Azərbaycan İdeyası

Mətbuat vasitəsilə kömək istəyən məcburi köçkünə “Qaçqınkom”da iş verilib

Tarix:27-08-2018, 13:46
Baxış Sayı:295

  Mətbuat vasitəsilə kömək istəyən məcburi köçkünə “Qaçqınkom”da iş verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xocalı rayonundan məcburi köçkün, Goranboy rayon Yuxarı Ağcakənd qəsəbəsində məskunlaşan Rəsmiyyə Qarayevanın ailəsinin mövcud vəziyyəti ilə bağlı mediada dərc olunan müraciətini araşdırıb.
Korrupsiya-q.az “Report” xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.
O deyib ki, nazirlik əməkdaşları Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsinə gedərək ailənin durumu ilə yerində maraqlanıblar: “Rəsmiyyə Qarayevanın oğlu Elgün Qəhrəmanovun penitensiar müəssisədən cəza çəkməkdən azad edildiyi nəzərə alınaraq, müvafiq qanunvericiliyə əsasən ona minimum əmək haqqının 4 misli məbləğində (520 manat) birdəfəlik pul müavinətinin ödənişi təmin olunub. Eyni zamanda, Rəsmiyyə Qarayevanın müraciətinə uyğun olaraq, oğlu Elgün Xocalı rayon Məşğulluq Mərkəzi tərəfindən yaşadığı qəsəbədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında Mənzil İstismar Departamentinin Goranboy rayon Mənzil İstismar Sahəsində mövcud olan vakant iş yerində işlə təmin edilib.
Bundan əlavə, məşğulluq mərkəzi Rəsmiyyə Qarayevanın ailəsinin kiçik təsərrüfatını qurması üçün potensialının olduğu nəzərə alınmaqla, ailənin özünüməşğulluq proqramına cəlb edilməsi üçün müvafiq işlərə başlayıb”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO