Azərbaycan İdeyası

ƏRÇİVAN BƏLƏDİYYƏSİNİN HAZIRKİ SƏDRİNİ DƏ SƏLƏFİNİN AQİBƏTİ GÖZLƏYİR

Tarix:2-10-2018, 15:59
Baxış Sayı:380



Astara rayonunun Ərçivan qəsəbəsi sakini Quliyev İmran Xatəm oğlu redaksiyamıza müraciət
edərək şikayətlənmişdir ki, onun həyətyanı sahəsi qəsəbə bələdiyyəsi tərəfindən zəbt edilərək
kənar şəxsə satılmışdır. Problemin KİV-lə ictimailəşdirilməsini xahiş edən İmran Quliyev faktın
araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etdiyini
yazır. NK-dan aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsinə daxil olmuş 27 aprel 2018-ci
il tarixli müraciətə Komitədə baxılmış və vətəndaşa 18 may 2018-ci il tarixli 180120703728
nömrəli məktubla cavab verilmişdir.
Komitə tərəfindən müəyyən edilmişdir ki, JN-1630A saylı torpağın mülkiyyətə verilməsinə dair
şəhadətnaməyə əsasən İmran Quliyevin mərhum atası Quliyev Xatəm Səfərəli oğluna ayrılmış
0,19 ha həyətyanı torpaq sahəsi Astara rayonu Ərçivan bələdiyyəsinin mülkiyyəti kimi ayr-ayrı
vətəndaşlara satılmışdır. Məktubla İ.Quliyevin nəzərinə çatdırılmışdır ki, Astara rayonu Ərçivan
qəsəbəsinin "Kompleks Yerquruluşu" layihəsinə əsasən sözügedən torpaq sahəsi vətəndaş
Əsədullayev Sərdar Səfər oğlunun istifadə etdiyi torpaq sahəsi, kanal ərazisi, ikimərtəbəli fərdi
yaşayış evi tikilmiş başqa bir vətəndaşın itifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür.
İ.Quliyevə həmçinin tövsiyə olunmuşdur ki, müraciətində göstərilən məsələ məhkəmə
mübahisəsi predmeti olduğundan, aidiyyəti üzrə məhkəməyə müraciət etsin. İ.Quliyev də öz
növbəsində məsələ ilə əlaqədar Astara rayon məhkəməsinə müraciət etmiş və ədalətli qərar
gözləməkdədir.
Ümumiyyətlə, xatırlatmağa dəyər ki, Ərçivan qəsəbə bələdiyyəsinin sabiq sədri Nuriyev
Mirzəağa Məmmədağa oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə ediyinə görə, saxta sənədlər və
korrupsiya əməllərinə görə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi

tərəfindən törətdiyi əməllər sübuta yetirilərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə
cəzasına məhkum edilmişdir. Həmin dövrdə Ərçivan qəsəbəsində rəsmiləşməmiş saxta
kanversiya məqsədilə və həyətyanı torpaq sahələri 2016-2017-ci illərdə Ərçivan bələdiyyəsinin
hazırki sədri İradə Rzayeva tərəfindən qanunsuz olaraq rəsmiləşdirilmişdir. Bu, nə dərəcədə
qanuni ola bilər?
Ərçivan qəsəbəsində 1000 (on min) nəfərə yaxın əhali var. Necə olur ki, Ərçivanın torpaq sahəsi
satışa, hərraca çıxarılır, qəsəbə sakinlərinin budan xəbəri olmur? Halbuki, Ərçivanda çoxsaylı
vətəndaşlar Ərçivan bəədiyyəsinə kanversiya və həyətyanı torpaq sahəsi məqsədilə müraciətlər
etmişlər. Ərçivan bələdiyyəsinin sədri İradə Rzayeva hegemonluğu ilə diqqət çəkərək arxasında
duranlara güvənir. Görəsən, ona kimlər himayədarlıq edir?
Unudulaz dahi Öndərimiz Heydər Əliyevin sərəncamlarına əsasən şəhid ailələrinə 16 kv/m
kanversiya məqsədilə və 0,06 ha həyətyanı torpaq sahəsi verilməsi barədə qərar qəbul edilmişdir.
Respublikanın başqa rayonlarında sərəncam icra olunsa da, Astarada buna məhəl qoyulmur.
Necə olur ki, 70 yaşlı ağsaqqal, şəhid atası Kərimov Məmməd Mirzəhəsən oğlu dəfələrlə
müraciət etsə də, Ərçivan bələdiyyəsi tərəfindən qanuni tələbləri rədd edilmişdir. Lakin Ərçivan
qəsəbəsi ərazisində olan torpaq sahələri başqa qəsəbə və kənd sakinlərinə satılır. Burda maraq
və məqsəd nədir?
Astara rayon Ərçivan qəsəbə sakini şəhid atası Kərimov Məmməd Mirzəhəsən oglu
redaksiyamıza göndərdiyi şikayət ərizəsində yazır ki, amansızlıqı, qəddarlığı ilə diqqət çəkən
Astara rayon Ərçivan bələdiyyəsinin sədri İradə Rzayeva və müavini Hüseynov Elçin öz
vəzifələrindən sui-istifadə edərək onun - ağsaqqal 70 yaşında şəhid atasının üstünə bölgə
müxbiri Tağı Xatəm oğlu Quliyevin gözü qabağında hücum çəkərək təhqir etdilər, stolun
üzərində olan qəndqabını ona atıblar: "Aranı sakitləşdirməyə çalışan bölgə müxbirinə də heç bir
məhəl qoymayan İradə Rzayeva və müavini Hüsevnov Elçinə cavab olaraq bildirdim ki, mən
şəhid alası Kərimov Məmməd Mirzəhəsən oğlu bələdiyyəyə gəlməkdə məqsədim ondan ibarətdir
ki, öz torpaq sahəmin sənədlərini tələb edəm, buna da hər bir vətəndaşın dövlət qanunları
qarşısında hüququ vardır. Heç bir səbəb olmadan Sizə kim o hüquq və səlahiyyəti verib ki, şəhid
atasına hücum çəkib onu təhqir edəsiniz və üstünə qəndqabı atasınız? Cavab olaraq özünə
güvənən bələdiyyə sədri aqressiv olaraq bildirdi ki, əgər bilmək istəyirsənsə, arxamızda icra
Başçısı cənab Qəzənfər Ağayev durur! Qeyd etmək işləyirəm ki, Ərçivan qəsəbə bələdiyyəsinin
sədrinin müavini Elçin Hüseynov mənə bildirdi ki, biz bələdiyyə olaraq kimə istəyirik ona da
torpağı satırıq. Əgər xoşunuza gəlmirsə, gedin kimə istəyirsiniz şikayət edin. Bizim arxamızda
duranlar çoxdur. Sizə sübut deyil ki. bu günə qədər bizdən şikayət edənlər bizə nə edib ki, siz də
nə edəsiniz? Sənə verilən torpaqdan mənə nə xeyri var? Mən torpağı verirəm 20 hektarlarla
dayım oğlu Əliyev Fətulla Cəfər oğluna, xeyrini də görürəm... Mənim halımın pisləşdiyini görən
bölgə müxbiri Tağı Quliyev məni ərazidən uzaqlaşdırdı, avtomobilimi özü idarə edərək
yaxınlıqda olan çayxanaya apardı. Təxminən 1 saatdan sonra Tağı Xatəm oğlu Quliyev Astara
rayon polis şöbəsinin təhqiqat bölməsinə zəng edərək olanları əlraflı məlumat verdi... Biz əhid
ailələri torpaqlarımız uğrunda övlarımızı şəhid vermişik. Bizə dəstək Ali Baş Komandan cənab
İlham Əliyevdir. Mən əvvəlki saytlarınızda Sizə həmçinin anti - Azərbaycanlı Fətulla Əliyev
barədə məlumat vermişəm. Bələdiyyə sədrinin dayısı oğlu qanunsuz əməlləri ilə vətəndaşları
məhkəmə, polislə hədələyir. Öz oğlunu saxta sənədlərlə hərbi xidmətdən yayındırıb. Astara

rayon Qaz İstismar İdarəsində övladı Əliyev Təbriz Fətulla oğlunu işə düzəldib və işə getmədən
250 manat əmək haqqı alır...


Tağı Quliyev, bölgə müxbiri [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb