Azərbaycan İdeyası

BƏZƏN İNSAN ÖMRÜ MƏHKƏMƏLƏRDƏ ƏDALƏTƏ ŞAHİD OLMAĞA YETMİR

Tarix:14-09-2018, 14:54
Baxış Sayı:340

Sadiq oxucularımız xatırlayarlar, Masallı rayonunun Ərəb kənd sakini Sadıqov Əkbər Zərbalı oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, qızı Sadıqova Narıngülün boşanma prosesində onun pozulmuş hüquqlarının bərpası üçün köməklik göstərilməsini, problemin ictimailəşdirilməsini xahiş etmişdi. Bu mövzuda artıq bir dəfə qəzetimizdə "Qızımın bu vəziyyətə düşməsinin səbəbkarı doğma əmisidir, yad deyil..!" sərlövhəli birinci, "MASALLIDA İNSANLIQ DRAMI YAŞANIR" başlıqlı ikinci məqalə dərc olunmuşdur. Nə yazıq ki, Əkbər kişi qızının və nəvələrinin aqibətinə ciddi təsir edən məhkəmə çəkişmələrinin sonucunu görə bilmədi və dünyasını dəyişdi (Allah rəhmət eləsin). Ancaq atasını itirən Sadıqova Narıngül ümidlərini itirməmişdir və mücadiləsini davam etdirir.
Yada salırıq ki, Sadıqova Narıngül Əkbər qızı 2006-cı ildə Sadıqov İttifaq İsabala oğlu ilə qeyri-rəsmi ailə qurmuş, qeyri-rəsmi nikahdan iki övladı (bir qızı, bir oğlu) dünyaya gəlmişdir. Onlar 2006-cı ildən 2017-ci ilə qədər birgə yaşayıblar. Bu dövrlərdə şəraiti yaxşılaşdırmaq məqsədi ilə dədə-baba yurdlarında ev tikmək qərarına gəliblər. Sonra aralarında ciddi səbəb olmadan münaqişələr yaranıb. Evi tikib qurtarandan sonra İttifaq həmin evə bir qadın gətirib. İki ay da həmin qadınla yaşadıqdan sonra o qadınla da yola getməyib, İttifaq evdə olmayanda o da evdən qaçıb gedib.
Şikayətçi ata yazırdı ki, qızı bu vəziyyətə dözməyib 2017-ci ilin fevral ayında Masallı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qaydasında uşaqların atasının kimliyi müəyyən olunmuş və onların anası ilə birlikdə təzə evə köçürülməsi qərarı verilmişdir. Lakin qızın qaynatası, yəni Əkbər Sadıqovun qardaşı İsabala Sadıqov birinci qarşılıqlı iddia ərizəsi ilə instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi isə 07 iyun 2017-ci il tarixli qətnaməsi ilə Masallı rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini qət etmişdir:
"Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Sadıqova Narıngül Əkbər qızı azyaşlı uşaqları ilə birlikdə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sadıqov İsabala Zərbalı oğlunun xüsusi mülkiyyətində olan Masallı rayonunun Ərəb kəndindəki 86, 8 kv. m. fərdi yaşayış evindən və 0, 39 ha torpaq sahəsindən çıxarılsın. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sadıqov İsabala Zərbalı oğlu xüsusi mülkiyyətində olan Masallı rayonunun Ərəb kəndində 0, 39 ha torpaq sahəsində yerləşən 86, 8 kv. m. fərdi yaşayış evinə köçürülsün. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Sadıqova Narıngül Əkbər qızının cavbdeh, qarşılıqlı iddia üzrə iddiaçı Sadıqov İsabala Zərbalı oğluna və cavabdeh Sadıqov İttifaq İsabala oğluna qarşı "evə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi" tələbinə dair qarşılıqlı iddiası rədd edilsin".
Bu mövzuda qələmə aldığımız məqalədən bəzi cümlələrin altını cızırıq:
"İş materiallarından görünürdü ki, apellyasiya məhkəməsinin əsas istinad nöqtəsi tərəflər arasında rəsmi nikahın olmaması və Narıngülün gəlin köçdüyü evin ayrıldığı əri İttifaqa deyil, onun atasına məxsus olmasıdır. Diqqətiçəkəndir ki, Şirvan Apellyasiya Məhkəməsi çıxardığı qətnamədə "gəlin köçdüyü" sözlərini dırnaq işarəsi altında yazmışdır.
Qızının və nəvələrinin aqibətindən, qardaşının və qardaşı oğlunun dönüklüyündən məyus olan Əkbər Sadıqov o vaxt yenicə müalicə etdiyi Ali Məhkəmədən ədalətli qərar gözləyirdi. Lakin Ali Məhkəmənin Mülki Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli Qərarı onu bir daha məyus etmişdir. Ali Məhkəmə onun kassasiya şikayətini təmin etməmiş, apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Qərardan görünürdü ki, Ali Məhkəmənin Mülki Kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinin mətnini olduğu kimi köçürmüş, hətta hərf və üslub səhvlərini də dəyişdirilmədən saxlamışdır. Belə çıxır ki, ali instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mətninin elektron formasını alaraq olduğu kimi köçürmüş, əvvəlki mətndə ter alan "gəlin köçdüyü" sözlərini dırnaq işarəsi altından çıxarmağa belə zəhmət çəkilməmişdir. Bir daha bəlli olur ki, yuxarı instansiya məhkəmələrinin aşağı instansiya məhkəməsində qəbul olunan qərarları dəyişməsinə sağlam mühakimə deyil, başqa meyar təsir edir..."
Nainsaf əmioğlu, xəyanətkar ər, vicdanı susan ata İttifaq Sadıqovun layiqli cəza alması üçün çabalarını davam etdirən Narıngül Sadıqova Masallı rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli 3(050)-475/2018 saylı qərarından apellyasiya şikayəti vermişdir. Buna qədər Masallı rayon Məhkəməsinin 2(050)-4629/2017 nömrəli, 19 dekabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdeh Sadıqov İttifaq İsabala oğlundan Masallı rayon Məhkəməsinin 2(050)-5617/2016 saylı 30.11.2016-cı il tarixli qətnaməsi əsasında tutulan cəmi 150 manat alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə 90 manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat müəyyən edilməsi və həmin pul vəsaitinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Sadıqov İttifaq İsabala oğlundan tutulub Sadıqova Narıngül Əkbər qızına verilməsi qət edilmişdi. Sadıqov İttifaq İsabala oğlu heç bir üzrlü səbəb göstərmədən icra tələbinin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməkdən boyun qaçırmışdır.Masallı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Sadıqov İttifaq İsabala oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Masallı rayon Məhkəməsinə göndərilmişdir. Masallı rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.
Tələbkar N.Sadıqova apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə borclunun yaranmış min manatlıq borcunu və borclunun həmin borcunu ödəmədiyini nəzərə almamışdır. Həmçinin onun məhkəmə iclasında verdiyi tələbedici izahatını da nəzərə almamışdır. Göstərilənlərə əsasən Masallı rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli qərarının dəyişdirilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sadıqov İttifaq İsabala oğluna ağır cəza verilməsi barədə qərar çmıxarılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsi iş üzrə toplanmış sübutları təhlil edib, onları şikayətin dəlilləri üzrə yoxlayıb qərara almışdır ki, N.Sadıqovanın şikayəti qismən təmin edilsin, Masallı rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli məlum qərarı ləğv edilsin, İ.Sadıqov barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xətta haqqında iş yenidən baxılması üçün Masallı rayon Məhkəməsinə göndərilsin.
Doğrudur, bu, N.Sadıqovanın istədiyi deyil, hər halda qələbəsidir. Heyf ki, ədalətin qələbə çalması istiqamətində atılmış bu addıma rəhmətlik Əkbər ki.i şahid ola bilmədi. Vaxt itkisi, ləngidilmə, süründürməçilik, bürokratik maneələrin vurduğu mənəvi zərər belə olur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.