Azərbaycan İdeyası

Sumqayıtın 20 Yanvar küçəsində ''20 Yanvar'' adına nə var?

Tarix:26-10-2015, 14:19
Baxış Sayı:583

Sumqayıtın bir qisim küçələri var ki, orada təcili dəyişikliklər, tikinti-yeniləmə işləri, səliqə-sahman yaradılmalıdır.

Bunlardan biri də Azərbaycan xalqının hüzn və azadlıq - 20 Yanvar tarixi günü şərəfinə adlandırılmış 20 Yanvar küçəsidir. Bildiyimiz kimi 20 Yanvar tarixi hadisəsi xalqımızın azadlıq, milli oyanışı uğrunda mücadiləsinin əsasını qoydu. 20 Yanvar faciəsi Azərbaycan xalqının necə mərd, qorxmaz olduğunu, torpaq (Qarabağ) uğrunda canı bahasına mübarizliyini sübut etdi. Üzərindən 25 il ötüb... Sözügedən küçə hazırda Sumqayıtın ən qarışıq, ən səliqəsiz küçəsidir, desək, yanılmarıq. Bir neçə ay bundan öncə Sumqayıt TV buradan tənqidi süjet təqdim etsə də, bir faydası olmadı. Sumqayıt şəhər 20 yanvar küçəsinin xüsusən Nizami küçəsi ilə yolayrıcı hissəsini ("Karvan" Ticarət Mərkəzinin və Nizami parkının bu küçəyə aid olan hissəsini) Hindistanın bəzi şəhərləri ilə müqayisə etmək olar. Antisanitariya, hədsiz səs-küy, addımbaşı qanunsuz olaraq satılan bir çox məhsulların qoxusu, nəqliyyatın sıxlığı, avtomobillərin harda gəldi saxlaması, xüsusən 30 və digər bir neçə marşrut avtobusların qanunsuz olaraq 20 yanvar küçəsi ilə Nizami küçəsinin kəsişməsini dayanacaq kimi istifadə etməsi bunu deməyə əsas verir. Ardınca küçə boyu xüsusən pik saatlarda nəqliyyatın sıxlığı müşahidə olunur; küçənin hər iki tərəfi boyunca avtomobillərin dayandırılması buna "rəvac verir". Bəzən bu avtomobillər 2-3 cərgə düzülür. Yolun hərəkət istiqamətinin sağ tərəfində avtomobillər üçün yeraltı dayanacaq tikilsə də, hazırda ora Ayaqqabı bazarı kimi fəaliyyət göstərir. Bir sözlə, problemlər "boğaza qədər"... Yəqin ki, şəhərin yeni rəhbərliyi bu küçəyə "əl gəzdirəcək". Küçə təmizlənəcək, səliqə-sahman yaradılacaq, yeraltı dayanacaq istifadəyə veriləcək, ən əsası, bu küçədə xalqımızın qürur rəmzi olan 20 Yanvar şəhidlərinin şərəfinə bir abidə qoyulacaq. Əks halda, qonaqlarımızı şəhərin bu mərkəz hissəsindən keçirməyə hər zaman ehtiyat edəcəyik. Problemlə bağlı bu dəfə Xeberle.com ərazidən hazırladığı kiçik videomaterialı təqdim edir. /xeberle.com/ [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO