Azərbaycan İdeyası

Akif Çovdarov həbsdən qurtulmaq yolları arayır

Tarix:14-02-2018, 12:40
Baxış Sayı:380

Akif Çovdarov həbsdən qurtulmaq yolları arayır

Həbsdəki general çeşidli xəstəlikləri haqda sənədlər ortaya qoyub
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun səhhətində problemlərin olması məsələsi yenidən gündəmə gəlib. Onun vəkili Sadiq Rəsulov deyib ki, Akif Çovdarov Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində saxlanılır.
“Ürəyinin çox zəif olması üzündən Akif Çovdarov iki dəfə kardioloji müayinədən keçirilib. Onu həm Kardiologiya İnstitutunun mütəxəssisi, həm də tibb məntəqəsinin özünün dəvət etdiyi mütəxəssis müayinə edib. Müayinələrin nəticələri Almaniyaya - Akif Çovdarovun şəxsi həkiminə göndərilib. Almaniyadan aldığımız cavaba əsasən, hazırda xəstənin vəziyyəti ağırdır və Almaniyada yerləşən klinikada uzunmüddətli müalicə tələb olunur ki, bu da hazırkı vəziyyətdə qeyri-mümkündür”, - vəkil virtualaz.org-a bildirib.

Əlavə edib ki, Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində kardioloq olmadığı üçün hazırda Akif Çovdarov “özü bildiyi kimi” müalicə olunur və tibbi preparatlardan istifadə etməklə sağ qalmağa çalışır.

Akif Çovdarov həbsə alınandan sonra aydın olmuşdu ki, mədəsi amputasiya olunduğuna görə qida borusu birbaşa bağırsağa bilrləşdirilib, ürəyindən əməliyyat olunub. Bu əməliyyatlar Akif Çovdarov MTN-ə yeni qədəm basdığı 2005-2006-cı illərə təsadüf edib. Buna baxmayaraq, o, xəstə olduğuna görə gedib müalicəsi ilə məşğul olmayıb, işdə qalıb. Bu gün ittiham aktında yer alan və almayan cinayətlərin bir çoxunda əsas şəxs olub. 15 noyabr 2015-ci ildə həbsə alınandan sonra Bakı İstintaq Təcridxanasına köçürüləndən az sonra Akif Çovdarov çeşidli xəstəlikləri haqda sənədlərini ortaya qoyub və o gündən İstintaq Təcridxanasının tibbi-sanitar hissəsində saxlanılmaqdadır.
Həbsə düşəndən sonra xəstəlikləri yadına düşən təkcə Akif Çovdarov deyil. Onun iş yoldaşı, general Sübahir Qurbanov da həbsə düşən kimi xəstəliklərini xüsusi qabartmaqla barəsində həbslə əlaqəli olmayan tədbir seçilməsini tələb edirdi. Bu adamlar vəzifədə olduqları illərdə xəstə olublar, amma xəstəliklərini əsas gətirib işdən çıxmaq istəməyiblər. Nədən həbsə düşən kimi xəstə olduqları yadlarına düşüb? Bu təsadüfüdir? Əlbəttə ki, yox. Azadlığa çıxmaq üçün aranan yollardan biri də xəstəliyi əsas gətirməklə cəzadan yayınmaqdır. Ləğv edilmiş MTN-in sabiq generalları da bunu bilməmiş deyillər.
Həbs edilənə qədər Milli Təhlükəsizlik Nazirliyində Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışmış Akif Çovdarovun adı “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətl işinə, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin döyülməsinə, bıçaqlanmasına, Beynəlxalq Universitetin prorektoru Mahir Abdullayevin oğurlanması olayına qarışmışdı. Həbsə alınandan sonra sadalanan hadisələrlə bağlı ittihamlar olmadı, bu mövzularla bağlı Akif Çovdarovun sorğulanması haqda məlumatlar açıqlanmadı. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı