Azərbaycan İdeyası

Yeni dərs ili başlayır: Uşaqlarınıza deyin ki...

Tarix:7-09-2018, 13:36
Baxış Sayı:281

  Yeni dərs ili başlayır: Uşaqlarınıza deyin ki...

Yeni dərs ilinin başlaması ilə şagird və valideynlər stresli bir dönəmə girəcəklər.

Bəs uşaqlarının yaxşı təhsil almasını və gözəl gələcəyi olması istəyən valideynlər nələrə diqqət etməlidir?
Məktəbə yeni başlayanlar
Uşağınız ilk dəfə oxumağa başlayacaqsa, onu məktəb həyatınız üçün diqqətlə hazırlamalısınız. Təhsilin nə qədər vacib olduğunu və ailə içində təhsilə nə qədər əhəmiyyət verdiyinizi başa salmalısınız. Uşağınız təhsilin onun üçün niyə vacib olduğunu bilməli və təhsil almağa elə başlamalıdır. Uğurlu olmaq üçün kiçik addımlarla başlamaq lazım olduğunu bilməlidir. Uğur qazanmaq üçün ona uzun illərin lazım olduğunu da dürüstcə deyin. Uğurun bir-iki gündə əldə olunmayacağını, neçə il sonra diplom alacağını bilsin ki, həmin hədəfə doğru irəliləsin.
Təhsilə ehtiyac olduğunu başa salın
Uşaqlar məktəbə niyə getdiklərini və oxumalı olduqlarını bilmədikləri üçün buna qarşı çıxırlar. Övladınızın bu düşüncələrini dəyişməli və onu razı salmalısınız. Uşaqların bir şeyi sevib, dəyər verməyi üçün onu anlamağı lazımdır. Alınan bütün təhsilin onun gələcəyinə necə təsir edəcəyini nümunələrlə təsvir edin. Elə etməlisiniz ki o: "Bu dərsləri sadəcə öyrənməli olduğum üçün öyrənmir. Bu mənim gələcəyimi, şəxsiyyətimi formalaşdırmaq üçün lazım olan dərslərdir " deyə düşünsün.
Məktəb sevgisi aşılayın
Uşağınızın müvəffəqiyyətli təhsil dövrü keçirməsini istəyirsinizsə, məktəbi ona sevdirməlisiniz. Bəzi uşaqlar məktəbi sevmir, ilk növbədə bunu aradan qaldırmalıyıq. Uşaqlar bir müddət sonra başa düşmədikləri dərslərdən uzaqlaşırlar. Müəlliminin başa saldığı mövzunu başa düşməyə uşaq digər mövzuları da başa düşməkdə çətinlik çəkər və buna görə də həmin fənndən nifrət etməyə başlayar. Belə bir şeyi hiss etdiyiniz zaman bunun qarşısını almağa çalışın. Müəllimləri ilə davamlı ünsiyyətdə olun, bir problem gördüyünüz halda müdaxilə edin.
Uşaqlarınızı başqaları ilə müqayisə etməyin
Ailələrin etdiyi ən böyük səhvlərdən biri “O uşaq səndən daha yaxşı oxuyur, səndən daha yaxşı qiymət alır” deməkləridir. Dediyiniz bu sözlər uşaqlarınızda yetərsizlik hissi yaradar. Bu da gələcəkdə böyük komplekslərin yaranmasına səbəb olar. Onlara özgüvən aşılayın, onları tənqid etməyin, tənqid etdiyiniz zaman onun şəxsiyyətini alçaldacaq ifadələr səsləndirməyin.
Xəbərdar olmaq üçün öncə dinləyin
Uşaqlarla ünsiyyətsizlik ən böyük səhvlərin başında gəlir. Bəzi valideynlər uşaqlarını dinləmir. Uşağınızdan xəbərdar olun, əgər belə olsa və siz onu dinləsəniz, hər şey daha yaxşı olacaq. Bir problemi varmı, nə üçün müəllimini sevmir? Bu, çox təbiidir. Çözüm sadədir. Yalnız dinləyin.
Uşaqlarınıza gözətçi olmayın, rəhbər olun
Uşaqları sıxmadan yol göstərməlisiniz. Təhsil həyatı boyunca uşağınızın inkişafına kömək olan bir məsləhətçi, rəhbər olduğunuzu düşünün. Ata və ana olaraq siz gözətçi deyil, rəhbərsiniz. Uşağınızın şəxsiyyət olduğunu unutmadan ona şəxsi təcrübələrinizdən danışın, bir məsləhətçi kimi... [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO