və şəhərlərə sərnişin daşıyan avtobusda əyləşən insanlara bilet satılmamasının dəfələrlə şahidi olmuşam. Xüsusilə də Bərdədən, Qazaxdan, Bərdədən yola salınan avtobuslarda bilet əsasında sərnişin yeri təyin olunmadığından, onların əlbəyaxa olmaları dava-dalaşla nəticələnib. Aydın məsələdir ki, belə hallarda əsas məsuliyyət sürücülərlə avtovağzal rəhbərliyinin üzərinə düşür. Bütün sürücülər yaxına-uzağa məhəl qoymadan insanları avtobusa dolmağa səsləyir. Təki ona pul olsun. Bəzi sürücülər tərəfindən isə Mingəçevirdən hər gün səhər saat 8:20-də yola düşən avtobusda Gəncəyə gedən sərnişinlərə əvvəlcədən şərt qoyulur: "Gəncədə kimlər 2 manat gediş haqqı verəcəklərsə, otursunlar! Verməyənlər avtobusu tərk etsinlər, çünki Qazaxa gedirəm".
Mingəçevirdə həm avtovağzalın özündə, həm də 20 yanvar küçəsində Bakı şəhərinə gedən avtobuslara bilet satılır. Buradan avtovazal xətti lə gündə 100-ə yaxın avtobus sərnişin daşıması işinə xidmət edir. Hər gün yüzlərlə insana avtobusa əyləşib istədikləri şəhərə, kəndə, qəsəbəyə getmələri üçün əyləşdikləri yerlərə bilet satılmır. Bu, nə avtovağzal rəhbərliyinə, nə də avtobusla əhaliyə xidmət edən sürücülərə sərf edir ki, bu da ayaq üstə gedən sərnişinlərin istər-istəməz haqlı narazılığına səbəb olur. Gəncənin hər iki avtovağzalında göstərdiyimiz problemlər Mingəçevirdəkindən qat-qat dərindir. Həmin avtovağzallarda əhaliyə satılan müxtəlif növ sular, ərzaq məhsulları da bahadır. Bunlara baxanda Mingəçevirdəki müxtəlif növ xidmətlərdən narazılıq etmirlər. Avtovağzalda əhaliyə xidmət göstərən gözləmə zalı, yeməkxana, çayxana, ərzaq köşkləri əlverişli qiymətə fəaliyyət göstərir və razılıqla qarşılanır.
Redaksiyaya daxil olmuş şikayətlər əsasında Mingəçevirdəki avtovağzalda olduq. Avtovağzalın girəcəyində əyləşən gözətçi hər sərnişin gətirən taksi sürücüsünün içəri buraxılmasını təmənna ilə həll etdiyinin şahidi olduq. Hər taksi sürücüsünün verdiyi qəpiklər əsasında onlara qəbz verilməməsi diqqətimizi çəkdi. Belə neqativ hala Mingəçevir şəhərinin çıxacağında avtovağzal tərəfindən təyin olunmuş nəzarətçiyə hər avtobusda rast gəlmişik. Avtobusu bəhanə ilə saxladır, insanların vaxtını alır, sonra da sürücü ilə avtobusun arxasına keçib razılaşdıqdan sonra avtobusun getməsinə icazə verir. Bu hadisələr yüzlərlə insanın gözləri qarşısında hər gün baş verir. Gəncəyə, Qazaxa, Gədəbəyə, Tərtərə gedən avtobuslara əyləşən sərnişinlər hər gün bu faktların şahidi olurlar.
Şəhər və rayonlara işləyən sürücülərdən soruşdum ki, avtobusla getmək üçün kassadan bilet almaq lazımdırmı - sürücülərin çoxu bildirdilər ki, bilet almaq lazım gəlmir: - Sürücüyə yaxınlaşın, yerləri özü verir, problem yoxdur.
Avtovağzalın dispetçerini axtarıb, məsələni aydınlaşdırmaq istədik. Mən ondan biletlərin niyə əhaliyə satılmaması barədə soruşduqda, çəkinmədən: "Bizdə bilet ancaq Bakıya gedən avtobuslara satılır" - dedi. Şahidi olduğum bu ciddi qanun pozuntusuna aydınlıq gətirmək üçün Mingəçevir avtovağzalının müdiri Tofiq Rəhimova, onun müavini Vahid Quliyevə müraciət etdim. Çünki göstərilən nöqsanların müsbət həlli üçün birbaşa həmin şəxslər məsuliyyət daşıyır. Hər iki şəxslə görüşüb söhbət etsəm də, hər gün 100-ə yaxın avtobusda 27 şəhər və rayona, 18 kəndə əhali daşıyan sürücülərin idarəçiliyi ilə daşınan sərnişinlərə bilet satılmamasının səbəbini öyrənə bilmədim. Suallarım cavabsız qaldı. Halbuki, Mingəçevir avtovağzalında 5 nəfər kassir fəaliyyət göstərir. Onların hər biri hər ay əmək fəaliyyətləri ilə bağlı maaş alırlar. Yeri gəlmişkən qeyd edim ki, avtovağzalda 2 nəfər dispetçer, 4 nəfər perron nəzarətçisi, 5 nəfər kassir işləyir. Ümumilikdə 22 nəfər çalışır. 5 kassir əvəzinə ancaq həmişə birinci kassanın aynası açıq olur. Bu da yalnız həmin kassanın işlədiyini təsdiq edir. Müdiriyyətə verilən sual əsasında orta hesabla sərnişinlərdən bir gündə, bir ayda, altı ayda toplanan pulların məbləği haqqında verdiyimiz sualın cavabını doğru-düzgün aydınlaşdıra bilmədik. Bildirdi ki, avtovağzal mənim xüsusi mülkiyyətimdir, onu özüm bilərəm.
Tarif Şurasının 26 aprel 2013-cü il tarixli qərarında şəhər və rayonlara hərəkət edən avtobusların məsafə üzrə gediş qiymətləri müəyyən edilmişdir. Bu qərarda göstərilib ki, avtovağzalların görməli yerlərində sərnişinlərin oxuya biləcəkləri lövhələr düzəldilsin, hər şəhər və rayona gediş qiyməti kilometrlə yazılı göstərilsin. Mingəçevir avtovağzalında belə bir lövhəni avtovağzalın müdiriyyəti təşkil etməmişdir. Buna görə də sərnişinlər sürücülər tərəfindən hər gün aldadılır, onların hüquqları tapdalanır.
Əhali bilmir ki, Tarif Şurasının qərarı ilə Mingəçevir avtovağzalından Bakıya avtobusla gediş haqqı 4 manat 93 qəpik, Sumqayıta 5 manat 34 qəpik, Oğuza 1 manat 33 qəpik, Yevlaxa 0, 58 qəpik, Bərdəyə 0, 98 qəpik, Gəncəyə 1 manat 35 qəpik, Gədəbəyə 3 manat 07 qəpik, Qazağa 3 manat 02 qəpik, Qəbələyə 3 manat 07 qəpikdir. Belə bir lövhə aydın yerdə yazılmış olsaydı, sərnişinlər sürücülər tərəfindən hər gün aldadıla bilməzdilər. Onların aldadılmalarına şərait yaradan Mingəçevir avtovağzalının rəhbərliyidir.
Nəqliyyat Departamenti ilə də əlaqə saxladıq. Aydın oldu ki, qanunsuzluğa yol verən 20-dən artıq avtobus sürücüsü cərimə olunmuşdur. Qanunsuz fəaliyyət göstərən taksi sürücüləri məhkəmə yolu ilə inzibati qaydada cəza alıblar. Bu barədə departament işçilərinin operativ tədbirləri sayəsində saysız taksi sürücüləri intizam tənbehinə cəlb olunublar. Buna baxmayaraq, özbaşınalığa son qoyulmur.
Ümidvarıq ki, aidiyyati təşkilat rəhbərləri Mingəçevir avtovağzalında yaranmış dözülməz vəziyyətə müdaxilə edib Mingəçevirdən respublikanın şəhər və rayonlarına, kəndlərə hərəkət edən avtobuslarda sərnişinlərin rahatlığını təmin edəcəklər.


Sənan Abdullayev,
Mingəçevirdən xüsusi müxbir
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO