Azərbaycan İdeyası

MİNGƏÇEVİR SUKANAL İDARƏSİNİN RƏİSİ ONDAN KİV-Ə ŞİKAYƏT EDƏN İŞÇİLƏRİNDƏN QİSAS ALIR

Tarix:6-11-2018, 15:35
Baxış Sayı:487

  MİNGƏÇEVİR SUKANAL İDARƏSİNİN RƏİSİ ONDAN KİV-Ə ŞİKAYƏT EDƏN İŞÇİLƏRİNDƏN QİSAS ALIR

Sadiq oxucularımız xatırlayarlar, "Korrupsiya və qanun" qəzetinin ötən saylarından birində "Mingəçevir Sukanal İdarəsində qanunsuz ixtisarlar" sərlövhəsi altında tənqidi yazı dərc olunmuşdu. Mingəçevir şəhəri Nahirvan küçəsi 48/1, ev 3 ünvanda qeydiyyatda olan, hazırda Təbriz küçəsi 12 ünvanda yaşayan Şəlalə Xəlilova redaksiyamıza göndərdiyi ərizədə yazmışdı ki, sözügedən idarədə əmək fəaliyyətinə başladığı 1985-ci ildən ta indiyədək heç bir qanun pozuntusuna, ciddi nöqsana yol verməsə də, sutkanın 12 saatını işləməsinə baxmayaraq, idarənin rəisi Mustafa Kərimov onu dəfələrlə işdən çıxaracağı ilə hədələmiş, nəhayət, heç bir səbəb olmadan əmrini vermişdir. Ərizə əsasında hazırladığımız materialda müəllifin bildirdikləri əsasında onun başqa həmkarları Afaq Vəliyevanın, Elza Məmmədovanın və Emin adlı başqa bir işçinin də rəisin kadr "islahatının" qurbanı olduqları bildirilmişdi.
Bu günlərdə redaksiyamıza bu dəfə yuxarıda adları çəkilən şəxslərdən daha birinin - Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi - 26, mənzil 38 ünvanda yaşayan Məmmədova Elza Umud qızının şikayət ərizəsi daxil olmuşdur. Yazır ki, 1990-cı ildən "Azərsu" ASC-nin "Birləşmiş sukanal" MMC-də işləyir: "Əmək fəaliyyəti dövrümdə heç bir qüsura, intizamsızlığa yol verməmişəm.. Rəhbərliyin tapşırıqlarını yerinə yetirməyi özümə vəzifə borcu hesab etmişəm. İşsizliyə qarşı ölkəmizdə mübarizə getdiyi halda mənim işdən çıxarılmağımı başa düşə bilmirəm. Mənim pensiya yaşıma 2 ilə yaxın müddət qalıb. Mən indiyə qədər çirkab suların təmizlənməsi qurğusunda maşinist vəzifəsində işləmişəm. 3 ay bundan əvvəl Mustafa Kərimov məni çağırdı ki, ora bağlanır. Səni keçirirəm təmiz sular işləyən qurğuya. Dedi ki, keçməsən işdən çıxaracam. Mən də məcbur olub ərizə yazdım. İndi isə bu nasos qurğusu ixtisara düşdüyünə görə məni işdən çıxarıb. Halbuki, ora təzədən 7 nəfər işçi götürülüb. Onlar da maşinistdirlər. Məni ayın 1-dən (noyabr ayının - red.) işdən azad edib, başqa adamları mənim yerimə qoyub".
E.Məmmədova qeyd etdiyi faktların ictimailəşdirilməsini xahiş etmişdir. Buradan bəlli olur ki, Mustafa Kərimov tənqidə dözümsüzdür, tənqiddən nəticə çıxaran deyil, ondan KİV-ə şikayət edənləri işdən qovmaq yolu ilə qisas alır. Yaxın vaxtlarda məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyinin, "Azərsu" ASC rəhbərliyinin münasibətini öyrənib oxucularla bölüşməyə çalışacağıq. Həmçinin, bu suala da aydınlıq gətirməyə çalışacağıq ki, Mingəçevir Sukanal İdarəsinin çirkab suların təmizlənməsi qurğusu bağlanıbsa, şəhər əhalisinə məhz çirkab su verilirmi?

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı