Azərbaycan İdeyası

DTX əməliyyata başladı: gizli ibadət-tədris kompleksi...

Tarix:23-04-2018, 13:38
Baxış Sayı:276


 DTX əməliyyata başladı: gizli ibadət-tədris kompleksi...
Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində yerləşən Azərbaycan Respublikasının vətəndaşı Rəhmanlı Rəhman Mikayıl oğluna məxsus bağ sahəsində qeyri-ənənəvi dini təriqətin üzvləri tərəfindən gizli yaradılmış, azyaşlıların da dini ayinlərə cəlb olunduğu qanunsuz dini ibadətgah-dərsxana kompleksi aşkar edilib. Bu barədə hər üç qurumun yaydığı birgə məlumatda bildirilib.
Qeyd edilib ki, qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan "məscid" adı altında gizli fəaliyyət göstərən həmin ərazidən dini ayrı-seçkiliyin təbliği məqsədi ilə qanunsuz yayılan çoxsaylı dini ədəbiyyatlar aşkar edilərək götürülüb: "Qeydə alınmış qanun pozuntuları müvafiq qaydada sənədləşdirilərək, qanunsuz dini ibadət-tədris sahəsinin fəaliyyəti dayandırılıb".
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində araşdırmalar davam edir. Axar.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO