Azərbaycan İdeyası

Qarabağ döyüşçüsü veteran statusu ala bilmir

Tarix:5-04-2018, 12:01
Baxış Sayı:309

*

Qubadlı rayonundan məcburi köçkün, Cəlilabad şəhərinin Qurtuluş küçəsi "PMK-35" deyilən ərazidə müvəqqəti məskunlaşmış Həsənalıyev Rafəddin Bəhrəm oğlu redaksiyamıza ünvanladığı ərizədə yazır ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda 4 ildən artıq müddətdə müxtəlif döyüş bölgələrində ön cəbhədə döyüşüb. Döyüşlər zamanı aldığı müxtəlif travmaların fəsadları olaraq iki qıçından və bir qolundan məhrum olmuşdur. Hal-hazırda I qrup əlildir. Öz səhlənkarlığı ucbatından döyüşlərdə olarkən, hərbi biletinə möhür vurdurmamışdır. Yazır ki, döyüş yoldaşlarından onun əvvəldən ta yaralanana qədər döyüşdüyünə şahidlik edə biləcək adamlar var. Odur ki, Qarabağ müharibəsi veteranı statusu alması üçün ona köməklik göstərilməsini redaksiyadan xahiş etmişdir.
Qeyd etməyə dəyər ki, Rafəddin Həsənalıyev kimi döyüşdüyünü sübut edə bilməməsi səbəbindən veteran statusu ala bilməyən müharibə iştirakçıları az deyil. Onların müəyyənləşdirilməsi üçün təkcə özlərinin göstərdikləri səylər bəzən yetərli olmur. Hətta elə hərbi qulluqçular var ki, sənədlərində olan nöqtə, vergül, hərf səhvlərinə görə onlara problem yaradıb vəsiqə vermirlər. Odur ki, bu məsələdə cəmiyyətin, ayrı-ayrı ictimai təşkilatların, ekspertlərin, fəal, hüquqi savadı olan veteranların köməyi lazımdır.
Qarabağ müharibəsi veteranı, jurnalist Rey Kərimoğlu müsahibələrinin birində deyib ki, bir çoxlarının vəsiqə ala bilmənməsindəki çətinlikləri həmin dövrdəki qüsurlu sənədləşdirmə prosesi ilə bağlıdır. Çıxış yolu isə məhkəmədir. Döyüşçü sənədlərini bərpa etmək istəyirsə, məhkəməyə müraciət etməlidir. Onunla eyni yerdə döyüşən 3 müharibə veteranı şahid kimi gətirilməlidir, notarial qaydada akt tərtib olunmalıdır.
"Məşəl" Əlil Və Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə "Qarabağ müharibəsi veteranlarına sosial yardımların göstərilməsi" layihəsi ilə iştirak edib və müsabiqənin qaliblərindən olub və Qarabağ müharibəsi iştirakçılarına ilkin veteran statuslarının alınmasında, sənədlərin hazırlanmasında, aidiyyati orqanlara müraciətlərin olunması istiqamətində sosial xidmətlərin göstərilməsini həyata keçirir. İctimai Birlik Qarabağ müharibəsi iştirakçılarından veteran statusu ala bilməyənblərin müəyyənləşdirilməsi, bu insanların veteran statusu ala alması üçün müvafiq dövlət qurumlarına müraciətlərin edilməsi və lazımi hallarda məhkəmələrə müraciət olunması, veteranların işləri ilə bağlı aidiyyati qurumlarla görüşlərin keçirilməsinə çalışır. Bu qurumun da diqqətini Həsənalıyevin probleminə yönəltməyə çalışacağıq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO