Azərbaycan İdeyası

Prezident seçkiləri İlham Əliyevin xalqının alternativsiz lideri olduğunu bir daha sübut etdi *

Tarix:24-04-2018, 13:44
Baxış Sayı:526


Azərbaycanda prezident seçkilərinin apreldə, yaxud oktyabrda keçirilməsinin qədirbilən xalqımız üçün heç bir fərqi yox idi. Çünki Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin yenidən Prezident seçiləcəyinə heç bir şübhə də yox idi.
Əlbəttə ki, Azərbaycan vətəndaşlarının cənab İlham Əliyevə yüksək etimadı danılmazdır. Hər bir ölkə vətəndaşı bilir və şahiddir ki, dövlət başçısının bütün fəaliyyəti əsasən ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə, yoxsulluğun azaldılmasına, ictimai-siyasi sabitliyə nail olunmasına yönəlib. Xalq bunun nəticəsini də görüb və görür. Prezident İlham Əliyev ölkəsinin lideri kimi 2003-cü ildən bu günədək Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevrilməklə adını şanlı tariximizə yazdırıb.
Bu gün inkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycan son illərdə həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və güclü iqtisadiyyatla sürətli inkişaf edən ölkələr sırasında inamla irəliləyir. Təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla addımlayan müstəqil Azərbaycan inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir.
Əlbəttə ki, Azərbaycandakı həmrəylik və sabitliyin mənbəyi xalqın iradəsidir, xalq-iqtidar birliyidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır.
Ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi ictimai-siyasi sabitliyin başlıca təminatçısıdır. Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, cənab İlham Əliyev isə dövlətinin maraqlarını qətiyyətlə müdafiə edir.
Təsadüfi deyil ki, Azərbaycan Davos İqtisadi Forumunun son hesabatında “Siyasətçilərə ictimai etimad” kateqoriyası üzrə dünyada 137 ölkə arasında 20-ci yerə yüksəlib. Respublikamız “Böyük İyirmilik” ölkələrinin hər 4-dən 3-nü, bütün postsovet respublikalarını və türk dövlətlərini isə qabaqlayır. Bu, Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin vətəndaşlar tərəfindən rəğbətlə və məmnunluqla qarşılanmasının ifadəsidir.Tam obyektiv sorğu nəticəsində Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib. Belə bir etimad isə siyasi və iqtisadi inkişafı, ölkədə sabitliyi təmin edir. Əlbəttə ki, bu, cənab İlham Əliyevin siyasətinə əhalinin və beynəlxalq ictimaiyyətin layiqli qiymətidir.


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb