Azərbaycan İdeyası

Narkoloji Dispanserin həkimi: " Heç kimdən rüşvət almamışam"

Tarix:5-09-2018, 15:50
Baxış Sayı:221



 Narkoloji Dispanserin həkimi: " Heç kimdən rüşvət almamışam"
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Məhəmməd Məmmədovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 186.2.2-ci (özgə əmlakını qəsdən məhv etmə), Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, əməyin təhlükəsizliyi üzrə mühəndis Mahir Abdullayevin CM-nin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) və həkim Afət Məmmədovanın CM-nin 311-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Poosesdə təqsirləndirilən M.Abdullayev istintaqın və məhkəmənin düzgün, ədalətli aparılmamasına etiraz olaraq ötən gündən aclıq aksiyasına başladığını bildirərək, məhkəmə zalından çıxarılmasını istəyib.

Lakin o, zaldan çıxarılmayıb. Təqsirləndirilən Afət Məmmədova ittiham üzrə özünü təqsirli bilməyərək, qeyd edib ki heç kimdən rüşvət almayıb:

“Sadəcə, Məhəmmədin oğlunun xahişi ilə dükandan siqaret, çay alıb verirdim. Bilsəydim ki, buna görə məhkəmə qarşısına çıxarılacağam, heç vaxt etməzdim. Məhəmməd dayıya demişdim ki, səni evə yazacağam. Amma Mərkəzə gələndə qəbul otağında həkim mənə dedi ki, o, vəziyyəti ilə əlaqədar hələ burada qalmalıdır. Özünə bu barədə deyəndə sakit reaksiya verdi”.

Təqsirləndirilən T.Məmmədhəsənov və M.Abdullayev hazırkı mərhələdə ifadə verməkdən imtina edibrlər.

Zərərçəkmiş Arifə Abbasova yanğında qardaşı Akifin, Məhbubə Dəmirova isə əri ilə onun əmisi oğlunun öldüyünü deyib:

“Ərim yanğından üç gün əvvəl orada müalicəyə başlamışdı. Deyirdi, qocalmışam, nəvəm olacaq, qoy, bu işlərin daşını atım. Gedəndə müalicə üçün 400 manat aparmışdı, yanğından sonra həkimlər onu özümüzə qaytardı”.

Zərərçəkmiş Hüseyn Səfərəliyev yanğından sağ çıxdığını bildirib. Onun sözlərinə görə, səhər ayaqyolundan qayıdanda dəhlizi tüstü bürümüşdü:

“Kimsə qışqırdı ki, “Mamed otağı yandırdı, su gətir”. Mən isə adamları oyatmağa qaçdım. Bizim korpusun bir qapısı mismarlanıb bağlanmışdı, ikincisi isə açıq idi. Xəstələr pəncərələri sındırıb çıxmaq istəyirdi. Bir nəfər var idi, elə qapının ağzında külə dönmüşdü. Mənim müalicəm üçün valideynlərim 600 manat vermişdi”.

Növbəti proses sentyabrın 7-nə təyin edilib(Oxu.Az) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO