Azərbaycan İdeyası

AĞSU SƏHİYYƏSİ: İMTİYAZLI TƏBƏQƏDƏN OLAN PASİENTLƏRƏ XÜSUSİ HƏSSASLIQ GÖSTƏRİLİR

Tarix:2-10-2018, 16:46
Baxış Sayı:313


Ağsu rayonundakı şəhid Şahin Quliyev adına xəstəxana haqqında qəzetimizin ötən sayında dərc
olunmuş təqdiredici məqalənin davamı olaraq, sözügedən tibb müəssisəsində göstərilən yüksək
xidmətdən bir daha söz açmaq istəyirəm. İlk növbədə xəstəxananın Ginekologiya şöbəsinin
həkim-ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Sevinc Mirfazil qızı Seyidəliyevanın Ağsu
rayonunun Təklə kəndindən şəhid ailəsinə göstərdiyi köməkliyin bütün ağsululular tərəfindən
necə yüksək qiymətləndirilməsini qeyd etmək istərdim.
Xatırladım ki, S.Seyidəliyeva ATU-nun II Mama-ginekologiya kafedrasında 2000-ci ildən 2002-
ci ilədək klinik ordinator, sonra da həmin kafedrada 2015-ci ilədək elmi və praktik həkim mama-
ginekoloq kimi çalışmışdır. 07 noyabr 2015-ci il tarixdən Ağsu RMX-da cərrah-mama-ginekoloq
və USM həkimi kimi fəaliyyətini davam etdirir. 2011-ci ildə elmi iş müdafiə edərək, tibb üzrə
fəlsəfə doktoru adını almışdır. Səhiyyə rəhbərliyinin bir sıra fəxri fərmanları ilə təltif olunmuş,
təşəkkürnamələr qazanmışdır. O, şəhid Qadir Kərimovun həyat yoldaşı Tərgül Kərimovanı
uğurla əməliyyat etmiş, ağır vəziyyətdə olan həmin xəstənin həyata qayıtmasına böyük köməklik
göstərmişdir.
Ümid və inam dərmanların ən vacibidir
Müalicə işləri üzrə baş həkimin müavini Əli Hüseynov da öz tərəfindən həmin xəstəyə lazım
olan yardımı əsirgəməmiş, gərəkən bütün iynə-dərmanlarını öz şəxsi vəsaiti hesabına almışdır.
Bu mövzuda qələmə aldığımız "Ağsu rayonunda səhiyyə xidmətinin keyfiyyəti təqdir olunur"
sərlövhəli əvvəlki yazıda qeyd etdiyimiz kimi, doktor Əli Hüseynov yüksək peşəkarlığı,
mehribanlığı və başqa üstün insani keyfiyyətləri ilə təkcə həkim kollektivinin deyil, bütün rayon
sakinlərinin hörmətini qazanmışdır. Əsl Azərbaycan həkiminə xas olan humanist, alicənab
xüsusiyyətləri ilə seçilən Əli həkim xəstəxananın xidmətindən istifadə edən pasientləri, xəstəyə
baş çəkməyə gələn yaxın adamlarını şəfqət və gülərüzlə qarşılayır ki, bu da hamıda məmnunluq

hissi doğurur. Heç bir xəstənin ümidsizliyə qapılmasına imkan vermir, mütləq sağalacağına
inandırmağa çalışır, hamısına mənəvi dəstək göstərir. Kollektiv üzvlərinə, ələlxüsus da gənc
həkimlərə, tibb bacılarına tövsiyə edir ki, xəstələrlə tələb olunandan da artıq qayğı və şəfqət
göstərsinlər.
Xəstənin bütün yaxınları şəhid ailəsinə edilən hörmətə görə doktor Əli Hüseynova, doktor
Sevinc Seyidəliyevaya və kollektivin digər üzvlərinə dərin təşəkkürlərini bildirmişlər.
"Həyata xoş döndün!"
Reanimasiya şöbəsinin müdiri anestezioloq-reanimatoloq Məzahir İsayev də ən ağır durumda
olan xəstələrin yaşam savaşına vacib köməklik edib. Ağır əməliyyatdan çıxan xəstələri
reanimasiya otağında qəbul edən Məzahir həkim öz vəzifəsinin öhdəsindən layiqlə gəlir. Ölümün
pəncəsindən qurtulan xəstənin gözünü açaraq həyata qayıtmasının ilk şahidi olmaq doktor
İsayevdə xoş təəssürat yaradır.
Doktor İsayev reanimasiya tədbirlərinin kompleksinin həyata keçirilməsinə mümkün olduqca
erkən başlamağa çalışır. Çünki dediyinə görə, bu halda reanimasiyanın bilavasitə effekt verməsi,
proqnozun uzun müddət üçün əlverişli olması şansı xeyli artır. Deyir ki, intensiv terapiyanın öz
vaxtında keçirilməsinin əhəmiyyəti böyükdür: "Bu terapiyaya ağır və çox vaxt kritik vəziyyətdə
(kəskin ürək çatışmazlığı, ağciyər ödemi, astma vəziyyəti, komatoz hal və s.) olan xəstələrə tibbi,
o cümlədən təcili tibbi yardım göstərilməsi daxildir. Bir sıra hallarda intensiv terapiyanın
müvəffəqiyyətlə keçirilməsi xəstədə terminal vəziyyətin inkişaf etməsinin qarşısını alır. Bütün
reanimasiya tədbirləri pozulmuş qan dövranı, tənəffüs, maddələr mübadiləsi kimi həyat üçün çox
əhəmiyyətli funksiyaların bərpa olunmasına yönəldilmişdir. Reanimasiya metodları ölümün
irəliləmə mexanizminə görə seçilib təyin edilir və bu, çox vaxt əsas xəstəliyin xarakterindən asılı
olmur
Reanimasiya şöbəsinin əmədaşlarından Adilə, Ülviyyə, Sənubər, Arizə və başqa tibb işçiləri
xəstəyə həkim təyinatını yüksək səviyyədə yerinə yetirmişlər. Bütün reanimasiya kompleksinin
həyata keçirilməsində orta tibb işçilərinin rolu olduqca böyükdür. Çox vaxt xəstənin vəziyyətinin
kəskin surətdə pisləşməsini, aqoniya qabağı dövrünü, aqoniyanın və klinik ölüm halının
başlanmasını birinci növbədə tibb bacısı qeyd edir. Reanimasiya tədbirlərinin keçirilməsinə də
ən əvvəl o başlayır. Reanimasiyanın effekt verməsi və xəstənin həyatı orta tibb personalının
bilik, bacarıq və dəqiq hərəkətlərindən asılıdır.
Ürəyin atası
Kardiologiya şöbəsinin müdiri, el içində "Ürəyin atası" ləğəbi verilmiş Tahir Mirzəyevin
haqqında çox yüksək fikirlər səsləndirilir. O, neçə - neçə xəstəni həyata qaytarıb. Ürək
xəstəlikləri və onu müşayiət edən revmatizmin müalicəsində nailiyyətlər qazanıb. Doktor
Mirzəyev məsləhət görür ki, ürək xəstəliklərindən qorunmaq üçün hər kəs sağlam həyat tərzi
keçirməlidir: "Sağlam həyat tərzi dedikdə başa düşülür: Zərərli vərdişlərdən uzaq durmaq,
siqaretdən uzaq durmaq, yağlı qidalardan uzaq durmaq və gündəlik ən azı bir saat piyada gəzmək
lazımdır. Ürək-damar xəstəliklərində risk faktorları vardır. Ən böyük risk faktorları diabet
xəstələrdir, ailədə ürək xəstəlikləri olan insanlardır, stress, siqaret, artıq çəki, azhərəkətlilik,
arterial hipertaniya xəstəliyi və.s Ailədə ürək xəstəlikləri olan insanlar daha diqqətli olmaları

lazımdır. Çünki bunlarln digər xəstələrlə müqayisədə bu xəstəliyə tutulma ehtimalı riski daha
yüksəkdir. İnsanın özündən asılı olan faktorların qarşısı alınarsa, bu xəstəliyin qarşısını almaq
olar
Tahir həkim çox heyfslənir ki, kardioloji problemləri olan xəstələrin əksəriyyəti qəfləti ölüm
nəticəsində dünyalarını dəyişirlər: "Bəzən heç bir şikayəti olmayan və ya şikayəti olub xəstəliyin
tam ciddiliyini dərk etməyənlər qəfil ölüm nəticəsində həyatlarını itirirlər. İnsanlar bunun
ciddiyyətini dərk etmirlər. Bunun əsas səbəbi həkimə müraciətlərin vaxtında olmamasıdır.
Xüsusilə yaşı 35-40-dan çox olanların mütəmadi olaraq həkim-kardioloq müayinəsindən
keçmələri mütləqdir. Kişilərin şikayətləri olmasa belə profilaktik tədbir olaraq bu müayinələrdən
keçmələri çox vacibdir. Belə ki, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin 60-65 faizini
kişilər təşkil edir. Yaranmış ürək xəstəliyi zamanı görünən ilkin göstəricilər döş qəfəsində
yaranan hansısa bir narahatçılıq hissidir. Burada yalnız ağrı deyil, sıxıntı olduqda belə həkimə
müraciət etmək mütləqdir. Klassik bildiyimiz döş qəfəsinin arxasındakı ağrı olmaya da bilər.
Döş qəfəsində hiss edilən sadə bir narahatçılıq, nəfəs çatmazlığı belə ciddi ürək problemlərindən
xəbər verə bilərTəcrübəli kardioloq ona edilən müraciətlər əsasında bu qənaətdə olduğunu deyir ki, hazırda ən
çox rast gəlinən ürək-damar problemi koronar arteriya xəstəliyidir: "Bu, damar tutulması ilə
əlaqədar meydana çıxan infarkt öncəsi yaranan problemdir. Xəstələr də ən çox bu səbəbdən
itirilir. Ümumiyyətlə, insanlar sadəcə onu dərk etməlidirlər ki, ürəkdə yaranan problemlər qəfil
ölümə səbəb ola bilər".
Şəfqət üstü şəfqət...
Xəstəxananın baş tibb bacısı Qönçə Seyidovanın da qüsursuz faəaliyyəti alqışa layiqdir. Onun
səriştəsinin, məsuliyyətsevərliyinin nəticəsidir ki, xəstəxananın tibb bacıları da öz işlərini
məharətlə yerinə yetirirlər. Qönçə xanım həmişə gülərüzdür, təmkinlidir, xəstəxanada sağlam iş
şəraiti yaranması ilə daim qayğılanır. O, xəstənin etimadını qazanır, onda özünə inamın
artmasına kömək edir.
Qönçə xanım deyir: "Tibb bacısından tələb olunan başlıca şərt odur ki, o, daim öz ixtisasını,
biliyini artırmalı, yeni-yeni vərdişlər qazanmalıdır. Müalicə müəssisəsinin ümumi mühiti buna
kömək etməlidir, çünki yüksək ixtisaslı, intizamlı və işə məsuliyyətlə yanaşan tibb bacısının
yetişməsi, onda mərdlik, insanpərvərlik kimi yüksək keyfiyyətlərin yaranması, onun öpz
davranışı ilə xəstənin sağlamlığının və əmək qabiliyyətinin bərpa olunmasına kömək edə bilməsi
bundan asılıdır Məhz Qönçə xanımın öz timsalında göstərdiyi nümunənin və tələbkarlığı sayəsində bütün tibb
bacıları həkimlərin göstərişlərini qüsursuz yerinə yetirir, dərmanların dozalarına və prosedurların
müddətinə, hansı ardıcıllıqla və nə vaxt icra edilməsinə dəqiq əməl edirlər. Tibb bacıları müasir
cihazlardan istifadə etməyi yaxşı bacarır, xəstəyə, onun yaxınlarına xəstəliyin dərəcəsi barədə
nəyi deməyin və nəyi deməməyin məqbul olduğunu gözəl bilirlər. Tibb bacıları mürəkkəb
manipulyasiyaları aparanda daha təcrübəli iş yoldaşları olan Qönçə Seyidovadan faydalı
məsləhətlər alırlar. Çünki yaxşı başa düşürlər ki, insanın sağlamlığı və həyatı məsələsi qarşıda
duranda təkəbbür, özünə qürrələnmə, lovğalıq yaramaz!

Mahizər Qəribova
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb