Azərbaycan İdeyası

Azərbaycanda ilk dizayn məktəbi fəaliyyətə başladı - FOTO/VİDEO

Tarix:11-09-2018, 15:32
Baxış Sayı:282

 Azərbaycanda ilk dizayn məktəbi fəaliyyətə başladı - FOTO/VİDEO

Azərbaycanda ilk dizayn məktəbi “Azərbaijan Digital Arts School (ADAS)” artıq fəaliyyətə başlayıb.
Yeni yaradılan məktəbin əsas məqsədi qrafik ve veb dizayn, eləcə də kodlaşdırma sahəsini inkişaf etdirmək və standartları yüksəltməkdir. Burada dizayn işi akademik səviyyədə tədris olunur. Tədrisə həm incəsənət, həm də elmi tərəfdən yanaşılır, professionallar tərəfindən aparılır.
Layihənin ideya müəllifləri Elmibəy və Rəşad Qafarzadə və təsisçisi Əli Mirzəyev ADAS haqqında məlumat verərkən onun artıq Azərbaycanda ilk rəqəmsal məktəb olduğunu və tələbələrin tədris olunan fənnlər üzrə professional biliklərə yiyələnə biləcəklərini vurğulayırlar.
“ADAS” da dərslər ümumilikdə coder və qrafik dizayn olmaqla, iki istiqamətdə həyata keçirilir.
Dərslər əsasən qrafik dizayn - softing (Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Adobe After Effects), qrafik dizaynın tarixi, illustrasiya, sketching, montion qrafik dizayn fakültələri üzrə tədris olunur.
Veb üzrə isə Frontend (HTML, CCS, javascript) və Backend (PHP və MySQL) tədris edilir.
Qrafik dizayn üzrə dərslər dünya üzrə aparıcı qrafik dizayn məktəblərinin tədris sistemi əsasında keçilir.
Təhsil haqqını ödədikdən sonra tələbələrə istədikləri dərsdə azad şəkildə iştirak imkanı yaradılır.
Bununla yanaşı tipoqrafiyanın əsasları təcrübəli lektorlar tərəfindən tədris olunur. Tədris 13 yaşdan 16-də qədər və 16-dən yuxarı olmaqla 2 yaş qrupu üzrə aparılır:
Dərslərə arzu edən hər kəs şəxs yazıla bilər.
Tədris müddəti ümumilikdə 3 ildir. Bir illik kursu bitirənlərə sonda şəhadətnamə, tam 3 illik təhsil müddətini bitirən məzunlara isə sonda diplom təqdim ediləcək. Eləcə də, məktəbi yüksək nəticələrlə bitirən tələblərin işlə təmin edilməsinə şərait yaradılacaq.
Tədris müddəti oktyabrdan iyun ayınadək davam edəcək.


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb