Azərbaycan İdeyası

ÜÇ ŞAHİDİN YANINDA VERDİYİ PULU GERİ ALA BİLMİR

Tarix:5-04-2018, 12:08
Baxış Sayı:517

Mütəmadi olaraq, etibarnamə ilə avtomobil alan şəxslərin problemlərlə üzləşməsi barədə eşidirik. Bəzən isə bu səbəbdən illərlə uzanan məhkəmə çəkişmələri də olur. Çünki etibarnamə ilə faktiki alqı-satqı etmək dövlət tərəfindən tanınmır. Etibarnamə iki qaydada - sadə, yəni avtomobili sadəcə idarə etmək üçün, universal ("generalnı doverennost") formada isə başqa şəxsə satmaq, bağışlamaq, girov qoymaq və etibarnamədə göstərilən digər hüquqları həyata keçirmək üçün verilir. Ancaq heç bir halda həmin avtomobilə mülkiyyət hüququ vermir. Alqı-satqı isə etibarnamədən fərqli olaraq, həmin avtomobilə dair alıcıya mülkiyyət hüququ verir. Yəni yalnız alqı-satqı halında avtomobil sizin mülkiyyətiniz sayılır.
Bu məsələnin hüquqi tərəfləri ilə bağlı araşdırmalarımız ortaya maraqlı nüanslar çıxardı. İlk növbədə etibarnamənin təyinatına, qanunvericilikdə etibarnamənin hansı məqsədlər üçün müəyyən edildiyinə nəzər salaq.

Mülki Məcəllənin 362.1.-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. "Yəni etibarnamə faktiki olaraq, digər şəxsə müəyyən hüquqlar verir. 2012-ci ilədək, nəqliyyat vasitəsinə sərəncam vermə (satmaq, bağışlamaq, girov qoymaq) səlahiyyətini nəzərdə tutan etibarnamələr daha uzun müddətə verilirdisə, 2012-ci ildə Mülki Məcəlləyə edilmiş müvafiq dəyişikliklərə əsasən, nəqliyyat vasitəsinə dair sərəncam vermək səlahiyyətini nəzərdə tutan etibarnamənin müddəti bir ildən çox olmamaq şərti ilə məhdudlaşdırıldı. Hal-hazırda el arasında "generalnı doverennost" və ya "baş etibarnamə" kimi tanınan həmin etibarnamə bir ildən artıq müddətə verilmir.

Göründüyü kimi, qanunvericilik etibarnaməni digər şəxsə müvəqqəti səlahiyyət verilməsi üçün nəzərdə tutub. Qanunvericilikdə avtomobilin alqı-satqısının etibarnamə verilməsi ilə rəsmiləşdirilməsi kimi prosedur nəzərdə tutulmayıb. Alqı-satqının rəsmiləşdirilməsi və mülkiyyət hüquqlarının yeni alıcıya keçməsi üçün alqı-satqı müqaviləsinin bağlanması zəruridir.
Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi 133/10 ünvanında qeydiyyatda olan, Xətai rayonu S.Vəzirov küçəsi, ev 232, mənzil 22 ünvanda yaşayan Cabbarlı Moqbil Avtandil oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirib ki, 2015-ci ildə Əliyarov Zabiddin Rəşaddin oğluna maşın almaq üçün 8500 ABŞ dolları və 500 AZN pul vermişdir. Yazır ki, avtomobilin qiymətini 12000 dollara razılaşıblarmış, 9000 dolları verib, 3000 dolları isə bir il ərzində ödəyəcəyini vəd edibmiş. Moqbil Zabiddinlə Şərfəliyev Nəcməddin Ağababayeviçin vasitəçiliyi ilə tanış olmuşdur, pulu isə ona Nəcməddindən savayı başqa iki tanışın - Məhərrəmov Azad Zülfüqar oğlunun, Əkbərov Fərman Qələndər oğlunun iştirakı ilə vermişdir.
Moqbil maşını cəmi 6 ay etibarnamə ilə sürmüşdür. İlk 5 ay keçəndən sonra Zabiddin ondan qalıq pulunu istəmişdir. Moqbil Zabiddinə bir illik razılaşmanı xatırlatmışdır. Zabiddin isə həmin vaxt avtomobili teniki baxışdan keçirmək adı ilə Moqbildən götürmüş, bir daha qaytarmamışdır. Aparılandan bir neçə gün sonra Moqbil maşını tələb edəndə Zabiddin demişdir ki, 3000 dolları gətirməsə, maşını verməyəcək. Vəziyyəti belə görən Moqbil Zabiddinə 3000 manat təklif etmiş, lakin rədd cavabı almışdır: "Mən səni tanımıram, maşını Nəcməddinə vermişəm, pulu da ondan almışam".
Moqbil yazır ki, ondan sonra təkrar bir neçə dəfə Zabiddinə zəng edib, hər dəfə təhqir olunub, "get, hara istəyirsən şikayət et, mən heç kimdən qorxmuram, mənim lazım olan yerdə adamlarım var" cavabı alıb. Devalvasiyadan sonra maşının manatla qiyməti əvvəlkindən aşağı düşüb. Moqbil Zabiddinə adlarını çəkdiyi tanış şahidlərin iştirakı ilə təklif edib ki, qaytarmırsa, maşını bazara çıxarıb satsın, 1000 dollar kəsirlə onun pulunu qaytarsın. Buna baxmayaraq, Zabiddin yenə onunla razılaşmamış, bu dəfə 5000 dollar tələb etmişdir.
M. Cabbarlı həmçinin bildirir ki, Zabiddin həmin maşını 3 ildir ki, sürür, istismar edir və hətta onunla Rusiyaya da gedib qayıdıb. Hal-hazırda həmin maşının heç 3000 dollar da qiyməti yoxdur. Həm maddi, həm mənəvi ziyan çəkdiyini deyən, amma yalnız iddia etdiyi 9000 dolları geri qaytarmağa çalışan şikayətçi redaksiyadan problemi ictimailəşdirməyi xahiş etmişdir.
Sonda etibarnamə ilə bağlı problemlə qarşılaşmış şəxslərə tövsiyə edilir ki, əgər nəqliyyat vasitəsi onların əlindən alınıbsa, belə olan halda məhkəmə qaydasında avtomobilin alınması ilə bağlı ödənilmiş məbləğin geri qaytarılmasını mülkiyyətçidən tələb etsinlər.
Mövzuya qayıdacağıq.

Korrupsiya və Qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb