Azərbaycan İdeyası

MÜSTƏNTİQ MƏTANƏT HƏŞİMOVANIN BAŞ REDAKTORA QARŞI İRƏLİ SÜRDÜYÜ İTTİHAMLAR QÜVVƏDƏN DÜŞÜR

Tarix:24-04-2018, 13:27
Baxış Sayı:353



Qəzetimizin sabiq əməkdaşı Durmuşov Sadiq Fəxrəddin oğlunun dələduzluq əməllərindən yazmaq təəssüfümüzə səbəb olursa da, onun öz suçlarını qəzetin baş redaktorunun üstünə yıxmaq cəhdlərindən yazmaq ikiqat məyusluğumuza səbəb olur. Ancaq bütün bunlar haqda oxucuları kursda saxlamağı özümüzə borc bilirik. Çünki illər uzunu həm maraqlı informasiya ilə təmin ediyimiz oxucuların, həm də onların sırasından pozulmuş hüquqlarının müdafiəsinə qalxdığımız, problemlərini ictimailəşdirərək həllinə yardımçı olduğumuz vətəndaşların qəzetimizə, qəzet rəhbərliyinə olan inam və etimadını itirmək istəmirik.
Durmuşov Sadiq Fəxrəddin oğluna açıqca təəsssübkeşlik etdiyi ortada olan Balakən rayon polis şöbəsinin istintaq şöbəsini müstəntiqi, polis kapitanı Həşimova Mətanət Ramazan qızının 23 iyul 2017-ci il tarixdə başladığı cinayət işi üzrə baş redaktorumuza qarşı irəlü sürdüyü ittihamlar 5 xüsusatdan 4-ü sonradan Zaqatala rayon polis şöbəsində istintaq edilərkən təsdiqini tapmamış və həmin xüsusatlar üzrə cinayət təqibinə xitam verilmişdir. Zaqatala polisi sübutların qiymətləndirilməsi haqqında Qərarında S.Durmuşovun sözügedən cinayət işində zərərçəkmiş şəxs qismində iştirakına da xitam vermişdir. İstintaqın gedişində həmçinin müəyyən olunmuşdur ki, S.Durmuşov məqalələr dərc etdirdiyi "Korrupsiya və qanun" qəzetinin ictimai rəyə təsir etmək imkanından yararlanaraq nəhayətdə problemlərinin həllinə nail olduğu vətəndaşların ona olan minnətdarlıq hisslərindən də öz çirkin məqsədləri üçün istifadə etmişdir. Məsələn, pensiya təminatı üzrə qanuni müracətinə baxılması ləngiyən Nusabi Qurbanovun qarşılaşdığı bürokratik əngəllər qəzetdə ictimailəşəndən sonra aradan qalxmışdır. Durmuşov bu məsələnin həllində qəzetdən və qəzet rəhbərliyindən çox öz rolunu qabardaraq Qurbanovu baş redaktora qarşı apardığı şərləmə kampaniyasına cəlb etmişdir. Qurbanov baş redaktorla üzləşmə zamanı Balakən rayon polis şöbəsinə verdiyi ifadəni təkzib edərək həmin ifadəni tanışı Sadiqin xahişi ilə verdiyini bildirmişdir.
Baş redaktorumuza qarşı hələlik qüvvədə olan bir ittihama görə cinayət işinin araşdırılması ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə göndərilmişdir. Ümid edirik ki, Yasamal polisi də işə obyektiv yanaşacaq və bu sonuncu ittiham da aradan götürülməklə Durmuşovun bütün böhtanlarının əsassız olduğu, öz dələduzluğunu ört-basdır etmək səyləri ortaya çıxacaqdır. Eyni zamanda Balakən polisinin müstəntiqi Mətanət Həşimovanın şərə dəstək verdiyini sübut etməyə ehtiyac qalmayacaqdır.
Hələlik qüvvədə olan, tezliklə qüvvədən düşəcəyinə inandığımız həmin ittihamın xüsusatı isə bundan ibarətdir: Guya baş redaktorumuz yalan vəd verərək Sadiqin vasitəsilə tanış olduğu vətəndaş İbrahimov Vaqif Məhəmməd oğluna Balakən rayonu Əlillər Cəmiyyətinin sədri təyin olunacağına kömək edəcəyini demiş, 2017-ci ilin aprel ayında Bakı şəhərində 20 yanvar metrostansiyasının yaxınlığında onun 2500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir.
Qarabağ müharibəsi Əlilləri İctimai Birliyinin Balakən rayon şöbəsinin üzvü olan şəxslər "Korrupsiya və qanun" qəzetini və onun baş redaktorunu tanıyırlar. Çünki məhz bu qəzet onların haqq əsinə tribuna vermiş, şöbənin sabiq sədrinin korruptiv əməllərini tənqid etmişdir. Bütün bunlar ondan ötrü idi ki, bir korrupsionerin yerinə digərini oturdasan? Yəqin haqqsevər balakənli Qarabağ əlilləri də bizə dəstək verəcəklər.
Sonda onu da qeyd edək ki, 11 sentyabr 2017-ci il tarixdə qəzetimizə müraciət edən Abakarov və digər vətəndaşların S.Durmuşovdan şikayətlərini özündə ehtiva edən 18 oktyabr 2017-ci il tarixli məktubumuz bu il DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cavablandırılmışdır. Bildirilmişdir ki, Abakarov Ruslan Əhməd oğlu 27 oktyabr 2017-ci il tarixdə Baş İdarəyə müraciət edərək Durmuşov Sadiq Fəxrəddin oğlu tərəfindən pulun bir hissəsinin qaytarıldığını bildirmiş və ilkin kollektiv ərizə üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bu, həm də təsdiqləyir ki, Durmuşov həqiqətən vətəndaşlara vədlər verərək onlardan pul alıbmış. Həmin pulu qismən, hətta tam qaytarılması, eləcə də tək Abakarovun deyil, hətta digərlərinin də öz şikayətlərin geri götürmələri o demək deyildir ki, onun dələduzluğuna hüquqi qiymət verilmədə göz yumulmalıdır.
Mövzuya qayıdacağıq.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb