Azərbaycan İdeyası

XİN-də yüksək vəzifə verilən xanım kimdir? - DOSYE

Tarix:5-10-2018, 13:24
Baxış Sayı:260


XİN-də yüksək vəzifə verilən xanım kimdir? - DOSYE

Xəbər verdiyimiz ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin edilib. Belə ki, bu vəzifə Leyla Yaşar qızı Abdullayevaya həvalə olunub.
Qaynarinfo-nun məlumatına görə, "qafqazinfo”nun sorğusuna cavab olaraq, XİN-dən bildirilib ki, Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakıda alıb və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magist pillələrində təhsil alıb.
2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb.
Ailəlidir, iki övladı var.
"XİN-də və xaricdəki diplomatik nümayəndəliklərimizdəki fəaliyyəti barədə” suala gəlincə, mətbuat xidmətinin yeni rəhbəri bildirib ki, mövcud mürəkkəb geo-strateji mühitdə dövlət başçısının rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi, milli maraqlarımıza əsaslanan çoxşaxəli xarici siyasət məqsədlərinə nail olunması hər bir diplomatmızın borcudur və bir diplomat olaraq, Xarici İşlər Nazirliyində, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində çalışdığım zaman bu vəzifənin layiqincə yerinə yetirilməsinə çalışmışam. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb