Azərbaycan İdeyası

Bakıda lift pulu beş dəfə artırıla bilər - ÖZƏL

Tarix:27-11-2018, 15:49
Baxış Sayı:191

  Bakıda lift pulu beş dəfə artırıla bilər - ÖZƏL

Bakıda adambaşına düşən lift ödənişləri ilə bağlı təklif hazırlanır.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyininə yeni təyin olunmuş baş direktor Xalid Ələkbərov bildirib.
Onun sözlərinə görə, vətəndaşlar lift pulunu ödəmək istəmirlər:
“Biz də çalışırıq ki, digər qurumlar kimi, birlikdə sistem qurulsun və nağd ödənişdən qaçaq. Bu gün işçilərimiz vətəndaşdan 20 qəpik almaq üçün qapını döyür. Əhali elə düşünür ki, biz o pulu cibimizə qoyuruq. Amma onlar bilmir ki, adambaşına düşən lift ödənişlərinin qiyməti 20 qəpik deyil”.
Baş direktor qeyd edib ki, adambaşına düşən lift ödənişləri ilə bağlı təklif hazırlanır:
“Biz istəyirik ki, qiymətlərə baxılsın. Nazirlər Kabineti məsləhət bilsə, qiymətlər artırıla bilər. İdarəmiz dövlət vəsaitinin hesabına işləyir, əməkhaqqı veririk. Ödəniş az olduğu üçün işçilərin əməkhaqqını qaldıra bilmirik. Çünki dövlətdən maliyyələşirik.
Hesabatla götürəndə adambaşına lift pulu bir manat 80 qəpik-iki manata yaxın çıxır. Amma təklifdə minimum bir manat qeyd edilib. Bu məbləğ olsa və nağdsız hesaba keçilsə, işçilərimizin də qapı-qapı düşüb pul yığması məsələsi aradan qalxar. İnsan var ki, gedir bir manata adi su alıb içir, amma liftlə qalxmağa pul ödəyəndə deyir ki, niyə 20 qəpik ödəyirəm? Qiymət təklifdəki məbləğ olsa, lift xarab olanda onu təmir etmək, vəsait qoymaq olar”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb