Azərbaycan İdeyası

ŞİRVAN ŞƏHƏR BÜROKRATİYASI BİR AİLƏNİN QƏSDİNƏ DURUB

Tarix:2-10-2018, 16:56
Baxış Sayı:308


Belə bir məsəl var: İki yaxşı adam bir-birinə düşmən, iki pis adam bir-birinə dost ola bilməz.
İstedad, qabiliyyət, ziya, kübarlıq, alicənabləq, humanistlik Tanrı tərəfindən heç də hər bəndəyə
bəxş edilmir. Lakin, o da bir həqiqətdir ki, bu fəzil xüsusiyyətlər onları daşıyan hər adama çoxlu
var-dövlət, saysız-hesabsız dost qazandırmır. Belələri birinə yaxşı olur, paxıl digərinin gözünə
pis görünür. Gözəl xüsusiyyətlər rəğbət doğurduğu kimi, bəzilərində qısqanclıq doğurur.
Münasibət göstərən adamın özünün xislətindən çox şey asılıdır.
Şirvan şəhər sakini Atamalıyev Telman Atamoğlan oğlu da belə bəxti gətirməyən
"xoşbəxtlərdəndir". Telman müəllim yaşadığı bölgədə Azərbaycanın ilk ekstrasensi hesab
olunur. Onun bioenerjisi ilə, fizioloji təsirlərilə çox sayda insan şəfa tapıb. Xeyriyyəçiliklə
məşğul olub. qeyri-adi qabiliyyətləri cəmiyyət tərəfindən, bir çox yerli və beynəlxalq qurumlar
tərəfindən dəyərləndirilib, sertifikatlara, fəxri diplomlara layiq görülüb. Di gəl, onun sadə
insanlarla, halal zəhmət adamları ilə münasibətləri gözəl olsa da, yerli məmurlarla ünsiyyəti
qənaətbəxş olmayıb. Bu da böyük ehtimalla ikincilərin korrupsioner xislətləri ilə əlaqədardır.
Şirvan şəhər 1 may küçəsi ev-1 ünvanda bacısı Güllü Məmmədova ilə birgə yaşayan 52 yaşlı
Telman müəllim ixtisasca elektrik mühəndisidir. 38 illik əmək stajının 25 ilini ağır əmək
şəraitində işləyib. Əmək tarixçəsi həm sənədlərlə, həm də iş yoldaşlarının şahidliyi ilə
təsdiqlənib. Güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün Şirvan şəhər DSMF-na müraciət
etsə də, tələbi təmin olunmayıb. Fondu məhkəməyə verib. Məhkəmə cavabdehə Atamalıyevin
iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərsə də, qarşı tərəf ortaya qoymağa
tutarlı arqumenti olmadığı üçün məsələyə münasibət bildirməyib. Bu mübahisə indiyədək
çözülmür ki, çözülmür.
Bundan başqa, Telamanın yaşadığı ev və həyət açıq havada muzeydir, tarixi abidədir. Həmin
həyətin də bir hissəsini Əliyev Məmmədağa Əhmədağa oğlu tərəfindən zəbt edilərək, təkər sexi
kimi istifadə olunur. Sex sahibinin günahı ucbatından evin elektrik xətti də kəsilib. Bacısı Güllü
Məmmədova problemlə əlaqədar məhkəməyə müraciət edib, işğalçının həyətdən çıxarılması,
eletrik təminatının bərpa edilməsini xahiş edib. Lakin Şirvan şəhər məhkəməsi, Şirvan İnzibati
İqtisad məhkəməsi hər iki predmet üzrə bacı və qardaşın iddialarını tam təmin etməkdən
yayınırlar. Hər dəfə müxtəlif səbəblər göstərilir - gah cavabdehin ünvanının düzgün
yazılmadığını, gah da başqa nəyisə bəhanə gətirirlər. Aşkar müşahidə olunur ki, şəhər
bürokratiyası bu ailənin rifahının yaxşılaşmasını istəmir. Məhkəmə süründürməçiliyi, get-
gəllərlə üzləşən T.Atamalıyev əvvəllər də problemi ictimailəşdirmək məqsədilə KİV-də yazılar
dərc etdirib. Bu dəfə "Korrupsiya və qanun" qəzetinə pənah gətirməsi də yəqin onunla
əlaqədardır ki, haqq işlərinin axsamasının səbəbi kimi korrupsiyanı görür.
Qəzetimizin irəliləyən saylarında bu mövzu ilə bağlı ətraflı məqalə təqdim edəcəyik.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb