Azərbaycan İdeyası

İNTİHAR HƏDƏSİ: BORCLU BORCLUNUN SAĞLIĞINI İSTƏR, AMMA...

Tarix:28-11-2017, 16:31
Baxış Sayı:566


Atalar sözü var: "borclu borclunun sağlığını istər". Amma borc yiyəsini intiharla qorxutmaq da bir növ hədədir. Xatırlamağa dəyər ki, hətta ölüm həddinə yaxınlaşmaq belə insanı ta ki dünyasını dəyişənə qədər qanun qarşısında məsuliyyətdən azad etmir.
Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi kvart. - 1 ünvanda qeydiyyatda olan və yaşayan Nəsirova Gülnarə Nəsir qızı redaksiyamıza yazdığı ərizəsində Əliyeva Zərifə Mehman qızı tərəfindən aldadıldığını bildirmişdir. Yazır ki, 2016-cı il avqust ayının 1-də Zərifə Əliyeva etibarından sui-istifadə edərək ondan qızıl zinət əşyalarını almış, vədinə xilaf çıxaraq qaytarmamışdır: "Məndən 10 000 (on min) manat dəyərində zinət əşyaları almasına baxmayaraq, özünün verdiyi iltizamnamədə dəyərin yarısını (beş min manat) qeyd edib. Sonradan biz onun barəsində həqiqəti öyrənib qohumları ilə əlaqə saxladıq və bir qrup adamı aldatmağı barədə onları məlumatlandırdıq. Cavablarında təsdiqdilər ki, Əliyeva Zərifə artıq neçə illərdir ki, bu işlə məşğuldur. Məsləhət gördülər ki, lazımi yerlərə şikayətimizi bildirək".
Şikayətçinin verdiyi məlumata görə, Zərifə Əliyeva hal-hazırda Yasamal rayonunda yerləşən "ASAN XİDMƏT" filialının həndəvərindəki ərazidə dərzi işləyir. Onun xidmətindən istifadə edən müştərilərə qarşı da eyni qaydada rəftar edir. Toya taxmaq bəhanəsilə onların əlində olan qızıl əşyalarını da alaraq aparıb lombarda qoymuş, əvəzində pul götürmüşdür. Yazdığı qəbzləri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin sahə müvəkkili Nizami müəllimə və təhqiqatçı Səyyad müəllimə göstərərək özü də borclarını təsdiqləmişdir. Mənimsədiyi əmanətlərlə bağlı ona yaxınlaşan borclularını isə özünə qəsd edəcəyini deyərək qorxudur.
Gülnarə Nəsirova Yasamal rayon Məhkəməsinə üz tutmuş, məhkəmə 2016-cı ilin mart ayında Zərifənin borcu qaytarmalı olduğu barədə qətnamə qəbul etmişdir. Buna baxmayaraq, bu vaxta qədər qətnamə icra olunmayıb. Gülnarə xanım dəfələrlə müraciət etdiyi aidiyyati orqanların həll etmədikləri bu problemi ictimailəşdirməyi redaksiyadan xahiş etmişdir.

Korrupsiya və Qanun
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 04:46
  Жалоба     
i want to renovate my kitchen Brampton Canada
https://pinterest.ca/homerenostoronto/

home renovation services Etobicoke Canada
home refurbishing Vaughan Canada
i need my kitchen remodel Brampton Canada

renovate my house North York Canada

bedrooms renovations
kitchen renewal Newmarket Canada
my kitchen remodel Brampton Canada

<a href=https://www.pinterest.ca/homerenostoronto>home kitchen renovation Vaughan Canada</a>

redoing kitchens
at home renovations Thornhill Canada
home improvement Scarborough Canada


#eZ5OKAYrV5acqAeL7
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb