Azərbaycan İdeyası

İstedad sorağında * Saatlının gənc innovativ məktəblisi

Tarix:5-04-2018, 12:02
Baxış Sayı:331

Dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qbiliyyətlərinin inkişaf etdeirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. İstedadlı gənclərin əməyini qiymətləndirilməsi və onlar üçün yeni stimulların yaradılması məqsədilə yeni mükafatlar təsis edilir, hər il müxtəlif yaradıcılıq sahələri üzrə yüksək nailiyyətlər əldə etmiş istedadlı və yaradıcı gənclər mükafatlandırılır. İstedadlı gənclərin üzə çıxarılmasında isə kütləvi informasiya vasitələri əhəmiyyətli rol oynaya bilərlər.Odur ki, qəzetimiz ölkəmizin və xalqımızın gələcəyi üçün perspektivli sayılan bu savab işə dəstək verir, zaman - zaman öz səhifələrində istedadlı gənclərə yer ayırır...
Hüseynova Nigar Güloğlan qızı "Zirvə" hazırlıq kursunun 22 dekabr 2014-cü il tarixdə keçirdiyi sınaq imtahanında IV sinif şagirdləri arasında 48 bal toplayaraq I yeri tutduğu üçün Saatlı rayonu Ə. Şüküroğlu adına Varxankənd tam orta məktəbinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Elə həmin il Bakıda "Final dershaneleri" MMC-nin təşkil etdiyi sınaq-test imtahanında yüksək bal toplayaraq I yerlə təltif olunmuşdur.
Nigar 2015-ci ildə "Birlik XXI əsr" hazırlıq kursunun sınaq imtahanlarında qalib gəldiyi üçün dəfələrlə diplom və tərifnamələrlə, fəxri fərmanlarla təltif olunmuşdur. Nigarın uğurları sonrakı illərdə də davam etmiş, dərslərdə əldə etdiyi müvəffəqiyyətlər məktəb direktoru və ayrı-ayrı fənn müəllimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Ana dili və Ədəbiyyata, xarici dil fənninə daha çox həvəs göstərən Nigar Hüseynova məktəbdə keçirilən "Beynəlxalq Ana Dili Günü"nə həsr edilmiş tədbirdə, ingilis dili fənnindən keçirilən "Poeziya Gecəsi"ndə fəal iştirak etdiyinə görə fəxri fərmanlar almışdır. 2016-cı ildə Nigara məktəbdə keçirilmiş kitab mütaliəsi yarışmasında fəal iştirak etdiyinə görə Tərifnamə verilmişdir. Saatlı rayon MUĞAN Tədris Mərkəzinin 23.04.2016-cı il tarixdə keçirdiyi qəbul imtahanında I yeri tutduğuna görə TM-nin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Artıq VII sinif şagirdi olan Nigar yeni - 2018-ci il başlayandan uğurlarının sırasını artırmağa davam etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin Saatlı rayon Mədəniyyət Mərkəzinin tədbirlərində fəal iştirak edən Nigar yanvarın 22-də Mədəniyyət Mərkəzinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
...Keçən il Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən Rainenrgy qurğusu ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalovanın uğurundan sonra onun gənc innovativ məktəbli kimi "ASAN Xidmət"in ideya müvəkkili seçilməsi bütün istedadlı Azərbaycan gənclərini ruhlandırmışdır. İnanırıq ki, haqqında söhbət açdığımız Nigar Hüseynova da malik olduğu potensialdan səmərəli istifadə etmək üçün lazımi şəraitlə təmin olunacaq.

Quliyeva Xuraman [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.