Azərbaycan İdeyası

AĞSU YOL POLİSİ "ETİK DAVRANIŞ İLİ"NİN 8 MART GÜNÜNDƏ QADINI TƏHQİR EDİB ...ƏRİNİ DƏ AZ QALA ÖLDÜRƏCƏKMİŞ

Tarix:24-04-2018, 13:25
Baxış Sayı:272

------------------------------------------------------------------------------------------------------------------
Bildiyimiz kimi, daxili işlər naziri cənab Ramil Usubov 2018-ci ili yol-patrul xidmətinin əməkdaşları üçün “Etik-davranış ili” elan edib, vətəndaşlarla ünsiyyətdə kobudluq göstərən, sürücüyə özünü təqdim etməyən, törətdiyi qayda pozuntusu barədə ona izah verməyən, yaxud bunu bacarmayan əməkdaşlar barəsində ciddi ölçülər götürüləcəyini vurğulayıb. Nazir başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək olduğunu bildirib. Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər cür şərait yaradıldığını, şəxsi heyətin dövlətin qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran daxili işlər naziri ölkə başçısının bu ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, xidmətdə və xidmətdənkənar vaxtlarda başqalarına nümunə göstərəcəyinə əmin olduğunu bildirib.
Görünür, bütün bunların Ağsu Rayon polis Şöbəsinin Yol Polisi Bölməsinə aidiyyəti yoxdur. Redaksiyamıza YPB-nin əməkdaşının məhz 8 mart günündə qadına qarşı kobudluq etdiyi barədə şikayət daxil olub. Ağsu rayonunun M.Müşfiq küçəsi -5 ünvanda yaşayan Qəribova Mahizər Burxan qızı yazır ki, 08.03.2018-ci il tarixdə onun hüquqları Ağsu RPŞ-nin YPB-nin əməkdaşı polis serjantı Rais Baxşıyev tərəfindən kobud surətdə pozulub və təhqir olunub. Bildirir ki, həmin gün oğlu Neymət Qəribovla birlikdə ürəyin işemik xəstəliyindən əziyyət çəkən həyat yoldaşı Qəribov Şəfahət Abbas oğlunu Ağsu rayon mərkəzi xəstəxanasının göndərişi ilə Bakıya müayinəyə çatdırmağa tələsirmişlər. Yolda xəstə özünü pis his etdiyi üçün Neymət maşını yolun kənarına çəkib yaxınlıqdakı dükana su almağa gedib. Bu vaxt polis serjantı onlara yaxınlaşıb kobud tərzdə sənəd tələb edib. Mahizər xanım ona sənədlərinin düzgün olduğunu və xəstənin halını izah etsə də, serjant təhqiramiz ifadələr işlədib. Şikayətçi qeyd edir ki, yola çıxmazdan əvvəl əziyyətlə dağlardan gül toplayıbmış ki, getmişkən Bakıda satsın və qazanacağı pula xəstə üçün lazım ola biləcək dərmanları alsın. Mahizər xanımın qənaətinə görə, yol polisi əməkdaşının diqqətini maşındakı güllər cəlb edən kimi onları alverçi sanıb pul qopartmaq istəyib. Tələbi yerinə yetməyincə təzyiqi artırıb. M.Qəribova heç bir qayda pozuntusu olmadan ləngidilməsinə etiraz etməsinin fayda vermədiyini görüncə aqraşdırma üçün serjanta Polis Şöbəsinə getməyi təklif edib. Yazır ki, bu vaxt serjant onu sinəsindən itələyib. Həyat yoldaşı Şəfahət polisə kobud hərəkətinə görə iradını bildirdikdə isə Baxşıyev ona sarı gedərək çiynindən basıb, xəstəliyinin vecinə olmadığını deyib, yoluna davam etmək istəyirlərsə tələb olunan rüşvəti verməli olduqlarını bildirib. Əks halda onları ləngidib gülləri xarab edəcək. Bu vaxt Mahizər xanım serjanta ondan rəis Fəxrəddin Abbasova şikayət edəcəyini deyib. Serjant cavab verib ki, özü elə rəisin tapşırığı ilə hərəkət edir, şikayətin xeyri olmayacaq. Bundan sonra polis şöbəsinə gediblər. Saxlanılan Şəfahət Qəribovun hgalı pisləşib, buna baxmayaraq onunla da təhqiramiz davranıblar və incidərək təzyiq altında bir neçə sənədə imza atdırıblar. Olumla ölüm arasında qalan xəstə öpolisin tərtib etdiyi sənədlərə qol çəkmək məcburiyyətində qalıb.
Polis şöbəsində Mahizər Qəribovanın da vəziyyəti pisləşib, vətəndaşşlardan biri təcili tibbi yardım çağırıb. Mahizər xanım həmçinin yazır ki, rəis müavini kimi tanıdığı Vüsal adlı şəxsə onlardan şikayət edəcəyini deyəndə cavab alıb ki, o təqdirdə məhkəməyə veriləcək və yüksək məbləğdə cərimə olunacaq.
Beləliklə, Mahizər xanım xəstə həyat yoldaşını da götürüb rayon xəstəxanasına aparıb. Orada xəstəyə yardım göstərilib. Evə gətirincə yaşamış olduğu günün gərginliyindən dolayı yenidən vəziyyəti pisləşib. Daha şiddətli ürək sancıları başlayıb. Üstünə təcili yardım maşını gəlib. Bu dəfə xəstəxanada on iki gün yatıb, məsləhət görüblər ki , Bakıya getsin.
M.Qəribova bildirir ki, hadisədən sonra onu dəfələrlə polisə çağırıb xəbərdarlıq ediblər ki, Bakıya şikayət üçün getsən, səni məhkəməyə verəcəyik, Ağsuda gəzməyə qoymayacağıq.
Ərizəyə əlavə olunmuş materialdan görünür ki, hadisənin fəsadı olaraq 27.03.2018-ci il tarixdə Ağsu mərkəzi xəstəxanasında Şəfahət Qəribova "gərginlik stenokardiyası, posttravmatik kardioskleroz" diaqnozu qoyulmaqla Bakıdakı 5 saylı Kliniki Xəstəxanaya stasionar müalicəyə göndərilib. Keçən il Elmi Tədqiqat Kardiologiya İnstitutunda 30 mart-14 aprel tarixində ağır vəziyyətdə ikinci infarkdan müalicə almış Şəfahət Qəribov kafi vəziyyətdə ambulator müalicəyə yazılıbmış. Belə çıxır ki, polislə insidentdə ölə də bilərmiş.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb