Azərbaycan İdeyası

Keçmiş MTN generalının bacanağının məhkəməsində həbsdə olan şəxs ifadə verib

Tarix:27-11-2018, 16:03
Baxış Sayı:203

  Keçmiş MTN generalının bacanağının məhkəməsində həbsdə olan şəxs ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Korrupsiya-q.az “Report”un xəbərinə görə, bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xəqani Əhmədov ifadə verib.
O bildirib ki, cinayət işində şahid (zərərçəkmiş) qismində tanınan Amid Hüseynovun qonşusu olub.
X.Əhmədov qeyd edib ki, təqsirləndirilən M.Talıbov A.Hüseynovun torpağının sənədlərini hazırlayacağı vədi verib: “Biz Müsənnif Talıbovu Hacı kimi tanıyırdıq. Həmin vaxt o, özünü bizə yüksək vəzifəli məmum kimi tanıdıb, sənədləri hazırlayacağı vədini verdi. Sonra maşında Amid ona 5 min dollar pul verdi. Amidin ona daha əvvəl də 5 min dollar pul verdiyini eşitmişdim”.
Təqsirləndirlən M.Talıbov deyib ki, A.Hüseynov ona bir dəfə 6 min dollar pul verib: “Pulun verilmə söhbəti də mənim evimin həyəti olub, o puldan da 500 dolları Amidin özünə geri qaytarmışam. Bu şahid düzgün danışmır”.
Daha sonra A.Hüseynovun atası Qulu Hüseynov dindirilib.
Məhkəmədə məlum olub ki, Q.Hüseynov 2012-ci ildə yol-nəqliyyatı hadisəsi törətməkdə təqsirli bilinib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum olunub.
Hazırda 5 ildir məhkumluq həyatı yaşayan Q.Hüseynov söyləyib ki, oğlu A.Hüseynov M.Talıbova 10 min dollar, özü isə əvvəl 7500 dollar, daha sonra 2500 dollar pul verib: “Müsənnif Talıbovla əvvəl qohum olacaqdıq, sonra alınmadı. O, bizə torpağa sənəd düzəldəcəyi vədi verdi. Biz də razılaşdıq. Bir neçə dəfə Nərimanov rayonuna onun yanına getdim. Dedi ki, “sənədlər hazır olur, az qalıb”. Sonra isə sənədləri düzəltmədi”.
M.Talıbov qeyd edib ki, Q.Hüseynov həbsdə olan zaman 50 dəfə onun yanına gedib: “Onun yanına heç kəs getmirdi. Ailəsi Türkiyəyə köçmüşdü. Tək mən gedirdim. Cibimin pullarını ona xərclədim. Yanına gələn öz qohumunu da qovmuşdu”.
Q.Hüseynov isə bildirib ki, həbsdə olan zaman M.Talıbov onun yanına həyat yoldaşının pensiya kartında olan pullarla gəlib.
O deyib ki, həbsdə olarkən Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri, hazırda həbsdə (4 il 6 ay) olan Elçin Qurbanov da onun yanına gəlib, azadlığa buraxdıracağı vədini verib: “Elçin Müsənnif Talıbovun qaynıdır. Yanıma gəldi ki, “oğlunun dostuyam, sənə kömək edəcəm”. Mən də sevindim. Sonra cibindən çıxardım 50 manat da pul verdi. Lakin sonradan vədinə əməl etmədi”.
Məhkəmənin növbəti iclası dekabrın 11-nə təyin edilib.
İttiham aktına əsasən, M.Talıbov qonşusu Amid Hüseynovun atasını həbsdən azad edəcəyi və onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədi verib. M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən, ümumilikdə, 30 min manat pul alıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə S.Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.