Azərbaycan İdeyası

Akif Çovdarovun general rütbəsi niyə geri alınmadı? - AÇIQLAMA

Tarix:7-09-2018, 13:29
Baxış Sayı:261

Akif Çovdarovun general rütbəsi niyə geri alınmadı? - AÇIQLAMA

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun general rütbəsinin geri alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndəriləcəyi açıqlanmışdı.
30 oktyabr 2017-ci ildə Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyilə keçirilən prosesdə bununla bağlı xüsusi qərar qəbul olunmuşdu.
Ötən bir ilə yaxın müddət ərzində məsələ ilə bağlı hər hansı açıqlama verilmədi.
Akif Çovdarovun general rütbəsi geri alındımı?
Korrupsiya.q.az xəbər verir ki, Modern.az məsələni dəqiqləşdirmək üçün Akif Çovdarovun hüquqlarını müdafiə edən vəkil Kamandar Nəsibovla əlaqə saxlayıb.
Hüquq müdafiəçisi belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb:
“Bunun üçün məhkəmə qərarı olmalıdır. Qərar ölkə Prezidentinə təqim olunmalıdır. Siz dediyiniz məsələ belə idi ki, məhkəmə təqdimat göndəriləcəyini demişdi, amma göndərilmədi. Göndərilmədiyi üçün də rütbənin geri alınmasından söhbət getmir”.
Vəkil qeyd edib ki, ümumiyyətlə general rütbəsinədək olanların geri alınması ilə bağlı məhkəmə qərar verir:
“Amma general rütbəsinin geri alınması Prezident fərmanı ilə gerçəkləşir. Məhkəmə hökmü qüvvəyə minəndən sonra səlahiyyətindədir ki, Prezidentə təqdimat versin. Məsələ bundadır ki, Ali Məhkəmədə işə baxılmayıb. Yalnız Ali Məhkəmənin Prezidentə təqdimat göndərməsindən sonra Akif Çovdarovun general tübəsinin geri alınması üçün fərman verilə bilər. Hələlik bir daha deyirəm ki, məsələ gündəmdə deyil”.
Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq, 12 müddətinə azadlıqdan məhrum edilib.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
seo oj 6 dekabr 2018 11:01
  Жалоба     
akhir-akhir ini sering kita jumpai sepasang pasutri yang mungkin dalam hubungan bercintanya kurang memuaskan dengan ukuran alat vital pria yang semakin mengecil, perlu anda ketahui cara untuk memperbaiki ukuran alat vital yang cepat dan hasil permanen salah satunya dengan menggunakan alat terapi pro extender yang merupakan salah satu cara yang paling aman dengan teknologi push up, setelah ukuran alat vital susah memenuhi standar maka anda juga perlu memperbaiki ereksi dengan mencoba obat kuat perkasa yang mampu memberi stamina perkasa seperti viagra usa yang sekarang ini banyak diburu oleh penjuru dunia, sekarang yang perlu anda lakukan adalah mencari ditoko-toko terdekat yang menjual obat kuat asli secara resmi baik itu ditoko konvensional ataupun ditoko online yang menjual obat kuat laki laki diwilayah terdekat yang bisa anda kunjungi obat kuat cod di kembangan yang merupakan daerah wilayah dki jakarta, jual obat kuat soloco di karangbahagia lokasi berada didaerah kabupaten bekasi, jual cialis cod di cilebar bagi anda yang berada diwilayah kabupaten karawang, bagi anda yang berada diwilayah kota semarang bisa anda mampir ke toko obat kuat pedurungan yang berada dipinggir-pinggir jalan dan bagi anda yang berada dikabupaten bandung dan sekitarnya bisa anda kunjungi di alamat obat kuat di bojongloa kidul provinsi jawa barat.
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO