Azərbaycan İdeyası

Azərbaycana gətirilən erməni araqları məhv edildi - FOTO

Tarix:9-10-2018, 17:44
Baxış Sayı:420

 Azərbaycana gətirilən erməni araqları məhv edildi - FOTO


Gömrük Komitəsi Azərbaycan ərazisinə keçirilərkən tutulan içində erməni araqları da olan xeyli malın məhvetməsini həyata keçirib.
Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan mallar yandırılıb.
Ümumilikdə 7835,7 litr alkoqollu və sərinləşdirici içkilər, 4235700 ədəd tütün məmulatı, 1621.8 kq qarışıq ərzaq məhsulları, 14479.65 kq müxtəlif növ məişət malları məhv edilib.
Qeyd edək ki, məhv edilən mallar 2016-2018-ci illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına yığılmışdı.
Eyni zamanda, məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 27 litr spirtli içki də olub.
 Azərbaycana gətirilən erməni araqları məhv edildi - FOTO

Xatırladaq ki, prosesdə Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” birliyinin direktoru, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov, Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini Fikrət Ələsgərli, komitənin aidiyyəti qurumlarının əməkdaşları və media nümayəndələri iştirak edib.
Mallar müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunub. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO