Azərbaycan İdeyası

Bakı metrosunda YENİLİK

Tarix:22-11-2018, 12:31
Baxış Sayı:357




"Bakmil" stansiyasının açıq hava şəraitində yerləşən, atmosfer mühitinin aqressiv təsirlərinə məruz qalan platformanın üzərində çətir quraşdırılır.
Bu barədə ONN media-ya “Bakı Metropoliteni”QSC-dən məlumat verilib.
Məlumata görə, bu sərnişinləri, eləcə də stansiyanın açıq hava şəraitində yerləşən avadanlıq və qurğularını yağmurun təsirlərindən qoruyacaq.
Ümumiyyətlə, metropolitenin 1979-cu ildə istismara verilmiş yeganə yerüstü stansiyasında ötən 40 ilə yaxın müddətdə əsaslı təmir və yenidənqurma işləri ilk dəfə aparılır. Açıq hava şəraitinin kəskin təsirləri nəzərə alınmaqla, uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğular, həmçinin digər infrastruktur təmir edilir, bərpa olunur və müasir tələblər səviyyəsində yenidən qurulur.
Stansiyada tətbiq olunacaq daha bir əhəmiyyətli yenilik sərnişinlərin birbaşa ikinci mərtəbədən qəbul edilərək, yola salınması olacaq. Belə ki, stansiyaya daxil olan sərnişinlər pilləkənlərlə birbaşa ikinci mərtəbəyə qalxaraq, avtomat nəzarət-buraxılış məntəqəsindən keçəcəklər. Burada inşaat işləri tamamlanmaq üzrədir. Bu səviyyədə söküntü işləri başa çatdırılıb. Platforma, gözləmə zalı və keçidlərdə döşəmə və divarların üzləmə işləri da yekunlaşmaqdadır.
Ən əhəmiyyətli tədbirlər platformaaltı sahədə edilib. Kabel kollektoru tamamilə yeni standartlar və səliqə-sahmanla yenidən inşa edilib. Həmçinin sahədə rahat və təhlükəsiz iş görmək üçün bütün müvafiq tədbirlər görülüb və işçilər bundan sonra burada rahatlıqla kommunikasiya xətlərinə xidmət göstərə biləcəklər. Bununla yanaşı, təbii işıqlandırma, havalandırma və plaftormaaltı sahəyə nəzarət məqsədilə pəncərə yerləri qoyulmaqla yan divarlar inşa olunub, suvaq işi aparılıb.
Yenidənqurma çərçivəsində bütün kommunikasiya xətləri dəyişdirilib, yeni kanalizasiya xətti qurulub və su xətti çəkilib, ərazi abadlaşdırılıb. Bu xüsusda onu da əlavə edək ki, əvvəllər yağışlı havada stansiya qarşısında yaranmış gölməçələr də bundan sonra olmayacaq. Burada müvafiq maillik verilməklə bütün zəruri tədbirlər görülüb və drenaj sistemi yenilənib.
Platformanın sonunda yerləşən növbətçi məntəqəsinin xidməti otağı ləğv edilib. Park yollarına standartlara uyğun yeni keçid qapısı və pilləkən qoyulub. Yeri gəlmişkən, ikinci mərtəbədə yerləşən stansiya rəisinin, eləcə də növbətçinin otağı tamamilə yenidən qurulmaqla, müasir texnologiyalara uyğun avadanlıqlarla təchiz edilib. Burada digər yardımçı sahələrin də inşası tamamlanmaq üzrədir.
Stansiyanın yenidən qurulması zamanı onun memarlıq üslübü tamamilə qorunmaq şərtilə yeni asma tavan və müasir işıqlanma sistemi qurulur. Elektrik xətlərinin çəkilməsi başa çatdırılıb. Hazırda çilçıraqların qurulması üzərində iş aparılır. Stansiyanın birinci mərtəbəsi bundan sonra yalnız xidməti məqsədlər üçün istifadə olunacaq.
Bir sözlə, tamamilə yeniləşmiş "Bakmil" stansiyası memarlıq üslubunu saxlamaqla, sərnişinlərini müasir və möhtəşəm görkəmdə qarşılamağa hazırlaşır. Bunun üçün orada görülən işlər son mərhələdədir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO