Azərbaycan İdeyası

MÜFLİSLİK DEYİL, VİCDAN MƏSƏLƏSİ

Tarix:5-04-2018, 12:08
Baxış Sayı:362

"Bildirirəm ki, 05.06.2015-ci il tarixdə Nəsimi rayonunda icarəyə götürdüyüm mağazanı Qasımova Rəhilə Mövsüm qızına və və oğlu Qasımov Qadir Malik oğluna təhvil vermişdim. Mağazanın aylıq icarə haqqı 1800 AZN idi. Mənim bel sümüyümdə yırtıq (qrıja) olduğundan, əmək qabiliyyətim yetərli olmadığından, mağazanı işlətməyə onlara verdim. Mağazanın içərisində mənə məxsus 12700 (on iki min yeddi yüz) manat dəyərində satlıq geyim əşyaları var idi. İcarə pulunu da özüm qabaqcadan ödəmişdim. Dükanı məndən götürəndən sonra iki ay işlədib, sonra da qəfil içindəki mənə məxsus malları da yığıb oranı tərk ediblər"- bu sözləri Şabran rayonunu n Füzuli küçəsi ev 79 ünvanda yaşayan vətəndaş İsrafilov Səbuhi Adil oğlu redaksiyamıza ünvanladığı ərizəsində yazır.
Aldadıldığını anlayan Səbuhi İsrafilov 20-ci Polis Bölməsinə şikayət etmiş, bölmədə ona Şabran rayon məhkəməsinə müraciət etməyi məsləhət görmüşlər. Məhkəmədə haqlı çıxmışdır. Qarşı tyərəf qarşılıqlı iddia ərizəsi ilə apellyasiya şikayəti vermiş, lakin apellyasiya instansiyası məhkəməsi onların şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Ali Məhkəmənin Mülki Kollegiyası da Qasımovların kassasiya şikayətlərini təmin etməmişdir. Lakin Şabran rayon məhkəməsinin 16 iyun 2016-cı il tarixli 2(031) -361/2016 saylı icra sənədinə əsasən Qasımov Qadir və Qasımova Rəhilə ödəməli olduqları 12700 manat məbləğində pulu Səbuhiyə ödəməmişlər. Nəticədə icra məmurunun tələblərini yerinə yetirmədiyinə görə Şabran rayon məhkəməsi 22 iyun 2017-ci il tarixdə Qasımov Qadir Malik oğlu və Qasımova Rəhilə Mövsüm qızı barəsində inzibati xəta haqqında iş üzrə ayrı-ayrı qərarlar çıxararaq onların hərəsini 500 manat məbləğində inzibati cərimə etmişdir. Q.Qasımovun həmin cərimə qərarından verdiyi apellyasiya şikayətini Sumqayıt Apellyasiya Məhkəməsi təmin etməmişdir. R.Qasımova da apellyasiya şikayəti vermiş,Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini qismən təmin edərək yenidən baxılmaq üçün Şabran məhkəməsinə qaytarmışdır. Bu dəfə Şabran məhkəməsi R.Qasımovanın əməlində inzibati xəta olmadığına görə onun İXM 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə başlanılmış icraata xitam vermişdir.
Bütün məhkəmə instansiyalarını keçdiyinə baxmayaraq, Qasımovlar Səbuhinin pulunu ödəməyiblər. Səbuhi həmçinin yazır ki, boprcluların onun pulunu çox asanlıqla ödəməyə yetəcək qədər mal-mülkləri, Qadirin avtomobili, Rəhilənin Sumqayıtda başqa bir paltar dükanı vardır. Lakin bütün əmlakları başqa yaxın adamlarının adınadır. Şikayətçi bu qənaətdədir ki, Qasımovlar son üç il ərzində işi məhkəmələrdə yubatmaqla hakimlərin humanistliyindən yararlanıb onun pulunu qəsdən verməməyi qarşılarına məqsəd qoyublar. Çünki dükanda olmuş malların satdıqlarını etiraf etdikləri hissəsindən əldə etdikləri gəlir (satış qiyməti ilə) ümumi malın maya dəyərini ödəməyə imkan verərdi. Belə çıxır ki, bu artıq müflislik deyil, vicdan məsələsidir.
Mövzuya qayıdacağıq.

C.Dadaşov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO