Azərbaycan İdeyası

MƏHKƏMƏ ƏMİ İLƏ QARDAŞOĞLUNUN MÜBAHİSƏSİNİ NİYƏ ÇÖZƏ BİLMİR?

Tarix:14-09-2018, 14:52
Baxış Sayı:599

Azərbaycanda qohumlar arasında əmlak üstündə qalmaqal düşməsi o qədər də təəccüblü sayılmır. Ekspertlər hesab edirlər ki, bu müstəvidə əhali arasında maarifləndirmə işlərinin davamlı aparılması vacibdir. Ancaq bu da bir həqiqətdir ki, mübahisəni çözmək üçün işə qarışan hüquq-mühafizə, cinayət təqibi orqanlarının, məhkəmələrin səhlənkarlığı da tərəflər arasında münaqişələrə, hətta cinayət törədilməsinə yol açır.
Bakı şəhəri, Səbail rayonu, 6-cı Bayıl küçəsi - 104 ünvanda yaşayan Məmmədov Gülməmmədə Ağaşirin oğlu bildirir ki, 11 iyul 1958-ci ildə Bakı şəhəri, Stalin rayonu Xalq Deputatları Sovetinin qərarı əsasında mənə ayrılmış torpaq sahəsində ev tikdim və hal-hazırda da həmin evdə yaşayır:
"1959-cu ildə mənim əsgər sıralarına çağırışımla əlaqədar olaraq anamın təşəbbüsü ilə kirayədə qalan qardaşım Nuralı mənim tikdiyim təzə mənzilə köçmüş (baxmayaraq ki, evin tikintisində mənə heç bir köməyi olmamışdır), orada yaşamağa başlamışdır.
1965-ci ildə ağır xəstəliyimlə əlaqədar olaraq anamın xahişini nəzərə alıb evin müəyyən hissəsini qardaşımın adına sənədləşdirdim. Yəni, evin birinci mərtəbəsində bir otaq, hamam, sanitar qovşaq və ikinci mərtəbəsindən də müəyyən qədər hissəni, küçəyə giriş-çıxış hissəni müəyyən edərək öpz razılığımla qardaşımın adına mülkiyyətçi sənədi əsasında verdim. Həmin giriş-çıxış hissə 2006-cı ilə qədər fəaliyyətdə olmuşdur.
2006-cı ildə qardaşım vəfat etdikdən sonra onun oğlu Məmmədov Albert Nuraliyeviç evi vərəsəlik əsasında öz adına keçirdi. Bundan sonra o, ona aid olan küçəyə çıxış qaoısını bağlamışdır və evin ikinci mərtəbəsinin mənə məxsus olan həyətyanı sahəsini, evin arxa tərəf küçəsinə giriş-çıxış yolundakı taxta qapısını sökərək dəmir darvaza ilə əvəz etmişdir. Yolun üstündə qaraj kimi tikili tikərək giriş-çıxış yolumu bağlamışdır.
Qeyd edim ki, mənim əlimdə mülkiyyətin mənə məxsus olması barədə 1965-ci il məhkəmə qərarı vardlır. Albert Məmmədovun hərəkətləri, tikintiləri qeyri-qanunidir və məhkəmə qətnaməsinə ziddir.
2006-cı ildə Albert Məmmədov Səbail rayon Məhkəməsinə müraciət etmişdir ki, mənə məxsu olan həyətyanı sahənin və giriş-çıxış yolunun da ona məxsus olması haqqında hüquq əldə etsin. Məhkəmə Albert Məmmədovun iddiasını təmin etmiş, mənim mülkiyyət hüququmu tanımamışdır. Mən AR Bakı Apellyasiya Məhkəməsinə müraciət etdim. Apellyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin qərarını ləğv edərək yeni qərar çıxarmış və həmin qərara əsasən mənim mülkiyyət hüququm tanınmışdır. Qətnamənin icrası təmin olunduqdan sonra evin arxa tərəf küçəyə çıxış və giriş yolunun istifadəsi mənim üçün bərpa olunmuşdur.
Lakin bütün bunlara baxmayaraq mənim xəstəliyimlə əlaqədar xəöstəxanada olmağımdan istifadə edən Albert Məmmədov indiyədək qüvvədə olan məhkəmə qətnaməsini nəzərə almamış, yenidən qeyri-qanuni olaraq mənə məxsus olan həyətyanəı sahədə hamam, sanitar qovşaq tikmiş və küçəyə giriş-çıxış yolumu bağlamışdır. Mən xəstəxanadan qayıtdıqdan sonra vəziyyətə öz etirazımı bildirdim. Lakin o, mənə həmin ərazilərə keçməyə qadağalar qoydu, nalayiq sözlərlə təhqir edərək mənə qarşı zorakılıq tətbiq etmişdir.
Albert Məmmədov 2015-ci ilin may-iyun ayından özünə vərəsəliklə aid olan hamam və sanitar qovşağı hal-hazırda ev və mətbəx kimi istifadə edir. Hamamın üzərində 2-ci mərtəbə ev tikib. Ən vacibi isə mənim giriş və çıxış yolumu tamamilə bağlamışdır. Bir daha qeyd edim ki, Albert Məmmədov 2006-cı ildə mənim yolumu bağlamaq məqsədilə özünə məxsus olan giriş-çıxış yolunu bağlamışdır. Hal-hazırda özünə məxsus olan giriş-çıxış qapısını bərpa edərək mənə qadağalar qoyur. Bundan başqa A.Məmmədov 1965-ci il tarixli məhkəmə qətnaməsilə özünə məxsus olan hamam, sanitar qovşaq və yolunu evində kirayə yaşayan şəxsə vermişdir və qazanc əldə edir... Beləliklə də o, məhkəmənin qanuni qüvvəsini almış və icra olunmuş qətnaməsinin şərtlərini yenidən pozaraq, eyni zamanda oradan keçən mənə məxsus kommunal xəttlərini dağıtmış və nəticədə mənə 10000 (on min) manata yaxın maddi ziyan vurmuşdur..."
Gülməmməd Məmmədov qərara gəlmişdir ki, özünə məxsus olan evin tinindən qapının tininədək olan məsafədə hasar tikərək giriş-çıxış yolundan sərbəst istifadə etsin. Görmüşdür ki, Albert Məmmədov onun həyətini demək olar ki, tamamilə zəbt edib və müxtəlif tikinti materialları gətirərək ev tikməyə hazırlaşır, həyətdə ev tikmək məqsədilə dəmir çəpərlər örtərək beton da tökmüşdür. Bu vəziyyətin qarşısını almaq üçün təcili tədbir görülməsi, həmçinin yolunun üzərinə qanunsuz inşa edilmiş yarımçıq tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Bundan sonra G.Məmmədov Səbail rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2006-cı il tarixli qərardadının qüvvədə saxlanılaraq təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Məhkəmələrin G.Məmmədovun iddiasını təmin etməkdən imtinasının "səbəbi" bu olmuşdur ki, A.Məmmədovun həmin vaxt qanunsuz inşa etdirdiyi beton tikili hələ yarımçıq olduğundan, tikiliyə dair layihə sənədi tərtib edilmədiyindən, təyinatı məlum olmadığından, onun sakinlərə hər-hansı maneə törədib-törətməyəcəyini müəyyən etmək guya mümkün deyilmiş (?)
G.Məmmədov ilk növbədə qeyd edir ki, birinci instansiya və Bakı Apellyasiya Məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlara düzgün qiymət verilməmiş və bir sıra hüquq normaları pozulmuşdur.
G.Məmmədovun redaksiyaya göndərdiyi müraciətnaməyə əlavə etdiyi iş materiallarından görünür ki, hər dəfə onun Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi ərizələrə cavab olaraq ona Səbail rayon İcra Şöbəsinə müraciət etməsi məsləhət görülmüşdür. Səbail rayon İcra Şöbəsinə etdiyi müraciət də müsbət nəticə verməmişdir. Daha doğrusu, İcra və Probasiya Şöbəsi cavab vermişdir ki, 2006-cı il tarixli qətnaməyə əsaslanan icra tədbirləri 08.05.2007-ci il tarixdə icra olunmuşdur.
Ərizələrdə ehtiva olunan "Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 1MK-4036\2006 nömrəli 16 iyun 2006-cı il tarixli qətnaməsi üzrə icra sənədinin təzələməklə təkrar icra vərəqəsinin verilməsi və qətnamənin yenidən icraya yönəldilməsi barədə göstəriş verilməsi" xahişi isə nəzərə alınmamışdır.
Bu üzdən o, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 13 aprel 2018-ci il tarixli Kassasiya Şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2018-ci il tarixli məlum qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
Ümid edək ki, Azərbaycan məhkəməsi sözügedən mübahisənin tam şəkildə ədalətli çözümünə nail olacaq, əmi və qardaş oğlu bir-biri üçün düşmənə çevrilməyəcəklər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.