Azərbaycan İdeyası

İsmətli məktəbinin direktoru fironluq edir - 17 müəllim yalan danışa bilməz

Tarix:9-04-2019, 15:38
Baxış Sayı:2 293

İsmətli məktəbinin direktoru fironluq edir - 17 müəllim yalan danışa bilməz

Redaksiyamıza Biləsuvar rayonu Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbinin bir qrup müəlliminin imzaladıqları müraciətnamə daxil olmuşdur. Müəllimlər bildirirlər ki, direktor Ağamməd İbayevin həqarətli davranışı, kobud və saymazyana hərəkətləri, təkəbbürlüyü, "mənəm-mənəmliyi", əsassız tələbləri onları təngə gətirmiş, cana doydurmuşdur:
"Burda mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə işləyən bu "Fironla" daha işləmək fikrimiz yoxdur, ola bilməz. Direktor kimi fəaliyyətə başladığı ilk gündən indiyə kimi özünü "süddən çıxmış qaşıq" kimi göstərərək dəfələrlə saxtakarlıq etmiş, saysız-hesabsız maliyyə pozuntuları törədərək mövcud qanunvericiliyin tələblərini pozmuş və kifayət qədər dövlət vəsaitini mənimsəmişdir. 2011-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda məktəbdən çıxıb getmiş müəllimlərin adları hələ də saxlanılaraq onlara 2016-cı ilə kimi qanunsuz əmək haqqı yazılmış və mənimsənilmişdir. 2011-ci ildən başlayaraq nəinki məktəbdə işləməyən, hətta ərazidə belə yaşamayan, ünvanları hələ də heç kimə bəlli olmayan texniki işçilərə bu günə kimi əmək haqqının yazılması və mənimsənilməsi faktları mövcuddur. Vakant yerlərin nazirlikdən, dərs saatlarının müəllimlərdən gizlədilməsi halları vardır...
Müəllimlər yazırlar ki, dərs bölgüsündə sosial ədalət prinsipi pozulur, qərəzçiliyə yol verilir:
"Ehtiyac olmadığı halda, süni müəllim sıxlığı yaradaraq təcrübəsiz müəllimlərin əsassız olaraq işə götürülməsi; peşəkar, təcrübəli, ali təhsilli sinif müəllimlərinin dərs dedikləri sinifdən məqsədli şəkildə uzaqlaşdırılaraq qanunsuz olaraq yuxarı siniflərdə (5,6,7,8,9-cu siniflərdə) musiqi və riyaziyyat dərslərinə cəlb edilməsi və onların yerinə isə orta təhsilli, təcrübəsiz müəllimin işə götürülməsi və ona sinif həvalə edilməsi hallarına yol verilmişdir (kifayət qədər müəllim sıxlığına baxmayaraq). İngilis dili və riyaziyyatdan kifayət qədər dərs saatının olmasına baxmayaraq, yenə də həmin fənnlərə əlavə olaraq fakültativ məşğələlər, maraq kursları və dərnək saatları ayıraraq pulları mənimsənilmişdir. Xarici dil dərslərinin bölgüsündə qərəzçiliyə yol verilməsi halları mövcuddur. İndiki 5-cilərin 1-ci sinifdən hər üç sinifin ingilis dilinə verilməsi buna əyani sübutdur. 2011-ci ildən başlayaraq fiziki imkanları məhdud olan uşaqların valideynlərinin istəkləri nəzərə alınmadan xarici dil kimi yalnız ingilis dilinin keçirilməsi (saxta olaraq) və əmək haqqının özünə münasib adamların adına yazılıb götürülməsi hallarına yol verilmişdir. İbtidai sinif müəllimlərinin yazılı razılığı olmadan mövcud qanunvericiliyin tələblərinə məhəl qoyulmadan siniflər məqsədli şəkildə bir neçə müəllim arasında bölüşdürülür..."
Bildirirlər ki, direktor dərnəkləri, fakültativ məşğələləri, maraq kurslarını özünə münasib müəllimlərin adlarına yazaraq (deyilmədən) məvacibini mənimsənilməsi, habelə, büllütenə çıxmış və eləcə də məktəbdən müvəqqəti çıxıb getmiş müəllimlərin sinif rəhbəri işləmədiyi halda kimlərinsə adlarına yazılaraq mənimsənilməsi hallarına yol vermişdir. Şikayətçilər yazırlar ki, məktəbdə hər il abadlıq, abunə və bu kimi başqa adlarla pul yığılır, amma təyinatı üzrə xərclənmir və mənimsənilir:
"Təkcə elə bu ilin ikinci yarısında İcra Hakimiyyətinin adından istifadə edərək, dövlət büdcəsindən abunə üçün pul ayırılmasına baxmayaraq, 500 AZN-ə qədərə yığılmış abunə pulunun təyinatı üzrə xərclənməməsi haqqında hesabatı hələ də verilməmişdir. Fiziki qüsurlu uşaqların valideynlərinin aldadılması və təhqir olunması hallarına yol verilir. Fərdi təhsilə cəlb olunmuş fiziki qüsurlu uşaqlar Nərimanova Güllübəyim Füzuli qızı və Qaraşova Gülnarə Səlim qızının adlarının sinif jurnalında olmadıqları halda bir müəllimin sinfində qanunsuz olaraq 3 il oturmaları və onların təhsilinə ayrılmış dövlət vəsaitinin mənimsənilməsi hallarına yol verilmişdir..."
Müəllimlər həmçinin oğurluq, talançılıq faktlarını da qeyd etmişlər:
"Məktəbin qiymətli avadanlıqlarının evlərə daşınması və satılması hallarına yol verilmişdir. Belə ki, məktəbin printeri məktəbin öz müəlliminə 100 AZN-ə satılmışdır. Hər il uşaqların məcburi sınaq imtahanlarına cəlb edilməsi (kurs rəhbərləri ilə şəxsi münasibətlər zəminində), onlardan yığılan vəsaitin kurs rəhbərləri ilə birlikdə paylı şəkildə bölüşdürülməsi; xarici dillərin öyrənilməsi zamanı varislik gözlənilmədən uşaqların bir sinifdən başqa bir sinifə qanunsuz olaraq (rus dili qruplarından ingilis dilinə) keçirilməsi kimi halları mövcuddur. . "Xidmət əməyi" (Əmək hazırlığı) müəllimini 2010-cu ildən məktəbdən getdiyi (Sumqayıt şəhərinə) halda 2013-2014-cü tədris ilində onun fərdi qrupların 10-11-ci siniflərində fizika, astronomiya, cəbr və analizin başlanğıcı və başqa bu kimi dərsləri "tədris etməsi" təəccüb və gülüş doğurur. Heç vaxt ərazidə yaşamayan, bir gün də olsa məktəbə gəlib dərsdə oturmayan, iştirak etməyən, hətta sinif yoldaşlarının tanımadıqları, müəllimlərin görmədikləri bir şagirdin adının məktəbin şagird sistemində 10-11-ci siniflərdə oturması və adının sinif jurnalında qeyd olunmaması və həmin sinifdə dərs deyən müəllimlərdən iki il gizlədilməsi maraq doğurur. Direktoir bu ilin sonunda buraxılış vərəqəsi verərək onu Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanına göndərmişdir. Xoşagəlməz hərəkətlərinin nəticəsi olaraq ifşa olunmuşdur..."
Məktubda bildirilir ki, direktor A.İbayev bütün bu saxtakarlığlarına qanuni don geyindirməyə çalışmışdır:
"Belə ki, sinif rəhbərinə və həmin siniflərdə dərs deyən müəllimlərə təzyiq göstərməklə, jurnala uşağın adını yazdırmaq və sistemdəki yazılmış saxta qiymətləri jurnala köçürtdürməklə öz məqsədini reallaşdırmaq istəmiş, lakin nail ola bilməmişdir. Bütün bu olanların cinayət işi olmasını hələ də dərk etməyən özündənrazı bu cənab, beləliklə həm Təhsil Nazirliyini, həm rayon təhsil şöbəsini, həm də müəllimləri aldatmaqla, bütünlüklə də hökumətə kələk gəlmək istəmişdir. Bütün bunların baş verməsində özünü müqəssir saymayan bu cənab, yenə də müəllimləri günahlandırır, "Təhsildə keyfiyyət ilidir" şüarı altında onlara hədyanlar yağdırmaqla hədələyir və bu il daha yaxşı yeni qayda ilə işləyəcəyini bəyan edir..."
Redaksiyamıza göndərilən məlumatlar sırasında sözügedən məktəbdə Hadıyev Rahim Mirəşrəf oğlunun əvəzinə atasının, İbayeva Məhəbbət Adış qızının əvəzinə anası Arifə İbayevanın, Sədaqət Abbasovanın gəlini Əliyeva Vəfa Sərhəd qızının əvəzinə işlədikləri, Bakı şəhər sakini Baxşıyev Şahin İlham oğluna saxta attestat verildiyi bildirilir. Heç vaxt işləməyib adına maaş yazılan texniki işçilərin də adları göstərilib: Hüseynova Nərminə İmran qızı, Mirzəyev Alim Afil oğlu, Rəhmanova Nəzirə Kazım qızı, Səlimova Şəfa Adil qızı, İbrahimova Vəfa İbrahim qızı, Xanıyeva Elnarə İbrahim qızı...
Müəllimlər məktubda göstərdikləri neqativ halları ictimailəşdirməyi redaksiyamızdan xahiş etmişlər. Məktuba ümumilikdə 17 nəfər müəllim imza atmışdır. Müəllim təkcə təlim deyil, həm də tərbiyə verəndir. Bu qədər sayda şərəfli peşə sahibinin yalan danışması qeyri-mümkündür. Əksinə, onlara inanmamaq tərbiyəsizlikdir.
P.S. Material qəzetdə dərc olunmazdan əvvəl "Korrupsiya və qanun" qəzetinin internet əlavəsi olan "korrupsiya-q.az" saytında yerləşdirilmişdi. Yazı internetdə görünəndən sonra baş redaktorumuzun stasionar telefonuna və baş redaktorumuzun mobil telefonuna məktəb direktorunun tərəfdarlarının təhdidedici zəngləri gəlməyə başladı. Qadın səsi ilə gecə saatlarında zəng etmiş bir şəxs irad tuturdu ki, şikayəti qarşı tərəfi dindirmədən, mövqeyini öyrənmədən dərc etmişik. Direktoru təriflədi, onun guya məktəbi şəffaflıq prinsipi ilə idarə etdiyini deyib tənqidin əhəmiyyətini azaltmaq üçün guya qəzetimizin və saytımızı "önəmsiz" KİV hesab etdiklərini bildirdi. Bundan sonra qəzeti məhkəməyə verəcəkləri ilə hədələyib birmənalı şəkildə məhz bizim uduzacağımızı bildirdi. Nə demək, görünür, həmin adam məqaləni yaxşı oxumayıb. Oxuyubsa da başlığını yaddan çıxarıb. Sərlövhənin ikinci yarısı belə idi: "17 müəllim yalan danışa bilməz". Axı, bu qədər sayda şərəfli peşə sahibinin yalan danışması qeyri-mümkündür. Əksinə, onlara inanmamaq tərbiyəsizlikdir.
Redaksiyamıza kişi səsi ilə zəng açan ikinci şəxs isə İsmətli kənd sakini həkim İbayev Valeh Teymur oğlu kimi özünü təqdim edərək, bizi jurnalist araşdırması aparmamaqda qınadı. Hər iki şəxsə bildirdik ki, mövqelərini əks etdirən ittihama bənzər fikirlərini rəsmi məktubla redaksiyanın poçtuna, gərəkirsə hüquq-mühafizə orqanlarına və məhkəməyə göndərə bilərlər.

Xuraman Əhlimanqızı
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ruslan 3 yanvar 2019 21:42
  Жалоба     
men vaxti ile o mektebde oxumuşam Direktoruda , orda çalişan muellimleride cox yaxşi taniyiram.Esitdiyim melumatlara gore 7 muellim artiq yalandan bohtan atdiginin ferqine vararaq, şikayet erizesine imza atmaqdan imtina edibler . Mektebde calisan esil ziyalilardan biri oldugunu fikirlesmisem her zaman direktorun . Mence sizde arastirsaniz yaxsi olar . 17 nefer yalan danisa biler burda qeyri adi hecne yoxdu muellim olmaq mektebde calisanlarin 5- 10 % deyil hec belke .
RUSLAN 3 yanvar 2019 22:10
  Жалоба     
''Müəllim təkcə təlim deyil, həm də tərbiyə verəndir. Bu qədər sayda şərəfli peşə sahibinin yalan danışması qeyri-mümkündür. Əksinə, onlara inanmamaq tərbiyəsizlikdir''

NECƏDƏ MƏNTİQSİZ YAZIDI. ŞƏRƏFLİ PEŞE SAHİBİ OLMAQLA ŞƏRƏFLİ OLMAQ BAŞQA MƏSƏLƏDƏ. İNANIB İNANMAQ HER KESİN ŞEXSİ İŞİDİ. OXUYUB İNANMAYANLARI TERBİYESİZLİKDE İTTİHAM EDİRSİZ.

VALEH HEKİMDE DOĞRU VURGULAYIB ARAŞTIRMA APARMADIĞINIZ BƏLLİDİ.

PS . KƏND SAKİNİYƏM. RUSLAN

[quote=RUSLAN]''Müəllim təkcə təlim deyil, həm də tərbiyə verəndir. Bu qədər sayda şərəfli peşə sahibinin yalan danışması qeyri-mümkündür. Əksinə, onlara inanmamaq tərbiyəsizlikdir''

NECƏDƏ MƏNTİQSİZ YAZIDI. ŞƏRƏFLİ PEŞE SAHİBİ OLMAQLA ŞƏRƏFLİ OLMAQ BAŞQA MƏSƏLƏDƏ. İNANIB İNANMAMAQ HER KESİN ŞEXSİ İŞİDİ. OXUYUB İNANMAYANLARI TERBİYESİZLİKDE İTTİHAM EDİRSİZ.

VALEH HEKİMDE DOĞRU VURGULAYIB ARAŞTIRMA APARMADIĞINIZ BƏLLİDİ.

PS . KƏND SAKİNİYƏM. RUSLAN
Nicat 3 yanvar 2019 22:12
  Жалоба     
Ulu önderimizin gözəl kəlamlarindan biri də " Mən müəllimdən uca ad tanımiram"dır. Beləliklə siz müəllim barədə məlumat dərc edirsinizə onda onu tam ətraflı araşdırmalisınız.Xuraman xanim keçen defe yazılan yorumları sildiniz.Mən həmin məktəbin məzunu olmuşam və direktor daxil olmaqla bütün kollektivi yaxşi tanıyıram. Siz məlumatı araşdırıb yazsaz yaxşi olardı.Birincisi şikayət veren orda 17 müəllim kimi gorunsədə orda olan müəllimlerin bezilerinin o şikayet erizesinin mahiyyetinden hec xeberi de olmayıb,ikincisi əgər insan deyilən varlıq öz şərəfinə və ləyaqətine hörmet etmirsə onda rahatlıqla böhtan və şər ata bilər.
HUSEYN İbayev 3 yanvar 2019 23:16
  Жалоба     
Xuraman xanım maraqlıdı sız hansı unevsteti qurtarmısız onu deyin? Menim fikrimce siz yanlız orta mektebi o 17 müellımler kimi 3 qiymetile bitirmisiz.Cunku cox savadsız ve qanundan xeberi olmayan insansız.Bizim dövletin qununu her seyden üsdundur ve yasadıgımız dogma ölkemizde hemse qununa üsdunluk verilir.Bilesvar Prakrorlugu qanunu arasdırma apararaq Ağammed İbayevin gunahsız olması barede qerar cıxarıb.Siz kimsiz ki dövletin qanunla duz cıxardıgı qerara yalan yaxasız.Rayonun Tehsil Söbeside bunu tesdiqleyib ve o ,,17 müellimede'' elan edib.Bu gün rüsvet alıb yalan melumat yazırsız sorda Şerefli peseden dansırsız.Siz ve ,,17 müellim'' Şerefli peseden danısmaga qeti haqqınız yoxdur.Qaldı ki Ağammed İbayeve emimdi deye demirem 1 müellimim kimi deyirem en Şerefli pese sahibi olub ve o şerefli pesesi ve savadı ilede cox gencleri yükseklere aparıb.O, 17 müellımse 1 Şagirdi demirem hec 1 övladına bele savad vermeyib indi siz bu müellimlerin Şerefli müellim pesesine artıq oldugunu bilirsiz!? Qaldıki sizin qezete onun adını duz qoymayıbsız meslehetim redaksiya üzvüleri ile birlikde qezete layiq bir ad fikilesin........
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb