Azərbaycan İdeyası

SOL SAĞRISINDAN KOR QƏLPƏ YARASI ALMIŞA "FORMA 88" NİYƏ VERİLMİR?

Tarix:4-07-2018, 15:40
Baxış Sayı:573





Respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqət yetirilir. Bu sıradan ölkəmizin müstəqilliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş insanların sosial müdafiəsi də Azərbaycan iqtidarı üçün Vətənimizin hərbi müdafiəsi qədər önəmli və vacibdir.
Hazırda ölkəmizdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13,5 min nəfərə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri verilir və bu məqsədlər üçün il ərzində 60 milyon manat məbləğində vəsait sərf olunur. Bundan əlavə, qeyd edilən şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə mühüm sosial proqramlar da icra edilir.
Di gəl, bu qəbildən olan insanların heç də hamısı dövlətin sosial siyasətindən tam şəkildə yararlana bilmirlər. Bürokratik əngəllərlə, süni maneələrlə, korrupsiya hüquqpozmaları ilə üzləşirlər.
Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almış igid Vətən oğullarından biri də Bakı şəhəri Nizami rayonu Naxçıvani küçəsi v 70 mənzil 56 ünvanda yaşayan Adıgözəlov Şakir Kamandar oğludur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən onun "Sol sağrının kor qəlpə yaralanması" diaqnozu təsdiqlənmişdir. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat travmatologiya və Ortopediya İnstitutu da ona eyni diaqnozu təsdiqləyən arayış verilmişdir. Bundan sonra Adıgözəlov əlillik dərəcəsi təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq şöbəsinə müraciət etmək qərarına gəlmişdir.
ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində onun müraciətinə baxılmış və "forma 88" tələb olunmuşdur. Yazır ki, 26 saylı şəhər poliklinikasında ona "forma 88" deyilən sənədi vrməkdən imtina edilmişdir. Polilinika rəhbərliyi bu imtinanın nə dərəcədə qanuni olduğunu əsaslandırmaq üçün ortaya arqument qoymalıdır. Əlbəttə, əgər varsa!


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb