Azərbaycan İdeyası

Azərbaycan xalqı İlham Əliyevə səs verməklə 2018-ci ilin aprel ayını da öz tarixinin zəfər səhifəsi kimi yazdı.

Tarix:24-04-2018, 13:42
Baxış Sayı:8 298


*
Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycanın dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə güclənir, həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələrlə Avrasiyanın nəqliyyat qovşağına, logistik mərkəzinə çevrilir.
Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər.
İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası nəticəsində erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi. Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi, Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başladı.
Bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı.
2 il əvvəl aprel ayında Ali Baş Komandan İlham Əliyev düşmənə unutmayacağı bir məğlubiyyət acısını yaşatdı. Qalibiyyət hərisi olan bir xalqın zəfər tarixinə daha bir şanlı səhifə- Lələtəpə zirvəsi yazıldı. Ilham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan öz sözünü deməyə qadir olan güclü bir dövlətdir. O zaman bütün Azərbaycan xalqı tək yumruq kimi öz Prezidentinin ətrafında birləşərək qalibiyyətə imza atdı.
Bu xalq 2018-ci ilin aprel ayını da öz tarixinin zəfər səhifəsi kimi yazdı. Bu qalibiyyət Azərbaycan xalqının haqqı idi.

Cənab İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi Azərbaycanın müstəqillik tarixinin əsl intibah, inkişaf mərhələsi olub
*
Müstəqil Azərbaycan çağdaş tarixinin ən şərəfli dövrünü yaşayır. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi Azərbaycanın müstəqillik tarixinin əsl intibah, inkişaf mərhələsi olub, dünyada dövlətimizin qüdrəti və siyasi nüfuzu möhkəmlənib, vətənimiz regionun lider dövlətinə çevrilib. 2003-cü ildə prezident seçkiləri öncəsi ulu öndər Heydər Əliyevin İlham Əliyev haqqında uzaqgörənliklə söylədiyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” müdrik kəlamının həqiqət olduğunu tarix və zaman bütün dünyaya göstərdi. Belə ki, cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu, milli inkişaf siyasətini dönmədən və uğurla həyata keçirərək ölkənin sosial-iqtisadi və mədəni həyatının davamlı inkişaf strategiyasını formalaşdırdı.
Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlamış Azərbaycan məqsədlərinə doğru inamla addımlayan, qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirən dövlət kimi tanınmaqdadır.
Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət sayəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib.
Yoxsulluq həddinin 50 faizdən 5 faizə endirilməsi, başqa sözlə, təxminən 10 dəfə azaldılması, 1 milyon 900 min yeni iş yerinin açılması nəticəsində işsizlik səviyyəsinin təxminən 5 faizə endirilməsi kimi tarixi nailiyyətlər qeyd olunmalıdır. Bu müddət ərzində maaşlar orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real gəlirləri orta hesabla 2,6 dəfə artıb.
Ölkədə elektrik enerjisinə, içməli suya və təbii qaza olan tələbatın tam ödənilməsi, sosial infrastrukturun yenilənməsi əldə edilmiş ən mühüm nailiyyətlərdəndir.
Belə qənaətdəyəm ki, həmvətənlər 2018-ci ilin aprel ayının 11-də keçirilmiş prezident seçkilərində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verməklə, müstəqil Azərbaycanın gələcəyinə, müstəqilliyimizin qarantına, ölkəmizdə əmin-amanlığa səs vermiş oldular.


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb