Azərbaycan İdeyası

NƏSİMİ İCRA HAKİMİYYƏTUİ İLƏ MALİYYƏ NAZİRLİYİNİN ÖTÜR-ÖTÜR OYUNU

Tarix:5-04-2018, 12:06
Baxış Sayı:365



Vətəndaş Quliyev Zahir İsmayıl oğlunun redaksiyamıza ünvanladığı ərizə əsasında apardığımız araşdırma çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti başçısına göndərdiyimiz sorğuya RİN başçısının aparatından cavab gəlib.
Xatırladaq ki, vətəndaşın şikayətnaməsində ehtiva olunan məsələ ilə bağlı qəzetimizdə "Nazirliklə icra hakimiyyəti arasında qalmışam" sərlövhəli, "Əmlakı dövlət ehtiyacı üçün alınmış vətəndaş əlində məhkəmə qərarı ola-ola kompensasiya ala bilmir" yarımbaşlıqlı məqalə dərc olunmuşdu. Oxuycularımız sırasına yeni qoşulanlara da məlum olsun deyə həmin məqalədən bəzi sitatların altını çızırıq:
"Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsi ev 79, mənzil 14 ünvanda qeydiyyatda olan və yaşayan vətəndaş Quliyev Zahir İslam oğlunun vaxtilə işləmiş olduğu Azərbaycan Dəmir Yol İdarəsi tərəfindən ona verilmiş Nəsimi rayonu Yusif Səfərov küçəsi 36 ünvandakı 6 hektar torpaq sahəsinin üzərində inşa etdiyi 3 otaqlı ev və tövlə dövlət ehtiyacı üçün alınmış və Bakı ŞİH-nin 22.04.2011-ci il tarixli 188 saylı sərəncamı ilə sökülmüşdür. Onunla oxşar vəziyyətlə üzləşən qonşularına hər m2 üçün 1500 manat kompensasiya ödənildiyi halda Nəsimi RİH ona kompensasiya ödəməkdən imtina etmiş, imtinanı da belə əsaslandırmağa çalışmışdır ki, Quliyevə məxsus əmlaka dair hüquq müəyyənedici sənədlər yoxdur. Belə olan halda Quliyev Zahir İsmayıl oğlu 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək, 234000 manat kompensasiyanın ona verilməsi öhdəliyinin Nəsimi Rayon İcra Hakimiyyətinin üzərinə vəzifə kimi qoyulmasını xahiş edib. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 08 yanvar 2015-ci il tarixli qərarı ilə 219000 manat həddində iddia tələbi təmin edilib, lakin cavabdeh həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi 29 aprel 2015-ci il tarixdə şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Belə olan halda cavabdeh Nəsimi rayon İcra Hakimiyyəti həmin qərardan kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikasının Ali Məhkəməsi 14 iyul 2015-ci il tarixli qərarı ilə kassasiya şikayətini də təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır. Qərarın surəti iddiaçıya da, cavabdehə də verilmiş, icra olunması üçün icra vərəqəsi isə Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı Maliyyə Nazirliyinə məktub yazıb. Hansı formada cavab veriləcəksə, icra orqanı olaraq Nəsimi rayon İcra Hakimiyyəti də müvafiq addımları atacaq..."
Elə RİH də redaksiyamıza ünvanladığı 07.02.2018-ci il tarixli 6/131 saylı məktubda Maliyyə Nazirliyindən aldıqları cavabdan yazıb: "Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 05 sentyabr 2017-ci il tarixli, 15/03-302-4404 nömrəli məktubda vəsaitin ayrılmasından imtina edilmiş və məhkəmə qərarının icrası ilə bağlı prosessual hərəkətlərin həmin qərarla borclu kimi tanınan təşkilat tərəfindən həyata keçirilməli olduğu göstərilmişdir. Onu da qeyd edirik ki, sözügedən məbləğin ayrılması ilə bağlı tərəfimizdən zəruri tədbirlər davam etdirilir və həmin vəsait RİH-nin hesabına daxil olduqdan sonra nəzərdə tutulmuş pul məbləğinin Quliyev Zahir İsmayıl oğlunun şəxsi bank hesabına köçürülməsi təmin olunacaqdır".
Göründüyü kimi, Zahir Quliyevin ona düşən kompensasiyanı yaxın müddətdə almasının üfüqləri hələ ki görünmür. Belə çıxır ki, məhkəmə çıxardığı qərarda borclunun borcu hansı mənbə hesabına ödəməli olduğunu da göstərməliydi? Bir o qalır ki, Z.Quliyev Nəsimi İcra Şöbəsinə müraciət edib RİH-nin bank hesabına öz adından birinci növbədə yerinə yetirilməli olan inkasso tələbi qoyulması barədə qərar çıxarılmasını xahiş etsin.
Mövzunu diqqətdə saxlayacağıq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı