Azərbaycan İdeyası

“Bir ağac əkməyənlər gedib yeddi ağac kəsirlər” - Parlamentdə ETİRAZ

Tarix:12-09-2018, 12:58
Baxış Sayı:273

 “Bir ağac əkməyənlər gedib yeddi ağac kəsirlər” - Parlamentdə ETİRAZ

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə edilib.
Müzakirələr zamanı deputatlar qanunsuz ağac kəsilməsinə qarşı ciddi etirazlarını bildiriblər. Komitə sədri Eldar İbrahimov bildirib ki, bir ağac əkməyənlər gedib yeddi ağac kəsirlər.
O qeyd edib ki, ağacların kəsilməsi həm ekologiyaya, həm də insanların sağlamlığına ciddi ziyan vurur.
Daha sonra deputatlar ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzanın sərtləşdirilməsini təklif ediblər.
Deputat Hüseynbala Mirələmov deyib ki, yaşıllıqları qorumaq lazımdır, ağacları kəsənlər sərt şəkildə cəzalandırılmalıdır. O qeyd edib ki, ağacların kəsilməsi çox böyük bəladır:
“Avropada və digər ölkələrdə bir kəpənəyin öldürülməsinə görə heç kəsi bağışlamırlar, onlara ən ağır cəzanı verirlər. Yaşıllıqların qorunması qlobal və mühüm məsələdir. Gələcəkdə qanunvericilikdə dəyişiklik edilməlidir, cəzalar sərtləşdirilməlidir. Bir budağı qırana da ən ağır cəza verilməlidir”.
Deputat Cavanşir Paşazadə də bildirib ki, cəzaların sərtləşdirilməsi ağacların kəsilməsinin qarşısını ala bilər, bundan əlavə, maarifləndirmə işləri də aparılamalıdır.(Modern.az) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb