Azərbaycan İdeyası

MƏHKƏMƏ EYNİ PREDMET ÜZRƏ İŞƏ NECƏ YENİDƏN BAXIB?

Tarix:2-10-2018, 16:50
Baxış Sayı:326


Azərbaycan Respublikası Konstitusiya Məhkəıııəsinin sədri

Cənab Fərhad Abdullayevə

Yevlax rayonu Tanrıqulular kəndinin sakini, 1961-ci il təvəllüdlü Həsənov Qeys
Ələkbər oğlu tərəfindən Mob.tel: (050-669-26-94)
“Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 may 2017-ci il
(İş N: 102)-3246/20l7-ci il tarixdə haqqımda hakim Qəhrəman Allahverdiyevin Ali
Məhkəmənin Mülki Kollegiya sədrliyi ilə qəbul etdiyi Qərarından

ŞİKAYƏT ƏRİZƏSİ


14.12.2005-ci il tarixdə Yevlax rayonu Tanrıqulular Kənd Bələdiyyəsinin Qərarı ilə 0,80 ha
torpaq sahəsinin mənə icarəyə verilməsi haqqında rəsmi sənəd qəbul edilmişdir. Göstərilən
torpaq mənim istifadəmdə 9 il olmuşdur. Kəndçim Vidadi Cəfərov 6 ay kənd Bələdiyyəsinin
sədri olduğu müddətdə həmin torpağı vəzifəsindən sui-istifadə edib anası Cəfərova Humay
Nəhməd qızının adına saxta sənədləşdirmişdir. Bu torpağın indi kənd Bələdiyyəsində olan
qanuni sənədi əsasında Yevlax Məhkəməsinin hakimi Vəzirxan Məlikovun 29 iyun 2015-ci il
tarixdə qəbul etdiyi qətnamədə iddiam qanuni təmin olunmuşdur. Lakin, Yevlax
Məhkəməsinin sədri olmuş Qələmdar Abbasovun 06.10,2015-ci il tarixdə qəbul etdiyi qətnamə
hazırda Tanrıqulular kənd Bələdiyyəsində rəsmi sənədlərlə təsdiq edilib ki, bu gün qüvvədə
olan qanunun əleyhinə qəbul edilmişdir. Hakim Vəzirxan Məlikov kənd Bələdiyyəsinin sədrini

məhkəməyə dəvət etmişdir, onun rəyini dinləmişdir, bundan sonra ədalətli qətnamə qəbul
etmişdir. Qələmdar Abbasov məhkəmə prosessində Tanrıqulular kənd Bələdiyyəsinin sədrini
məhkəmədə dinləməmişdir, onu məhkəməyə çağırmamışdır. Yevlax rayonunda torpaq
mütəxəssisi kimi uzun illərdir tanınan Şahin Paşayev hakim Vəzirxan Məlikovun 29 iyun
2015-ci il tarixdə qəbul eldiyi qətnamə üzrə məhkəməyə verdiyi ifadəsində torpağın mən
Həsənov Qeysə məxsus olması barədə doğru-düzgün ifadə vermişdir. Hakim Qələmdar
Abbasovun 06 oktyabr 2015-ci il tarixdə qəbul eldiyi qətnamədə də torpaq mütəxəssisi kimi
Şahin Paşayev dindirilərkən yalan ifadə verərək torpağın Humay Cəfərovaya məxsus olmasını
əsassız təsdiq etmişdir. Şahin Paşayevin bilə-bilə məhkəməyə yalan ifadə verməsinə hakim
Qələmdar Abbasov şəxsən özü şərait yaratmışdır. Çünki Vidadi Cəfərovun anası Humay
Cəfərovanın adına vəzifə səlahiyyətlərini aşaraq verdiyi saxta torpaq sənədi Yevlax rayonu
Tanrıqulular kənd Bələdiyyəsində bu gün olan əsas qanuni sənədlərə ziddir. İcarəyə
götürdüyüm torpaq problemimlə bağlı Yevlax Məhkəməsinin hakimi V.Məlikov 29 iyun 2015-
ci ildə qəbul etdiyi qətnamədə iddiam təmin olunub. Eyni iddia barədə tərəflər süni surətdə
dəyişdirilərək hakim Qələndar Abbasovun 6 oktyabr 2015-ci ildə qəbul etdiyi qətnamədə
iddiam əsassız rədd edilib. 14 aprel 2016-cı ildə Şəki Apellyasiya Məhkəməsi hakim Mahir
Əsədlinin sədrliyi ilə Apellyasiya şikayətinin təmin edilməsi haqqında qətnamə qəbııl edib. 30
sentyabr 2016-cı il tarıxlı Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı ilə hakim
A.İsgəndərovun hakimliyi ilə təsdiq olunan sənəddə iddiaçı Humay Cəfərovanın Kassasiya
şikayətini əsassız təmin edib. Mənim iddiamı əsassız rədd edib.
Məlum olduğu kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə
mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda, Yevlax
məhkəməsinin sədri olmuş Q.Abbasov Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinin
tələblərini pozaraq tərəflərdən oğlu Vidadi Cəfərovu anası Humay Cəfərova əvəz edərək eyni
predmet üzrə icraata iddia ərizəsini göstərilən qanunun tələblərini pozub saxta ittiham sübutları
ilə 06 oktyabr 2015-ci il tarixdə (İş N: 2(039)-393/2015 saylı qətnamə qəbul etmişdir.
Yevlax rayon Məhkəməsinin hakimi V.Məlikov 29 iyun 2015-ci il tarixdə torpaq
mübahisəsi ilə bağlı məhkəmədə işə baxarkən Respublika ƏMDK Yanında DƏDRX-nin 17
saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Şahin Paşayev məhkəməyə idarənin adından
05.06.2015-ci il tarixdə 15352001571 saylı rəyini təqdim edərək 14.12.2005-ci ildə Yevlağın
Tanrıqulular Bələdiyyəsinin qərarı ilə 0,80 ha torpaq sahəsini 15 ilə mənə icarəyə verilməsi
barədə müsbət rəy vermişdir. Cavabdeh həmin vaxtı Vidadi Cəfərov bu torpağı əlinə keçirməyə
can atırdı. Buna görə də xeyli sonra həmin torpağı zəbt etmişdir. İddiamla bağlı məhkəmə
qətnaməsində V.Cəfərovıın torpaqdan çıxarılması haqqında rəsmi qətnamə qəbul olunub.
Bundan sonra V.Cəfərovun anası H.Gəfərovanm adı ilə sənədlər düzəldilib, 0,80 ha
torpaqla bağlı Yevlax məhkəməsinin sədri Q.Abbasova iddia ərizəsi vermişdir. O, “dil
tapandan” sonra ona eyni predmet üzrə iddia ərizəsi təqdim etmişdir. Q.Abbasov iddianı icraata
qəbul etməklə İPM-nin 153-cü maddəsinin tələblərini pozmuşdur. Çünki ailənin torpaq
iddiasına V.Məlikov baxıb 29.06.2015- ci il tarixdə mənim xeyrimə qanuni, ədalətli qətnamə
qəbul etmişdir. Tanrıqulular Bələdiyyəsinin 16 may 2005-ci il tarixli 17 N:-li qərarı ilə 15 il
müddətinə 10,6 ha, o cümlədən 5,17 ha əkin üçün, 5,43 ha örüş üçün kənd təsərrüfatında
istifadə edilməyən 0,80 ha torpaq sahəsi istifadə üçün icarəyə götürülmüşdür. Güya mən onun
torpağını zəbt etmişəm. Göstərilən torpaq 9 il mənim istifadəmdə olub, həmin torpağı əkib-
becərəndə məni həmin illər bütün kəndin sakinləri görüblər. Bu iddia üzrə də hakim
Q.Abbasovun yanında xatiri xoş olmaq üçün Respublika Əmlak Məsələləri Dövlət Komitəsi
Yanında DƏDRX (bundan sonra ƏMDX yanında DƏDRX) 17 saylı Yevlax Ərazi İdarəsinin

mühəndisi Şahin Paşayev 0,80 ha torpağın əsassız olaraq Cəfərov Vidadi Əlipolad oğlunun
anası Cəfərova Humay Nəhməd qızına məxsus olması haqqında təsir altına düşüb mənim
barəmdə yalan rəy vermişdir. Nəticədə Yevlax məhkəməsinin sədri olmuş Q.Abbasov
06.10.2015-ci il tarixdə qurama ittiham sübutları əsasında qəbul etdiyi qətnamədə V.Məlikovun
29 iyun 2015-ci il tarixdə xeyrimə qəbul etdiyi qətnamənin əleyhinə torpağın anasının adına
olması haqqında əsassız qətnamə qəbul etmişdir. Humay Cəfərovanın iddiasını əsassız təmin
etmişdir.
Q.Abbasovun qətnaməsində kənd Bələdiyyəsinin 14 dekabr 2005-ci il tarixli qərarının adı
çəkilmir. Kənd Bələdiyyəsinin mənə torpaq verməsi qərarı qətnamədə ört-basdır edilmişdir.
Hakim Q. Abbasov bilərəkdən belə etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü
maddəsinə əsasən “Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən
edilmiş faktlar həmin işdə iştirak edən başqa şəxslər tərəfindən başqa məhkəmə prosesində
mübahisələndirilmir”. Ancaq Qələmdar Abbasov qanunu pozub mübahisələndirınişdir.
Hakimin bu əməlləri barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına müraciət
etsəm də, qanuni həmin hakim haqqında tədbir görülməmişdir.
Mən Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşı kimi hüquqlarımı tapdalayan
mütəxəssiz Şahin Paşayevin hakim Q.Abbasovun yuxarıdakı əsaslara görə qanun qarşısında
cəzalandırılmalarını tələb edirəm. Q.Abbasov 06.10.2015-ci il tarixdə qəbul etdiyi qətnamənin
ləğv edilməsində hüquq mühafizə orqanı rəhbərlərindən kömək istəyirəm.
Şəki Apellyasiya Məhkəməsinin hakimi M.Əsədli 14 aprel 2016-cı il tarixli şikayətimi təmin
etmişdir.
30.09.2016-cı ildə hakim A. İsgəndərov əsassız olaraq H.Cəfərovanın şikayətini qismən
təmin edib, mənim hüquqlarımı pozmuşdur.
24.05.2017-ci ildə Ali Məhkəmənin Mülki Kollegiyası Q.Allahverdiyevin sədrliyi ilə
şikayətim təmin edilməyib, çünki qarşıda hakim Q.Abbasov durub.
Torpağın çıxarışı 2005-ci ildə verilən sənəddə olmamasına baxmayaraq, 2014 - cü ildə
S.Paşayev saxta cizgi almışdır. Lakin 17 saylı Daşınmaz Əmlakda həmin cizgi öz əksini
tapmayıb. Q.Abbasov Ş.Paşayevlə əlbir olublar. Hakim V.Məlikovun ilk qətnaməsi qəbul
edilərkən Şahin Paşayev həmin vaxtı rəy verib ki, torpaq Qeys Həsənovundur. Tanrıqulular
Bələdiyyəsinin qərarı qanunidir. Q.Abbasovun marağı nədir ki, eyni predmet üzrə icraata
yenidən ərizə qəbul edib, burada da Şahin Paşayev hakim Vəzirxan Məlikovun məhkəməsində
müdafiə etdiyi faktların əleyhinə olaraq yalan rəy veribdir. Bunu təsdiq edən Q.Abbasov
olmuşdur. O vəzifəsindən sui-istifadə edib Şahin Paşayevi təsiri altına salmışdır. Bu dəfə də
iddiaçı Vidadi Cəfərovun anası Humay Cəfərova eyni fakt üzrə əsassız iddiaçı olmuşdur. İddia
eyni olsa da tərəflər səbəbsiz, əsassız dəyişib. Qəbul olunmuş qanunda göstərilib ki, eyni
predmet üzrə məhkəmələr yenidən işə baxa bilməzlər. Ancaq Q.Abbasov vəzifə səlahiyyətlərini
aşıb, vəzifəsindən sui-istifadə edib, mütəxəssiz Şahin Paşayevi əvvəl verdiyi ifadənin əleyhinə
şahidlik etməyə nail olmuşdur. Qanunsuz qətnamə qəbul etməklə mənim hüquqlarımı
tapdalamışdır.
Şahin Paşayev Q.Abbasovun təsiri altına düşərək hakim Vəzirxan Məlikovun onun rəyi
çıxardığı qətnamənin əleyhinə saxta rəy vermişdir. Oradakı rəydə göstərilib: Torpaq Qeys
Həsənova məxsusdur. Q.Abbasovun qəbul etdiyi qətnamədə göstərilib ki, 0,80 ha torpaq Humay
Cəfərovaya məxsusdur. Hansının düzgün olmasını Konstitusiya Məhkəməsi Yevlax rayonu

Tanrıqulular Bələdiyyəsində olan rəsmi sənədləri tələb etməklə həqiqəti müəyyən edib qəti qərar
verəcəkdir.
Qeyd edim ki, Vudadi Cəfərov 6 ay Bələdiyyə sədri olduğu dövrdən anasının torpağına
yaxın olan mənim rəsmi icarəyə götürdüyüm 0,80 ha torpağa göz dikmişdir. “Fironluğu”
dövrdən o, saxta sənədlər almışdır. Tanrıqulular Bələdiyyəsinin sədri Əli Hüseynov isə bu gün
də mənim torpaq sənədlərimin düzgün olduğunu müdafiə edir. Məhkəmədə vəsatət verdim ki,
kənd Bələdiyyəsinin sədri Əli Hüseynov isə bu gün də mənim torpaq sənədlərimin düzgün
olduğunu müdafiə edir. Məhkəmədə vəsatət verdim ki, kənd Bələdiyyəsinin sədri Əli Hüseynov
məhkəməyə şahid qismində çağırılsın. Hakim Qələndar Abbasov Yevlax rayonu Tanrıqulular
Bələdiyyəsinin sədri Əli Hüseynovu məhkəmə çağırmadı, vəsatətimi təyin etmədi. Atalar məsəli
var: "Yalan ayaq tutar, yeriməz". Buna görə də tapdalanmış hüquqlarımı tələb edirəm.
Azərbaycan Respublikası MPM-nin 132-ci maddəsi prosessual müddətlərin uzadılması
adlanır. Burada göstərilib ki, “Məhkəmənin təyin etdiyi müddətlər maraqlı şəxslərin ərizəsi üzrə
məhkəmə tərəfindən uzadıla bilər”.
Həmin Məcəllənin 133-cü maddəsi prosessual müddətin bərpası adlanır.
Həmin Məcəllənin 133.1 -ci bəndində göstərilib: “Məhkəmə qanunla müəyyən etmiş
müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə işdə iştirak edən şəxsin ərizəsinə əsasən
buraxılmış müddəti bərpa edir”.
Hüquqi cəhətdən sabadsız olduğum üçün vaxtında Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə şikayət verə bilməmişəm. Ancaq ərizəni Konstitusiya Məhkəməsi
haqqında Azərbaycan Respublikası Qanununun 33, 34, 35-ci maddələrinin tələblərinə uyğun
hazırlamışam.
Yuxarıda göstərdiyim əsdaslara görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sədri kimi Sizdən xahiş edirəm Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının
24 may 2017-ci il tarixli (İş N:102)-3246/2017 saylı Qərarını ləğv edəsiniz.

İmza: Həsənov Qeys Ələkbər oğlu. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.