Azərbaycan İdeyası

Lənkəran səhiyyəsinin "başbilənləri" olan həkim qudalardan şıkayət var

Tarix:5-04-2018, 12:06
Baxış Sayı:348

*
Son illər ölkənin ictimai, sosial həyatında baş verən hadisələri izləyən vətəndaşlar bəlkə də xatırlayarlar, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin olunandan sonra keçirdiyi elə ilk iclaslardan birində 14 rayonun tibbi sosial ekspert komissiyası sədrini vəzifədən qovmuşdu. Komissiya sədrliyindən çıxarılaraq həkim vəzifəsinə keçirilənlərdən biri də Lənkəran TSEK sədri olmuşdur. Amma bütün müşahdə olunanlar belə deməyə əsas verir ki, Lənkəran TSEK-in hazırki sədri Taleh Məmmədov da öz sələfinin yolu ilə gedir.
Lənkəran rayonunun Şovu kəndində yaşayan və qeydiyyatda olan 78 yaşlı II Dünya müharibəsi iştirakçısı Şərbətov Dadaş Heydər oğlu redaksiyamıza ünvanladığı ərizədə bildirir ki, gəlini 1977-ci il təvəllüdlü Şərbətova Rəşidə Ağaşirin qızı 2004-cü ildə öz evində ehtiyatsızlıq üzündən baş vermiş yanğın zamanı ciddi yanıq xəsarəti almış və 5 saylı Bakı şəhər xəstəxanasının yanıq şöbəsində 6 ay müalicə almışdır. Həkimlər ona II-IIIA və IIIB dərəcəli yanıq xəsarəti rəyi vermişlər. O vaxt davamlı müalicə almaq şərti ilə xəstəxanadan evə buraxılan R.Şərbətova aldığı xəsarətdən dolayı əmək qabiliyyətini tamamilə itirmişdir. Bununla yanaşı, Rəşidənin himayəsində II qrup əlil olan Əfsanə adlı qız övladı da var.
Vətəndaş Dadaş Şərbətov yazır ki, Rəşidənin yanıq xəsarətinin fəsadları kimi üzə çıxan digər xəstəlikləri ilə bağlı müxtəlif tibb müəssisələrindən aldığı epikrizləri Lənkəran rayon Tibbi Sosial Ekspert Komissiyasına təqdim etməsinə baxmayaraq, bu məsələyə qeyri-obyektiv yanaşılmış və onun fikrincə, pul almaq məqsədilə müxtəlif bəhanələrlə əlil statusu verilməsindən imtina edilmişdir. Odur ki, qəzetimizə müraciət edərək, problemin ictimailəşdirilməsini xahiş etmişdir.
Şikayətçinin ərizəyə qoşma etdiyi materiallardan görünür ki, o, Lənkəran rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyevdən və onun qudası olan tibbi sosial ekspert komissiyasının sədri Taleh Məmmədovdan Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət edərək, ondan 2500 manat rüşvət aldıqlarını, lakin vəd etdikləri əlillik statusunu təyin etmək üçün yenə əlavə pul istədiklərini bildirmişdir. Bəlli olur ki, nə Şərbətov tələb olunan əlavə pulu verə bilməmiş, nə də həkimlər əvvəl aldıqlarını ona qaytarmamışlar.
Xatırladaq ki, bu günlərdə DİA.az saytında Lənkəran şəhər sakini 1971-ci il təvəlldlü xəstə, ali təhsilli ingilisd dili müəlliməsi Hüseynova Nəzakət Aydın qızının da rayon səhiyyəsinin "başbilənləri" olan həkim qudalardan şikayəti ictimailəşdirilib. Belə çıxır ki, narazı vətəndaşların sayı çoxdur.
Mövzuya qayıdacağıq.

Korrupsiya və Qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.