Azərbaycan İdeyası

Dilçiləri cəlb etməkdənsə, nəşriyyatlardakı peşəkar redaktorlara etibar etmək lazımdır"

Tarix:8-10-2018, 13:33
Baxış Sayı:223

   Dilçiləri cəlb etməkdənsə, nəşriyyatlardakı peşəkar redaktorlara etibar etmək lazımdır"
Dərsliklərimizdəki problemlərin aradan qaldırılması üçün ekspertlər müxtəlif fikirlər irəli sürürlər. Daha çox isə dərsliklərin peşəkar dilçilər tərəfindən redaktə edilməsinin vacibliyi vurğulanır.
Moderator.az-a açıqlamasında dilçi alim, professor Qulu Məhərrəmli bildirdi ki, bu sahədə peşəkar müəllif kollektivinin olması daha yaxşıdır:
“Əlbəttə, dərslik sahəsi bir az ağır işdir. Xüsusən də orta məktəblər üçün dərslik məsələsi çox ciddi məsələdir. Dəqiq fənlərlə bağlı onların dilində problem olur. Bu problemlər humanitar fənlərdə də olur. Xüsusi olaraq dilçilərin bunu redaktə etməsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, bu sahədə yaxşı müəllif kollektivi olmalıdır və bu kollektivin içində o ixtisasi yaxşı bilən və geniş dünya görüşü, dil bilgisi olan insanlar olmalıdır. Bura dilçiləri cəlb etməkdənsə, bizim peşəkar nəşriyyatlarda peşəkar redaktorlarımız var və onlar dərslikləri yaxşı redaktə etməlidirlər. Cümlələri aydın, fikri dəqiq ifadə etmək üçün gözəl redaktə olunmalıdır. Ona görə də dərsliyə məsuliyyətlə yanaşanda, onun dili də qaydasında olur, kurikulumun tələblərinə də uyğun olur, bilik və bacarıqlarla bağlı qoyulan məsələlər də öz həllini tapır və gözəl bir dərslik alınır. Amma təəssüf ki, biz dərsliklərin bir çoxunda buna rast gəlmirik. Yəni dilçilərin xüsusi olaraq dərslikləri redaktə etməsinin tərəfdarı deyiləm, amma ona tərəfdaram ki, dərsliklərin dili aydın, şəffaf, büllur, dəqiq olmalıdır. Dərsliklərin dilində anlaşılmayan, dolaşıq heç bir cümlə ola bilməz”.

Vasif Əlihüseyn [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO