Azərbaycan İdeyası

"Heç kim deyə bilməz ki, heyvanını bu qiymətə satmalısan”

Tarix:21-08-2018, 16:46
Baxış Sayı:232


  "Heç kim deyə bilməz ki, heyvanını bu qiymətə satmalısan”
“Bələdiyyələr, istehlak mallarının tədarükü ilə məşğul olan dövlət müəssisələri fermerdən heyvanı yuxarı qiymətə alıb əhaliyə aşağı qiymətə sata bilər, lakin biz bunu görmürük”
Avqustun 22-i və 23-də Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunacaq. Bununla bağlı paytaxt Bakıda və bölgələrimizdə yarmarkalar təşkil olunub. Bütün bunlara baxmayaraq hər il insanlarımız süni qiymət artımı ilə rastlaşmalarından şikayət edirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az -a açıqlamasında bildirdi ki, qiymət artımı bazarda rəqabətlə bağlıdır və buna görə vətəndaşa hansısa bir qurumun müdaxilə etməsi düzgün deyil:
“Bu gün bir adam yaxınlaşaraq şikayət edərək bildirdi ki, keçmiş “Qarabağ” yataqxanasının yerində qurbanlıq üçün gətirilən qoyunlar çox baha qiymətə satılır. Mən də izah etdim ki, bu bazarda tələblə bağlıdır və buna görə də dövlət orqanlarının fermerə müdaxilə etmək hüquqları yoxdur. Heç bir dövlət orqanı deyə bilməz ki, şəxsi heyvanını bu qiymətə satmalısan. Təbii ki, qiymət artımı ola bilər. Bələdiyyələr, istehlak mallarının tədarükü ilə məşğul olan dövlət müəssisələri fermerdən heyvanı yuxarı qiymətə alıb əhaliyə aşağı qiymətə sata bilər, lakin biz bunu görmürük. Təşkil olunan yarmarkalarda dövlət qurumları fermerə yalnız xəstə heyvanların bazara çıxarılmasına görə müdaxilə edə bilər”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO