Azərbaycan İdeyası

LAZIM GƏLƏRSƏ VƏ ZƏRURƏT YARANARSA...

Tarix:18-09-2018, 15:36
Baxış Sayı:457

YASAMALDA SÜDƏMƏR UŞAQLI MƏCBURİ KÖÇKÜN AİLƏSİ AHƏSTƏ ÖLÜMƏ MƏHKUM OLUNUB

Azərbaycanda dövlətin qaçqın və məcbiri köçkünlərə yönəlik qayğılı siyasəti bütün dünyada təqdir olunur. Bu kateqoriyadan olan insanların sosial rifah səviyyəsinin yaxşılaşdırılması, onların mənzillə təmin olunması istiqamətində görülən tədbirlər alqışa layiqdir. Bununla belə yerlərdə bəzi məmurların cəmiyyətin bu həssas zümrəsinin nümayəndələrinə etinasız, laqeyd, biganə münasibət sərgiləməsi, hətta bəzi hallarda problemlərini dərinləşdirmələri təəssüf doğurur.
"Korrupsiya və qanun" qəzetinin 29 iyun 2018-ci il tarixli sayca 04 (66)-cü nəşrində 2-ci səhifədə vətəndaş Şəmiyev Emin Asif oğlunun şikayəti əsasında "Yasamalda məcburi köçkünü məskunlaşdığı yerdən küçəyə qovmaq istəyirlər" sərlövhəli məqalə dərc etmişdik. Problemin həllinə mümkün qədər tez nail olunması ümidilə qəzetin nüsxəsini müşayiətedici məktubla Prezident Administrasiyasına - Birinci Ünvana göndərmişdik.
Şikayətçinin dövlət başçısına ünvanladığı 06 iyul 2018-ci il tarixli 21/1846 saylı məktubunu, eləcə də 09 iyul 2017-ci il tarixli ərizəsini özünəməxsus tərzdə "araşdıran" "Azərişıq" ASC 25 iyul 2018-ci il tarixli 07/YX-1537 saylı məktubu ilə ona cavab vermişdir. Eminin təklifi ilə məktubla tanış olarkən, ilk diqqətimizi cəlb edən məsələ südəmər uşaqlı Şəmiyevlər ailəsinin məskunlaşdıqları ünvanın səhvən "Yasamal rayonu, 5 Yasamal (X.Q.Mustafayev), ev 241, m C" kimi göstərilməsi oldu. Bundan əlavə, "Azərişıq" ASC vaxtilə Şəmiyevləri aldadaraq pullarını alıb arxayın salmış İlham adlı işçisinin ümumiyyətlə, heç vaxt ştatda olmadığını bildirmişdir: "...Sizdən pulu alan şəxs bizə məlum deyil. Sizin mənzilinizdə qeydiyyatsız və sayğacsız elektrik enerjisindən istifadə edildiyi üçün əməkdaşlarımız tərəfindən 16.02.2018-ci il tarixdə 092335 saylı akt tərtib edilmişdir və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 462, 27 manat hesabat verilmiş, tərəfimizdən elektrik enerjisi dayandırılmışdır. Sizin müraciətinizə əsasən maddi vəziyyətinizi nəzərə alaraq sizinlə hissə-hissə ödəmə razılaşdırma protokolu bağlanmışdır. Buna baxmayaraq siz dəfələrlə razılaşma protokolunu pozmusunuz. Bu səbəbdən razılaşma protokolu ləğv edilib. Sizin 05.07.2018-ci il tarixə elektrik enerjisinə görə debitor borcunuz 412, 27 manat təşkil edir. Borc realdır və tərəfinizdən ödənilməlidir".
Məktubdan göründüyü kimi, Şəmiyev 16.02.2018-ci il tarixdən 05.07.2018-ci il tarixədək həm o müddət ərzində istehlak etdiyi enerjinin pulunu ödəmiş, həm də üstünə yazılmış borc məbləğindən 50 (əlli) manat azaltmışdır ki, bu da onun razılaşma protokoluna əməl etməməsini deyil, əksinə, əməl etdiyini təsdiqləyir. Çünki "hissə-hissə ödəmə" dedikdə, həmin o ödəniləcək "hissə"nin məhz hər dəfə 50 manat və ya başqa məbləğdə olacağı, ödənişlər arasındakı vaxtın nə qədər çəkəcəyi razılaşdırılmayıb. Belə çıxır, "Azərişıq" ASC-nin Yasamal rayon Enerji Təchizatı və Satışı İdarəsi ödəniləcək hissələrin həcmini və vaxtını necə təyin etmək ixtiyarını özündə saxlayıb. Daha bunun harası razılaşma oldu?
Bundan başqa, 462, 27 manat borcun sayğac göstəricisi olmadan necə müəyyənləşdirildiyi də, bu məsələdə köçkünlük imtiyazının nəzərə alınıb-alınmadığı da qaranlıq qalmışdır. Bu mövzuda qələmə aldığımız əvvəlki yazıda qeyd etdiyimiz kimi, Şəmiyev həyətyanı sahəsində məskunlaşdığı məktəbə verilən elektrik enerjisindən sayğacsız istifadə etmişdir.
Gerçəklik bundan ibarətdir ki, XXI əsrdə, Azərbaycan kimi enerji ixracatçısı olan ölkədə körpə uşaqlı köçkün ailə qazsız, elektriksiz ahəstə əzablı həyat yaşamaqdadır. Mingəçevir ES-da qəza baş verəndə ən çox təəssüf doğuran hal doğum evlərində, perinatal mərkəzlərdə oksigen qalpaq altında olan yeni doğulmuş körpələrin acı aqibəti oldu. Bəs elə isə südəmər körpənin taleyi niyə məmurların vicdanını titrətmir?
P.S.Qəzet çapa hazırlanarkən, redaksiyamızın poçtuna Yasamal rayon İcra Hakimiyyətindən məktub daxil oldu. Sözügedən məsələ ilə bağlı müraciətimizə "cavab" olaraq RİH başçısının müavininin imzası ilə yazılmış həmin məktubda bildirilir: "52 saylı tam orta məktəbin ərazisindəki tikilidə məskunlaşmış məcburi köçkünlərin məskunlaşdıqları tikilidən çıxarılması nəzərdə tutulmur, lakin zəruriyyət yaranacağı təqdirdə məcburi köçkünlər yaşayış sahəsi ilə təmin olunacaqlar". Qəribədir, deyilmi? Əgər həmin tikilinin elektrik enerjisi ilə təchizatı kəsilibsə, qazla təminatı yoxdursa, orada məskunlaşmış məcburi köçkünlərin başqa yaşayış sahəsi ilə təmin olunması ZƏRURƏTİ yaranmayıbmı?

"Korrupsiya və qanun" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb