Azərbaycan İdeyası

"Ömrümün son günlərini qaranlıq daxmada keçirməyə məcburam"

Tarix:4-07-2018, 15:33
Baxış Sayı:312



Füzuli rayonunda elektrik diskriminasiyası
---------------------------------------------------------
İndiki zamanda hər bir ev üçün, ailə üçün elektrik enerjisi ilə təminatın nə dərəcədə vacib olduğunun izaha ehtiyacı yoxdur. Axı elektrik enerjisi təkcə işıqlandırma, istilik hasil etmək üçün deyil, onun tətbiq sahələri daha genişdir. Təminatın dayandırılması istehsal müəıssisələrinə necə böyük iqtisadi zərər vurduğu kimi, ailənin dolanışığına, hətta cəmiyyət arasında mövqeyinə də ciddi ziyan vura bilər. Daha məyusedici və qəbuledilməz hal budur ki, enerji təchizatının kəsilməsi abonentin deyil, istehsalçının deyil, təchizatçının səhvi, günahı, korrupsiya hüquqpozması səbəbindən baş verir. Məsələn, təsəvvür edin ki, borclu olmadığınız halda səhvən, yaxud, bilərəkdən, hesabınıza borc yazılır. Razılaşmadığınız, ödəmədiyiniz təqdirdə işığınız kəsilir.
Gəlin görək, bu haqsızlıq sizə hansı maddi zərər və mənəvi əzabları verir: Qışın günündə kombi sisteminiz, ütü, paltaryuyan maşın, elektriklə işləyən bütün digər məişət cihazları dayanır. Gündəlik gigiyena, qarderob, qidalanma ilə bağlı çətinlikləriniz yaranır. Həmin çətinliklərin öhdəsindən gəlmək üçün əlavə xərcə düşür, vaxt və enerji itirirsiniz. Daha pisi odur ki, həmin o narahat günlərdə həmişə Azərbaycanı cənnət kimi göstərməyə çalışdığımız Avropadan qonağımız gəlir. Biabır olmuruqmu müsafir qarşısında? Yaxud, həmin ərəfələrdə televiziyaya, internetə çıxışımız kəsildiyi üçün informasiya almaq sarıdan korluq çəkmiş, dünyadan xəbərsiz olmusuz deyə vacib tədbirləri ötürmüs, hətta həyatınızı müsbətə doğru dəyişə biləcək olayları izləmək fürsətini fövtə vermisiniz. Bütüb bunları nəzərə alanda sizi yanlışlıq və ya qərəz səbəbindən elektriksiz qoyan təchizatçının üzərinə yalnız təchizatı bərpa etmək vəzifəsi düşmür. O, məsuliyyətə cəlb olunmalı, aldatdığı, incitdiyi abonentə maddi, mənəvi təzminat ödəməlidir.
Füzuli rayonunun Qayıdış - 10 qəsəbə sakinləri Quliyev Niyaməddin İnqilab oğlu, Əliyeva Sona Səfqulu qızı və başqaları redaksiyamıza müraciət edərək Füzuli rayon Elektrik Şəbəkəsinin rəisi Səttar Rəhimov və satış müdiri Nasib və sahə müdiri Mobil Hüseynov tərəfindən incidildiklərini, onların elektrik sayğaclarına artıq pul yazaraq borclandırıldıqlarını bildirmişlər. Əslində xeyli vaxtdır ki, apardıqları bu mübarizəni ərizə ilə müraciət etdikləri yuxarı instansiya rəhbərlərinin kabinetindən KİV müstəvisinə daşımaq məcburiyyətində qalmışlar. Bildirirlər ki, 2016-cı ildə Prezidentin qərarı ilə silinməli olan borcları İdarə tərəfindən 2017-ci ilin əvvəlinə qalıq borc kimi daşınaraq onlardan tələb olunmuş, ödənilməyincə işıqları kəsilmişdir. Ərizədən görünür ki, 25 yanvar 2017-ci il tarixdə Niyaməddin Quliyevin yaşadığı 40 nömrəli evin işıq sayğacı istismar müddəti bitib yararsız hala düşdüyü üçün yenisi ilə əvəz olunmuşdur. Quliyevin sözlərinə görə 17 yanvar 2018-ci il tarixədək 1363 kb işıq sərfiyyatı olmuşdur ki, qiyməti 95 manat 41 qəpik edir. O vaxta qədər 106 manat ödədiyinə baxmayaraq 17 yanvar 2018-ci il tarixdə evinin elektrik təminatını kəsərək onun 5 nəfərlik müəllim ailəsini işıqsız qoyublar. Yuxarı instansiyalara etdiyi şikayətlərin nəticəsi olaraq nəhayət Aran Regional Enerji Təchizatı və Satış İdarəsi Quliyevin müraciətini "araşdırmış", "Azərişıq" ASC-nin Enerji Satış Departamentinin direktoruna, Milli Məclisin İnsan Hüquqları Komitəsinə 06.04.2018-ci il tarixə abonentin debitor borcunun olmadığını təsdiqləyən məktub yazmışlar. Məktubda həmçinin təsdiqlənir ki, abonentin borcundan 13.02.2018-ci il tarixdə 2016-cı ilin dekabr ayının fərqi - yəni əsassız yazılmış 60.81 manat dondurularaq azaldılmışdır. Məktub belə bir cümlə ilə yekunlaşır: "Buna baxmayaraq, abonent dəfələrlə müxtəlif bəhanələrlə müxtəlif orqanlara şər və böhtan xarakterli şikayət ərizələri ilə müraciət edir".
Əvvəla, Aran RETSİ rəhbərliyi nəzərə almır ki, N.Quliyev məhz Baş Prokurorluğa, millət vəkillərinə yazdığı şikayətlər hesabına borc məsələsinin araşdırılmasına nail olmuşdur. İkincisi, Quliyevin bu sualına cavab verilmir ki, onun üzərinə yazılmış borc əsassız idisə, niyə 5 nəfərlik ailəsi 27 gün işıqsız qalmalı idi.
80 yaşlı Əliyeva Sona Səfqulu qızı isə bildirir ki, "Azərişıq" ASC - nin yerli strukturunun işçiləri onun etirazına qarşılıq verərkən güc tətbiq etmiş, onu itələyib yıxmışlar. Sözlərinə görə, şikayət etdiyi polis məmuru isə ona çox qəribə xəbərdarlıq etmişdir: "Sizi nəinki itələyib yıxa, hətta yol ilə gedəndə maşınla da vura bilərlər. Gedin, oturun yerinizdə, biz bu işlə məşğul olacağıq". Sona ananın ərizəsindəki bu təsirləndirici nidanı isə "Azərişıq" rəhbərliynin vicdanının öhdəsinə buraxırıq: "Mən - 80 yaşlı ağbirçək adam ömrümün son günlərini öz qaranlıq daxmamda keçirməyə məcbur olmuşam".
N.Quliyev və digər incidilmiş vətəndaşların Füzuli rayon Paylayıcı Elektrik Şəbəkəsini və Füzuli rayon Enerji Təchizatı və Satışı İdarəsini məhkəməyə vermək, onlardan kompensasiya tələb etmək hüquqları vardır.
Sözardı: "Qayıdış - 10" qəsəbəsinin sakinləri başqa bir ərizə ilə həmçinin içməli və suvarma suyu ilə təminat sarıdan ciddi korluq çəkdiklərini, suyun möhtəkirlər tərəfindən 100 litrinin təxminən 1 AZN-ə satıldığını bildirmişlər. Gəlin razılaşaq ki, düşmənə göz dağı olan Qayıdış qəsəbələrinin infrastruktur problemlərinin olması, sakinlərinin su və işıq kimi ən zəruri nemətlərdən korluq çəkmələri bədxahlarımızı sevindirir.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO