Azərbaycan İdeyası

İlham Əliyev üçün hakimiyyət, ilk növbədə, Azərbaycan vətəndaşlarından ötrü xeyirxah işlər görmək imkanıdır

Tarix:24-04-2018, 13:43
Baxış Sayı:659


*
Heydər Əliyevin işinin davamçısı, siyasi irsinin birbaşa varisi və övladı kimi Prezident İlham Əliyevin bu böyük şəxsiyyət haqqında dediyi sözlər hər bir azərbaycanlının ürəyindən xəbər verən sözlərdir. O bildirir: “Mən Heydər Əliyevin oğlu olmağımı özüm üçün böyük xoşbəxtlik sayıram. Böyük insanın oğlu olmaq, habelə mühüm qərarlar qəbul edilən anlarda onun yanında olmaq böyük xoşbəxtlikdir. Bu gün onun işi yaşayır, siyasəti yaşayır və mən əminəm ki, Azərbaycan onun istədiyi kimi inkişaf edir. Əlbəttə ki, mən həmişə ona oxşamağa çalışmışam. Çünki siyasətçi keyfiyyətləri ilə yanaşı, o, həyatda hamıya nümunə ola biləcək adam idi. Səni maraqlandıran bir suala cavab almadan ondan aralanmaq mümkün deyildi. Sizə deməliyəm ki, prezidentliyimin ilk illərində elə məqamlar olmuşdur ki, mən fikirləşirdim: bu vəziyyətdə Heydər Əliyev nə edərdi? Lakin təəssüf ki, bunu bilmək imkanım yox idi. Amma düşünürəm ki, o, son beş ildə görülmüş işlərin hamısını bəyənərdi. Özünün əsəri olan Azərbaycanı bugünkü səviyyədə görsəydi, şad olardı”.
Bu gün Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevi ümummilli lider Heydər Əliyevlə birləşdirən bir çox ümumi cəhətlər vardır. Lakin onlardan bəzilərini xüsusi qeyd etmək lazımdır. Bu, ilk növbədə vətən, dövlət və millət qarşısında məsuliyyət hissidir. Biz əvvəldə ulu öndərin bu barədə bəzi fikirlərini qeyd etmişdik. Bu məsuliyyət hissi cənab İlham Əliyevin də bütün həyatının məğzini təşkil edir və ətrafında olan hər bir kəsdən də bunu qətiyyətlə tələb edir. Cənab İlham Əliyev hakimiyyətin nədən ibarət olması barədə öz düşüncələrini açıqlayaraq deyir: “Mən deyərdim ki, bu gün hakimiyyəti beş il əvvəlkindən fərqli başa düşürəm. O vaxt mənim üçün hakimiyyət, ilk növbədə, böyük məsuliyyət yükü idi. Həm atamın xatirəsi qarşısında, həm ölkə qarşısında, həm də xalq qarşısında məsuliyyət idi. Başa düşürdüm ki, Azərbaycanın gələcəyi mənim görəcəyim işlərdən asılı olacaqdır. Bu gün deyə bilərəm ki, bu məsuliyyət hissi məni heç vaxt tərk etməsə də, hər halda, buraya başqa hisslər də əlavə olunur. Yəni indi mən hakimiyyəti ölkə üçün daha yaxşı işlər görmək imkanı kimi qəbul edirəm. Bu gün mənim üçün hakimiyyət, ilk növbədə, Azərbaycan vətəndaşlarından ötrü xeyirxah işlər görmək imkanıdır".
Məhz bu səbəblərə görə Azərbaycan xalqı Prezident seçkilərində vətən, dövlət və millət qarşısında məsuliyyəti bunca dərinliklə hiss edən övladına səs verdi.


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA