Azərbaycan İdeyası

PAMBIQÇILIĞIN İNKİŞAFINA YÖNƏLİK TƏDBİRLƏR SƏADƏTOVLARIN SƏADƏTİNİ ƏLİNDƏN ALIB

Tarix:17-07-2018, 14:12
Baxış Sayı:1 671




Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir ki, pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda, sosial məsələdir, işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi addımdır.
Ancaq pampıqçılığın inkişafına yönəlik tədbirlər başqa sahələrdə çalışan sadə zəhmətkeşlərin sosial rifah halına mənfi təsir göstərirsə, burada məqsədəuyğunluğu əsas göstərərək, ayrıayrı fərdlərin mənafeyini zərbə altında qoymaq ədalətsizlikdir desək, bəlkə də yanılmarıq.
Salyan rayonunun Daykənd kənd sakini Səadətov Rüfət Əlifağa oğlu redaksiyamıza müraciət edərək, lizinqlə götürdüyü texnikanınpulunun ödənişində çətinlik çəkdiyini, eyni zamanda kənd təsərrüfatı məhsulları istehsalında iştirak imkanının hələ də ttükənmədiyini, bu məsələdə ona köməklik göstərilməsini xahiş etmişdir.
L3 oktyabr 2016-cı il tarixdə lizinqlə götürülən ümumi dəyəri 40950 manat olan texnika "Belorus" - 892 markalı traktordan və 4 gövdəli təkərli kotandan ibarətdir. Vətəndaş Səadətov yazır ki, ödənişi həyata keçirməkdə çətinlik çəkməsinin səbəbini 2016-cı ildən və 2017-ci ilin birinci yarısından etibarən lizinq müəssisələrində eyni təyinatlı texnikanın, yəni şum traktorlarının təklifinin çoxalmasında görür: "O vaxtadək ödənişdə heç bir çətinlik qüsura yol verməmişdim. Məhz həmin dövrdən başlayaraq əkin sistemi dəyişildi, torpaqlar pambıq sahələrinə çevrildi, bizə də işləməyə meydan qalmadı. Bizə torpaq sahəsi verilsə, əkib - becərərik. Həm ailəmizin dolanışığını təmin edər, həm də lizinq borcumuzu ödərik..."
Həyat yoldaşından, iki azyaşlı uşaqdan ibarət dörd nəfərlik ailəsində hazırda heç kəsin işləmədiyini, başqa gəlir mənbəyinin olmadığını bildirən Səadətov onu narahat edən problemin ictimailəşdirilərək lazımi orqanlara, aidiyyəti instansiyaların rəhbərlərinin diqqətinə çatdırılmasını redaksiyadan xahiş etmişdir.
Texnikaya mülkiyyət hüququ Lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək Lizinq verənə məxsusdur. Lizinq alan müqavilənin şərtlərini pozduqda, Lizinq verən yazılı xəbərdarlıq etməklə, texnikanı saz vəziyyətdə geri götürür, onun əvvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Odur ki, vətəndaş Səadətovun narahat olmağına əsas vardır.
Vətəndaş Səadətovla "Aqrplizinq" ASC ilə bağladığı müqavilənin "Qarşısı alınmaz qüvvə" başlıqlı 7-ci maddəsi diqqətə layiqdir: "7.1. Tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin..."
Adi vətəndaşın baxış bucağından nəzər salanda dövlətin pambıqçılığı inkişaf etdirmək üçün həyata keçirdiyi miqyaslı tədbirlər labüd (qarşısı alınmaz) prosesdir. Bu nöqteyi-nəzərdən, Səadətovun məsuliyyət hiss edərək öhdəliyinin yerinə yetirilməsini çətinlik yaradan bu hal barədə xəbərdarlıqla KİV-də açıq çıxış etməsi alqışlanmalıdır. İnanırıq ki, aidiyyəti qurumlar, ilk növbədə Kənd Təsərrüfatı Nazirliyi situasiyanı düzgün dəyərləndirərək, vətəndaş Səadətovun maddi vəziyyətinin daha da pisləşməməsi üçün problemin konstruktiv həlli yolunu tapacaqdır.


"Korrupsiya və qanun" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO