Azərbaycan İdeyası

NARKOMAN İDİ DEYƏ ÖLÜMÜNÜN SƏBƏBİ ARAŞDIRILMAMALIDIR?

Tarix:17-12-2018, 14:32
Baxış Sayı:437

NARKOMAN İDİ DEYƏ ÖLÜMÜNÜN SƏBƏBİ ARAŞDIRILMAMALIDIR?


Qəzetimizin poçtuna Bakı şəhəri Yasamal rayonu 1-ci mikrorayon, Tbilisi prospekti, ev - 68, mənzil 25 ünvanda yaşayan Məlikova Sübuxanım Ağakərim qızının ərizəsi daxil olmuşdur. Vətəndaş Məlikova bildirir ki, oğlu 1982-ci il təvəllüdlü Bağırov İlkin Elçin oğlu 2006-cı ildən şəkər xəstəsi idi. 20 saylı şəhər poliklinikasında qeydiyyatda olmuşdur. O, həm də narkotik istifadəçisi olub.
Ərizə müəllifi yazır ki, oğlunu təkcə Azərbaycanda deyil, dəfələrlə qonşu İranda və Türkiyədə müalicə etdiriblər: "2018-ci ilin avqust ayında oğlum valideynlərinin xəbəri olmadan Xətai rayonunun Zığ qəsəbəsində yerləşən özəl "Bərpa Plyus" Tibb Mərkəzində müalicə almışdır. O xəstəxanaya aparılmış və 6 gün müalicə olunub. Orada yerləşdirilməsi barədə 3 gün sonra məlumat almışıq. Amma kim tərəfindən aparılmasını, yerləşdirildiyini biz bilmirik. Müalicənin 6-cı günü oğlumda möhkəm qusmalar yaranıb. Cəlal adlı həkim gəlib, xəstəni guya qanaxma ilə 2 saylı xəstəxanaya aparıb, orada da Psixologiya şöbəsindən gəldiyi üçün qəbul etməyiblər. Yenidən təcili yardım maşını ilə Sabunçu rayonundakı 3 saylı xəstəxanaya aparılıb, reanimasiya şöbəsinə yerləşdirilib. Biz xəstəxanada öyrəndik ki, oğlum qanaxma diaqnozu ilə səhər saat 10 - da xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsinin müdiri ilə görüşdük, bildirdi ki, ona endoskopiya olunub, nəticəsi bilinəcək, cərrah yoxlayıb bildirib ki, heç bir qanaxma olmayıb. Axşam təxminən saat 7 radələrində Reanimasiya şöbəsinin həkimi həyat yoldaşıma zəng edib bildirib ki, heç bir qanaxma yoxdur, vəziyyəti normallaşır, şəkəri də normaldır, bir saata palataya keçirəcəyik. Biz yuxarı qalxdıq və İlkini huşsuz vəziyyətdə gördük. Yoldaşım onun təzyiqinə baxıb, təzyiqi normal olmuşdur. Yoldaşım həkimdən soruşanda o, deyib ki, təzyiqi də normallaşır, arxayın gedə bilərsiniz. Soruşanda "borcum nədir", o deyib ki, 20-25 manat mənə, tibb bacılarına da hərəsinə 10-10 manat lazımdır. Pulu sanitar işçilərinə verib, aşağı düşüb. Bir saat gözlədikdən sonra həkim bizə İlkinin öldüyünü dedi. Mən yuxarı qalxıb onun keçindiyini gördüm. Növbətçi həkim onun yarılmasının gərəkliyini deyəndə yoldaşım etiraz etdi və cənazəni aparıb dəfn etdik. Onu da qeyd edim ki, dispanser həkimi bizə dedi ki, "mən İlkini xəstəxanaya gətirərkən yolda iki dəfə ayıldı və məndən siqaret istədi, mən isə ona əl-qol atmasın deyə iynə vurub yatızdırdım".
Sübuxanım Ağakərim qızı redaksiyadan xahiş etmişdir ki, oğlunun ölümünün səbəbinin araşdırılması üçün aidiyyati qurumların diqqqətini bu məsələyə yönəltməkdə ona kömək edək.
16.08.2018-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamədə isə səbəb kimi "toksin infoksikasiya fonunda ürək-damar çatışmazlığı, onikibarmaq bağırsaq xorası - qastroduodenit, şəkərli diabet - insulindən asılı fonda hiperqlikemin vəziyyət"i göstərmişdir. Araşdırılması gərəkən vacib məqam həkimlərin bunca ağır səbəb göstərdikləri İlkinin öləcəyini bilə-bilə valideynlərindən rüşvət almalarıdır. Bu, təkcə korrupsiyadan deyil, həm də mənəviyyatsızlıqdan xəbər verir. Amma daha vacib məqam mərhumu tibb mərkəzinə götürüb aparmış şəxsin və ya şəxslərin kimliklərinin müəyyənləşdirilməsidir. İnanırıq ki, cinayət təqibi orqanları bu işlə ciddi məşğul olacaqlar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.