Azərbaycan İdeyası

İmişli. ZƏHMƏTİ HÖRMƏTƏ MİNDİRƏN MƏMUR - Şakir Şirinov...

Tarix:16-04-2018, 12:19
Baxış Sayı:294

 İmişli. ZƏHMƏTİ HÖRMƏTƏ MİNDİRƏN MƏMUR - Şakir Şirinov...
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - 7 saylı İmişli Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsinin müdiri Şakir Şirinov barədə bəhs edəcəyik. Həm də məmur olaraq yox. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə...


VAR-DÖVLƏTİ SAYA GƏLMƏZ ANLAYAN OLSA...

Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir insan kimi tanıdığımız Şakir Şirinov haqda bəzən bədhaqları tərəfindən yayılan uydurmalar gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılan yazılara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, bəli, Şakir Şirinov təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Adamın saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər baglıdır. Saysız- hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya saysız-hesabsız xeyxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki...) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda “ Şakir müəllimin böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə, sizsə hər şeyi baş-ayaq anlamısız…

ZƏHMƏTİ HÖRMƏTƏ MİNDİRƏN KİŞİ

Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün iş adamlarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, 7 saylı İmişli Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsinin müdiri Şakir Şirinov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən MƏMURlardandir.

Şakir Şirinov bu İŞƏ rahat həyat sürmək üçün gəlməyib. Həm də var- dövlət toplamaq üçün yox. Çünki Şakir Şirinov həm maddi, həm də mənəvi xəzinəsi bir çox məmurlardan üstündür. O, bir elin, obanın qəbul etdiyi Lider olaraq xalqın icinə gəldi, onun agrı-acısını özününkü hiss etdi, sevincinə sevindi, kədərinə ortaq oldu. Böyük Cavidin bu misrasını təkrarlamaq yerinə düşər:
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur, yer üzünü…”

P.S.
TANINMIŞ HƏMKARIM ŞAKİR MÜƏLLİM HAQQINDA

Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Şakir Şirinov ilə yaxın oldugunu deyir: “Fürsət düşdükdə Şakir müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki , belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir adamdır. Amma görünür o bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə islah etmək olar. Ancaq son zamanlarda dövrü mətbuatda, xəbər portallarında Şakir müəllim haqqında böhtan xarakterli yazılar dərc olunur ki, adamı igrah hissi bürüyür. Belə şər, böhtan yaymaq kimlərə lazımdır görəsən?!”.

YAZIYA KİCİK BİR SÖZARDI

Nəşrə başlayan hər bir mətbu orqan qarşısına məqsəd qoyur. Və bu məqsədə çatmaq üçün dünya təcrübəsinə söykənən jurnalistikanın prinsiplərinə əməl etməlidir.
Bəs, görəsən jurnalist qəbul olunmuş prinsiplərə əməl edirmi? Birmənalı cavab verib "edir" və ya "etmir" demək düzgün olmazdı. Jurnalist var ki, öz yaradıcılığında prinsiplərə söykənir, jurnalist də var ki, prinsiplərdən qaçır, özü istədiyi kimi hərəkət edir. Onun məqsədi qarayaxmaq, faktı özünə sərf elədiyi kimi oxuculara çatdırmaq, lazım gələndə şərh etmək, bir sözlə, aranı qızışdırmaqdır. O, bununla yalnız öz çevrəsinin "hörmətini" qazana bilər.
Qərəzsiz olmaq üçün qərək vicdanlı olasan, yalana yol verməyəsən və əlində olan faktları yalnış göstərməyəsən. Yanlışlığa yol verilibsə, etiraf edib düzəltməlisən. Peşəkar Jurnalistlər Cəmiyyətinin Etik Koteksində çox aydın yazılıb: "Buraxılan səhvləri tez və bütövlükdə düzətmək lazımdır". Amma təəssüf ki, bəzi yazılarda qərəzliliyin şahidi oluruq. Qazanc xatirinə, saytlarının reytinqi xatirinə yalan uyduran jurnalistlərin əksəriyyəti açıq-aşkar qərəzli mövqedən çıxış edirlər. Bu da narazılıq doğurmaya bilməz. M.Ə.Rəsulzadə "Mətbuat azadlığı" məqaləsində yalan, qərəzli mətbu orqanlar barədə yazırdı: "Öz xeyirləri üçün cürbəcür yalanlar, qərəzli qara fitnəkarlıq və iftiralar dərc edən mətbuat pozğun mətbuatdır, nəşrdir. Bu cür ədəbiyyat ancaq və ancaq pul qazanmaq naminə nəşr olunur, onların puldan başqa qayələri yoxdur". Bizcə şərhə ehtiyac yoxdur!
Möhtərəm həmkarlarım, elə yazın ki, sonradan yazdıqlarinıza görə peşiman olmayasınız!!! [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU