Azərbaycan İdeyası

Mərhum jurnalistin bacısı kömək istəyir - İcra Hakimiyyəti XƏBƏRDARDIR

Tarix:2-05-2018, 17:43
Baxış Sayı:478

  Mərhum jurnalistin bacısı kömək istəyir - İcra Hakimiyyəti XƏBƏRDARDIR

Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı, Zəngilan rayonundan məcburi köçkün Sevinc Əliyevanın mənzil problemi həll olunmadığından, o, çətin vəziyyətə düşüb.
Sevin Əliyevanın Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsinin ərazisində yerləşən evi martın əvvəllərində yanıb kül olub.
Modern.az-ın məlumatına görə, mərhum jurnalistin bacısı indiki durumu haqda deyib:
“İki aydır evim yanıb. Əli Həsənovun zamanında “Qaçqınkom” mənə tezliklə ev veriləcəyini vəd etsə də, bunu gerşəkləşdirmədi... Zəngilan rayon İcra Hakimiyyəti də mənə kömək etmir, vəd olunan kirayəpulunu vermirlər. İndi bu vəziyyətdə mən nə etməliyəm?! Mən dövlətimizə güvənirəm!”. İnanıram ki, aidiyyatı orqanlar nəhayət kömək edəcəklər”.
Zəngilan rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ceyhun Həsənov Modern.az-a açıqlamasında məsələyə bu cür münasibət bildirib.
“Zəngilan rayon İcra Hakimiyyətinin rəhbərliyi və digər vəzifəli şəxslər Sevinc xanımın yaşadığı yerdə olublar. Məsələ həm icra başçısının, həm də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzarətindədir. Hazırda həmin məsələ üzərində iş gedir. Yaxın günlərdə problem qaydasına qoyulacaq”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb