Azərbaycan İdeyası

İcra məmurları məsuliyyətsiz valideynə qarşı yumşaq, devalvasiya qurbanına qarşı isə sərt münasibət sərgiləyirlər

Tarix:17-12-2018, 14:31
Baxış Sayı:263

Bu gün məhkəmələrdə ən çox dartışılan mübahisələr sırasında aliment məsələsi ön yerdə qərarlaşır desək, bəlkə də yanılmarıq. Alimentin məbləği məhkəmə qaydasında təsdiqlənəndən sonra da onun ödənilməsi çox vaxt yubanır. Belə çəkişmələrdə bəzi hallarda icra məmurlarının səhlənkarlığı da diqqəti çəkir. Hətta təcrübədə elə hallar olur ki, eyni məhkəmə, eyni icra idarəsi icraatlarında olmuş iş üzrə kəsilmiş alimentin ödənilməməsi səbəbindən yaxşı tanıdıqları keçmiş iddiaçının sonradan necə maddi sıxıntılarla üzləşdiklərinin şahidi olurlar. Hətta başqa şəxslərin onlara qarşı irəli sürdükləri borc tələblərini də təmin edirlər. Çifayda..!
Redaksiyamıza Sumqayıt şəhəri, 9-cu mkr, ev - 9 v, mənzil - 16 ünvanda qeydiyyatda olan, Sumqayıt şəhəri, Birləşmiş məhəllə, ev - 17, mənzil - 44 ünvanda kirayədə yaşayan Eminova Elnarə Fitat qızının ərizəsi daxil olmuşdur. Ərizə müəllifi yazır ki, Sumqayıt şəhər məhkəməsi onun iddiasını təmin edərək 01 iyun 2009-cu il tarixdə rəsmi nikahda olduğu Behbudov Fəxrəddin Nurəddin oğlundan hər ay üç uşağa görə 180 (bir yüz səksən), 14 may 2014-cü il tarixdə isə hər ay 309 (üç yüz doqquz) manat aliment tutulub ona verilməsi barədə qətnamələr çıxarmışdır. Lakin Fəxrəddin Behbudovun ata kimi məsuliyyətsizliyi səbəbindən aliment pulu ödənilməmiş, nəticədə cavabdehin ona son illər ərzində 3683 (üç min altı yüz səksən üç) manat borcu yaranmışdır. E.Eminova yazır ki, icra məmuru Rüfət Məmmədov səhlənkarlıq və tərəfkeşlik edir, F.Behbudovu deyil, onun özünü borclu çıxarmağa çalışır.
Elnarə Eminova həmçinin yazır ki, 28.06.2015-ci il tarixdə oğlunun ad gününə hədiyyə etmək məqsədilə "SUS Mobile" MMC-nin mağazasından dollarla kreditə götürdüyü mobil telefonun devalvasiya səbəbindən qiymətinin manat hesabında artım baş verdiyindən, sonrakı aylarda pulu ödəyə bilməmiş, nəticədə "SUS Mobile" MMC tərəfindən məhkəməyə verilmişdir. Yenə də Sumqayıt şəhər məhkəməsi E.Eminovanın mağazaya olan 67 dollar əsas, 10 dollar faiz borcunun və 20 manat dövlət rüsumunun tutulması barədə qərar çıxarmışdır. Maddi vəziyyəti ağır olan E.Eminova Sumqayıt şəhər Məşğulluq Mərkəzindən işsiz olduğu barədə arayış alıb icra məmuru Fərhad Məmmədova təqdim etsə də, ikinci onun Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə məhəkəməyə təqdimat yazmışdır. Məhəkəmə öz növbəsində təqdimatın təmin edilməsi barədə qərardad çıxarmış, qəradadın icrasını Sumqayıt şəhər Polis İdarəsinə həvalə etmişdir.
E.Eminovanın ərizəsində yazdığı maraqlı nüanslardan biri də budur ki, o, Fəxrəddin Behbudova oğlunun ad gününə hədiyyə olaraq aldığı telefona görə kredit borcunu bağlamağı xahiş etmiş, Fəxrəddin isə telefonu ondan götürərək ucuz qiymətə satmış və mağazaya cəmi 40 (qırx) dollar pul ödəmişdir.
Qəribədir, deyilmi? Məhkəmə eyni, İcra İdarəsi eyni. Vətəndaş Eminovaya iki halda fərqli münasibət sərgilənir. Ona borcu olan şəxsdən pulunun alınıb verilməsi təmin olunmur, amma borclu olduğu şəxsə pulu qaytarması üçün bütün mümkün vasitələr tətbiq olunur. Belə çıxır ki, E.Eminova uşaqların istehlak xərcini həmişə nisyə çəkməyə çalışmalı, kimə nə qədər borcu yaranarsa, həmin borcu təsdiqlətdirərək Fəxrəddin Behbudova yönəldilməsi barədə məhkəmədə iddia qaldırmalıdır?

Korrupsiya və Qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO