Azərbaycan İdeyası

Qəbələdə meşədə ağacların kütləvi kəsilməsi ilə bağlı şikayət araşdırıldı

Tarix:4-10-2018, 14:49
Baxış Sayı:248

   Qəbələdə meşədə ağacların kütləvi kəsilməsi ilə bağlı şikayət araşdırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qəbələ rayonu Dizaxlı kəndindəki meşəlik ərazidə ağacların kütləvi kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı ağacların meşə fondu ərazisində deyil, rayonun Dizaxlı kənd sakinləri Şiraz Osmanov və Mehman Umarova məxsus həyətyanı sahələrdə kəsildiyi aşkar edilib.
Kənd sakinlərinin xüsusi mülkiyyətlərində olan həyətyanı sahələrə keçirilən baxış zamanı yaş köküstə 3 qoz və 2 qovaq ağacının kəsildiyi müəyyən olunub. Torpaq mülkiyyətçiləri ağacları maddi ehtiyaclarını ödəmək üçün kəsərək satdıqlarını etiraf ediblər:
Qeyd edək ki, ağac kəsintisi faktları olmasına baxmayaraq mövcud qanunvericiliyin tələbləri həmin şəxslərin məsuliyyətə cəlb edilməsinə imkan vermir. “Yaşıllıqların mühafizəsi haqqında” qanununun və Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” və “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi” Qaydalarının tələbləri xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara şamil edilmir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb