Azərbaycan İdeyası

Gəncədə "Səlahiyyətli orqanlar"ın mütəşəkkil surətdə və təkrar törətdikləri...

Tarix:17-12-2018, 12:22
Baxış Sayı:498

Redaksiyamıza ərizə ilə müraciət edən Namazova Rəhilə Tərlan qızı bildirir ki, oğlu Namazov Rəsul Faiq oğlu sabiq gəlini Namazova Günel Xanoğlan qızı tərəfindən aldadılaraq əmlakının mənimsənildiyini və bu işdə Günelə məmurlar tərəfindən dəstək göstərildiyini bildirmişdir. Ərizədən məlum olur ki, Rəsulla Günel 2004-cü ildə ailə qurubmuşlar. Birgə nikahdan üç övladları dünyaya gəlmişdir. Ailəli olduqları dövrdə aralarında münaqişə səngimirmiş. Nəhayət, 2017-ci ildə Gəncə şəhər Kəpəz rayon məhkəməsinə müraciət edib boşanıblar. Rəsul uşaqları üçün aliment pulunu da ödəyib. Ərizəyə qoşma edilmiş materiallardan görünür ki, Rəsul aliment pulunu gecikdirdiyinə görə keçmiş həyat yoldaşının şikayəti əsasında 2018-ci ilin oktyabr ayında hətta 10 (on) sutka inzibati cəza alaraq həbsdə də yatıb. Bir də məlum olub ki, Günel Rəsulun inşa etdiyi fərdi yaşayış evini də, nənəsindən rəsmən miras qalmış mənzili də məhkəmə yolu ilə əlindən alır. Xəstə atası evdən çıxarılır, öznün də yaşamaq hüququ tanınmır.
Namazovlar bildirirlər ki, Gəncə şəhəri, Kəpəz rayonu, Vəıli Xuluflu küçəsi 2B saylı fərdi yaşayış evlərini özləri tikmişlər. 2015-ci ildə onlar Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinə müraciət edərək, həmin ünvanda tikilmiş evi qanunlaşdırmağı xahiş etmişlər. Kəpəzx RİH başçısının 06 aprel 2015-ci il tarixli 207 saylı sərəncamı ilə adıçəkilən ünvanda tikilmiş tikililər onun adına qeyd edilməsi qərara alınmışdır. Bundan sonra Rəsul işlədiyi üçün və şəxsən sənədləşmədə iştirak etməyə vaxtı olmadığı üçün arvadı Namazova Günel Xanoğlan qızına etibarnamə verərək onun adından bu işləri aparmasına razılıq vermişdir. Lakn RİH tərəfindən həmin evin Namazova Günelin adına rəsmiləşdiirilməsi üçün sərəncam verilmişdir.
Günel həmçinin 2015-ci ildə Rəsulun savadsızlığından istifadə edib və ərinə məxsus Gəncə şəhəri Kəpəz rayonu, V.Xuluflu küçəsi, 2 saylı binadakı 3 saylı mənzili bağışlanma adı ilə ələ keçirmişdir.
Rəsul Namazov 2017-ci ildə Kəpəz RİH-nə qarşı məhkəmədə iddia qaldıraraq məlum sərəncamın ləğv edilməsi tələbi ortaya qoymuşdur. Lakin sonradan dilə tutularaq iddia tələbindən imtina etməyə razı salınmışdır və bu üzdən iş üzrə icraata xitam verilmişdir.
Redaksiyaya göndərilmiş materiallar arasında Rəsul Namazovun "səlahiyyətli orqanlara" yazdığı və notarius tərəfindən təsdiqlənmiş ərizəsinin surəti də vardır. Çap hərfləri ilə tərtib olunmuş ərizədə guya Namazov yazır ki, binadakı mənzilin keçmiş arvadına bağışlanması müqaviləsinin ləğvi qarşılığında fərdi yaşayış evi üçün İcra Hakimiyyətinə və Günel Namazovaya qarşı qaldırdığı iddiadan imtina edir. Sonrakı proseslər göstərir ki, məhkəmə həmin imtina ərizəsini əsas götürmüş və iş üzrə icraata xitam vermişdir. Lakin, məsələ burasındadır ki, Rəsul Namazovun saxta hesab etdiyi bağışlanma müqaviləsini ləğv etmək cəhdi də uğursuz alınmışdır.
Hətta ötəri müşahidə də belə düşünməyə əsas verir ki, Namazovun "səlahiyyətli orqanlara" ünvanladığı ərizə aldadılma məhsuludur. Əvvəla, Namazov hər bir səlahiyyətli orqana əlahiddə ərizə ilə müraciət etməliydi və həmin ərizələrin notarial qaydada təsdiqlənməsinə gərək yox idi. Amma nəzərə alanda ki, həmin ümumi ərizəni təsdiqləyən notariusla bağışlanma müqaviləsini rəsmiləşdirən notarius eyni şəxsdir (Gəncə ASAN Xidmət Mərkəzinin notariusu Ağcayev Zülfiqar Möhübbət oğlu), bu yerdə necə deyərlər, "xoruzun quyruğu görünür". Bundan başqa, "səlahiyyətli orqanlara" yazılmış ərizə çap hərfləri ilə tərtib olunmuşdur. Ərizənin mətnində əlyazma ilə yazılmış yalnız bir cümlə vardır: "Ərizə öz sözlərimlə tərtib edildi, ona görə imza edirəm".
Ərizədəki digər cümlələr də ciddi dərəcədə Rəsul Namazovun əleyhinə işləyir. Məsələn, "...qaldırdığım iddiadan imtina edirəm, onlara (cavabdehlərə - red.) qarşı heç bir iddia və tələbim olmayacaq. Gələcəkdə bu məsələlər ilə bağlı hər hansı bir narazılıq yaranarsa, bütün məsuliyyəti öz üzərimə götürürəm".
Aydın görünür ki, belə bir məntiqsiz ərizəni yazmaq üçün ya gərək savadsız, ya ağıldankəm, ya da təzyiq altında olasan. Düşündürücüdür, deyilmi? Ər niyə heş bir ciddi zərurət (məsələn, öz səhhəti ilə bağlı bədbin proqnoz) olmadan, birgə yaşadığı müddətdə mənzilini arvadına bağışlamalıdır? Başqa bir sual: Arvad niyə ona mənzil bağışlayan ərdən boşanmalıdır? Boşanıbsa da, arvad niyə evliliyi müddətində ona qarşı bu qədər səxavətli olmuş keçmiş ərini alimenti gecikdirdiyinə görə həbsə atdırmalıdır?
Hesab edirik ki, bu məsələ "daha səlahiyyətli orqanlar" tərəfindən ciddi surətdə araşdırılmalıdır. İlk öncə "kələfin o ucundan" başlamaq lazımdır ki, notarius adresatı konkret bilinməyən ərizəni niyə möhürlə təsdiqləyib? [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO