Azərbaycan İdeyası

Bakıda ŞOK OLAY- Falçıdan qadına İNANILMAZ ADDIMalçıdan qadına İNANILMAZ ADDIM

Tarix:28-11-2018, 16:14
Baxış Sayı:222


 Bakıda ŞOK OLAY- Falçıdan qadına İNANILMAZ ADDIMalçıdan qadına İNANILMAZ ADDIM
Bakıda fala baxmaq adı ilə dələduzluq etməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Şəki sakini Elza İmamverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Korrupsiya-q.az Teleqraf.com-a istinadla xəbər verir ki, Elza İmamverdiyeva Arzu Hüseynovanın etibarından sui-istifadə edib və onun əmlakını ələ keçirmək məqsədi ilə aldadıb.
O, Arzu Hüseynovanın evi və ailəsinin naməlum şəxs tərəfindən cadulandığını bildirib, cadunu təmizləyəcəyinə vəd verib.
Elza bu məqsədlə 2015-ci ilin noyabr ayının 5-10 tarixlərində Xətai rayonunda Arzudan 350 manat alıb. Sonra cadunun təmizlənməsi üçün əlavə pul lazım olduğunu deyib və müxtəlif vaxtlarda onu yenidən aldadıb.
Elza 2015 və 2017-ci illər ərzində Arzunun 5 min manatlıq qızılını alıb.
Sonradan aldadıldığını başa düşən Arzu Hüseynova hüquq-mühafizə orqanlarına şikayət edib. Elza həbs olunub.
İstintaq orqanı tərəfindən Elza İmamverdiyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Xətai rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Elza İmamverdiyevanın himayəsində 2013-cü il təvəllüdlü azyaşlı qızının olmasını nəzərə alıb.
Bu səbəbdən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq etməklə təxirə salınıb.
Elza İmamverdiyevanın azyaşlı qızı 8 yaşına çatandan sonra cəza hökmü icra olunacaq. Cəza 2021-ci ilin avqustun 31-də başlanacaq.
Hökmdən narazı qalan Arzu Hüseynova apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Elza İmamverdiyevanın həbsini tələb edib.
Zərərçəkmiş şikayətini ona dəymiş ziyanın ödənilməməsi ilə bağlı olduğunu izah edib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Arzu Hüseynovanın şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Arzu Hüseynova kasasiya şikayəti verib. Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrlik etdiyi kollegiya Arzu Hüseynovanın şikayətini təmin etməyib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO